Haqqında

19 4 9
                                    

Atam onu maşına otuzdurmaq istəyəndə qadının çıxartdığı qəribə fısıltılar onu narahat etdi. Onu yerə oturtdu və səsləndi.
--S.. Siz yaxşınız?
Qadının çıxardığı qəribə fısıltılar anidən iyrənc bağırtısıyla atama hücum edəndə kəsildi. Ağzından qan çıxan qadın onu yerə sərib, üzərinə çıxanda atam güclə dirəşirdi. Nə edəcəyimi özüm belə bilmirdim, amma ağlıma gələn ilk şeyi-ayağımda olan var gücümlə qadına təpik atmayı sınaqdan keçirtdim. O yana yıxıldıqdan sonra atam yandakı orta ağırlıqda olan daşı iki dəfə onun başına çırpdı, sonra isə tez maşına mindik....


Belə bir ideya çoxdandır ağlımdadır. Apokalipsis yazmağı çoxdandır istəyirdim, artıq necə alınar bilmirəm. Bəyənəcəyinizi ümid edirəm.🙂🙂

Bir də ki, bunu deməsəm olmaz :

Kitabda tapdığınız, yəni gözünüzə çarpan ən xırda səhvi, yanlışı, anlaşılmazlığı rəylər bölməsinə yazmağınızı xahiş edirəm. Səhvlərimi üzümə vurun ki, onları görə bilim və 2-ci dəfə təkrar etməyim. 🙂🙂

Hələlik!

ApokalipsisWhere stories live. Discover now