Səhər saat 08:00.Gecəni rahat yatmadığım üçün zəngli saatda qurduğum vaxtdanda əvvəl oyanmışam. Üstümdə elə bir ağırlıq var ki, yerimdən qalxa bilmirəm. Məcburam. Qalxmalıyam və işə gedməliyəm. Bəzən düşünürəm axı nə üçün helədə sevmədiyim insanlarla bir yerdə işləməli, özündən razı insanlara işimi itirmiyim deyə məcburi hörmət etməyi olduğumu. Nə üçün bu yaşıma qədər mənə heç bir şey öyrədməyən birinə sırf vəzifəsi məndən böyükdür deyə müəllim deyə müraciət etməliyəm.Niyə məsh müəllim? Axı ora məktəb deyil. Məndə kiminsə şagirdi deyiləm artıq. Mənim kimi bir çox işçinin sayəsində pullar qazanıb yeyib yatan,hər kəsə yuxarıdan aşağı baxan, haram yeyib donuz boyda olublar. Gəzəndə də elə gəzirlər sanki işçilər bunların qullarıdı. Gündə 8saat işlə və aya 300manat pul al. Onuda vaxtında ödəməməkləri bir yana,bəhanədə axtarırlarki maaşından kəssinlər.
Telefonu götürüb saata baxıram. Yarım saatın necə keçdiyinin fərqində belə olmamışam. Düşüncələr insanı başqa bir zamana aparır və burda sanki vaxt çox surətlə axır amma bunu hiss etmirsən. Hamama gedib duş qəbul etəyə vaxtım yoxdu. Təz tələsiy yeməy yeyib evdən çıxıram. Yarı yolda görürəmki telefonumu yatdan çıxarmışam. Lənətə gələsən. Bu səhər nəsə yaxşı başlamadı heç olmasa gerisi yaxşı olsun deyib öz özümə danışa danışa surətli addımlarla evə qayıdıb telefonu götürürəm. Dizlərim ağrıyır. Axı nəqədər piyada işə gedib gəlmək olar. Bezmişəm. Dayanacağa çatıram. Aftobusun gəlməyinə helə 15dəqiqə var. Düşünürəm görəsən taksiyəl gedim ya yox. Cibimdəki pulu hesablıyıram. Belə gedsə çətinki ayın sonuna kimi pulum çatsın. Amma məcburam yoxsa işə gecikəcəm. Ayrı vaxtı sırayla düzülən taksilərdən bu dəfə bir dənəsi belə yoxdu. Bugün deyəsən bütün tərsliklər məni gözlüyür. İşə 100% gecikəcəm və yenə vicdansız insanlıq halından heçnə başa düşməyən,tək dərdi necə olursa olsun işçilərin maaşını kəsmək olan Aftandilin boş boş danışmağını eşidəcəm. Adına baxda Aftandil. Yoxbir aftamabil. İt oğlu it. Haram xoşun olsun işçilərdən kəsib yediyin pullar.
Taksi yaxınlaşır. Qapını açıb minmək istəyəndə hardansa peydə olan xala özünü içəri atır. Sanki qapını onun üçün açmışam. Özümü güclə tuturam bir söz deməməkçin. İstəmirəm birazda problem çıxsın. Yaxşıdı heçolmasa yenə taksi gəlir. Şükür Allaha minə bildim bu dəfə. Saata baxıram. Dəqiq gecikəcəm. Sürücüdə 50-60 yaşılarında dayıdı. Maşa Allah afromobilin surətidə yaşı kimidi saatda 60km. Sabaha çataram yəqin.Mesaj səsi gəlir. Yenə gəlir. Yenə yenə. Dayanmadan 6 7dəfə. Nifrət edirəmdə belə şeyə. Bir cümləni söz söz yazıb göndərmək nədi axı? Yada mesajın tez görülsün deyə durmadan boş boş hərflər göndərməyki telefonu açıb mesajı oxuyasan. Əsəbi halda dostumun yolladığı mesajı oxuyuram. Harda olduğumu soruşur. Bugün iclas varıymış 5dəqiqəyə başlıyır. Özümü güclə tuturam telefonu sıxıb qırmamaqçın. Bu iclas hardan çıxdı axı? Əsəbimi sürücüdən çıxmamaqçın səbrli olmağa çalışıram.
İşə çatdım amma nə fayda. İclas başlıyıb artıq. Girişdən keçəndə axrananın ələ salırmış kimi gülümsəməyi əsəbimi lap pozmuşdu. İşə ilk başladığım gündən bu cındırla heç alınmıyıb mənimki. Əslində çoxda təhqirli sözlər işlədən deyiləm amma bu dayı heçabına işə düzələn Samirə cındır sözündə çox yaraşır. Eləbil onun üçün yaradılıb bu söz. Bir adam nəqədər yaltaq olar axı? Özünüdə elə aparır ki guya Aftandilin orasına girən bu deyil.
İclasa girib girməmək barəsində düşünürəm. Girsəm bir qəbahət girməsəm başqa. Bismillah deyib qapını döyürəm. İçəri girən kimi gecikdiyim üçün üzr istiyirəm. Keçib dostumun yanında otururam. Bu arada adı Amindi. Yaxşı oğlandı. Qəlbi təmizdi. İşdə bir tək onunla yaxınam.
Öz adımı eşidməyim məni bir anlıq diksindirir. Ayağa qalxıram.
--İşə niyə gecikmisən-deyə kinayəli şəkildə soruşur Aftomobil.
Bir anlıq beynimdə nəqədər bəhanə yarandığını heç özümdə saya bilmirəm. Hansını deyimdə inandırıcı olsun deyə düşünürəm amma vaxtım azdı.
--aftobus gec gəldi həmdə yolda tıxac varıydı- deyə cavab verirəm.
Budur müdürün yaltaqlarından biri olan Qadir özünü ortaya atır.
--məndə eyni yolu gəlirəm. Heç tıxac yoxuydu axı?
Ay cındır sənə söz verən oldu ki? Kəs səsivi oturdaa. Ölürsən yaltaqlıqdan ötür. Əsəbi halda düz gözlərinin içinə baxıram. Çaqqal kimi gözləri gülür. Mənim işdən qovulmağın onun ən böyük arzusudu. Öz qohumunu çoxdandır işə düzəltmək istəyir amma boş kadr yeri olmadığı üçün alınmırdı. Görünür lazımı yerlərə giribki mənim torbamı tikməyə başlıyıb. Bu işə gecikməyimdə bunun üçün ən böyük səbəb olub.
--o sən gələndə eləydi. Mən gələndə tıxac varıydı-deyə cavab verdim.
Bugün həqiqətəndə bütüb tərsliklər məni tapıb və inanmıramkı bunun sonu yaxşı bitsin.Axı bu fikirlər hardan ağlıma gəldi səhər tezdən gözümü açan kimi?Kaş girməzdim iclasa. Heçolmasa bu nakişinin sözünü eşidməmiş olardım. Düzdü günahım var gecikməyimdə amma neyniyim?İstiyərək olmadı.
-ay bala sənnənəm. Eşidmirsən? Karsan?
Bu qədər insanın içində karsan deyilməyi ildırıb vurmuşdan betər etdi məni. Heç sevmədiyim şeydi hər kəsin içində bucür sözlərin mənə deyilməyi. Nəyinki mənə,heç kimə deyilməyini sevmirəm. İndi nə olsunki müdürsən? Sənə kim haqq verib ki kimisə təhqir edəsən?
-Kar deyiləm eşidirəm. -əsəbimi tuta bilmiyib qarşılıq verirəm.
-sən qudurmusan haaa. Rədd ol ərizəni yaz çıx işdən. Mənə sənin kimi işçi lazım deyil.
Həə bax uje burda həqiqətəndə ağ elədi. Bu artıq son həddi.
-Danışığını bil. Sənə yalvaran yoxdu ki məni işlə təmin et. Sox gözünə işivi. İşdən qovmaq istiyirsənsə kişi kimi deki məsələ belədi. Yoxsa boş bəhanəylə belə eləməy kişilik deyil.
Sözümü deyib bir anlıq Aminə baxdım. Gözləri nətər bərəlmişdisə az qala yerinnən çıxsın. Qadirin gülümsəməyini görəndə üstünə hücum çəkməy istədim. Sanki Amin bunu hiss edib qolumdan tutdu.Yaxşıki tutdu yoxsa işləri birazda korluyacaqdım. Bununlada onların çörəyinə yağ çəkmiş olardım. Üzümü çevirib qapıya tərəf getdim. Aftandilin nə dediyinə belə məhəl qoymayıb otaqdan çıxdım.
Bir anlıq daxilimdə peşmançılıq hissi yarandı amma artıq gec idi. Etdiyimi etmişdim və peşman olubda özümü danlamağa dəyməzdi. Gec tez belə olacaqdı. Mən çıxmasaydım o əclaf bir bəhanəylə işdən qovacaqdı məni. Dəhlizdə yavaş yavaş addımlayıb ayaqyoluna getdim. Əl üzümə su vurub güzgüdə özümə baxdım. Bir anlıq sanki əksimin canlanıb gülümsədiyini mənə baxıb gülümsədiyini gördüm. İçimə vəlvələ hissi yayıldı. Bədənimnən üşütmə keçdi. Titrəyib özümə gəldim. Əllərimi silmədən tez dəhlizə çıxdım. Amin dəhlizdəydi. Yəqinki ya iclas qurtarmışdı yada mən çıxannan sonra ünvanıma deyilən sözlərə dözməyib məni müdafiə etmiş və oda dalaşaraq iclası tərk etmişdi. Ona yaxınlaşdıqca ikinci fikrimin doğru olmamağı üçün dua etdim.İstəmirdim mənə görə o da işindən olsun. Onsuzda bu işi çətinliklə tapmışdı.
-nə oldu iclas qurtardı?
Deyə soruşdum.
- yox helə davam edir.
-bəs sənin nə işin var burda? Yoxsa səndə
Sözümü yarımçıq qoyub cavab verdi Amin.sanki nə soruşacağımı bilirdi.
-narahat olma. İcazə alıb çıxdım. Ürəyim sıxıldı içəridə. Boş boş danışırlar. İclas deyil sanki konsertdi.
-həə belə de. Yaxşıki çıxmışam helə. Deyə cavab verdim.
- Bu gedişlə gedsə bu şirkətin ömrü uzun olmuyacaq. Yaxşısı budu indidən özünə təzə iş axtar.
Bu nədi mən danışıram. Eləbil az öncə mənə görə işindən olmasın deyə dua edən mən deyildim. İndisə özüm fitva verirəmki özünə iş axtarsın. Mənim bu düşünmədən danışmağım həm öz başıma iş açır həmdə başqalarının.
-Narahat olma sən mən başımın çarəsinə baxaram. Əsas sən özünü düşün. De görüm bundan sonra neyliyəcəksən?
Düşüncələrimdən qopub Aminə cavab verəcəkdimki akt zalının qapısı açıldı.
ŞİMDİ OKUDUĞUN
Ağlayan Qatil
Ficción GeneralHeç vaxt düşünməzdim ki.qatil ola bilərəm. Kimisə ustalıqla heç bir iz buraxmadan qətlə yetirə bilərəm. Hər tapşırıqdan sonra düşünürəm axı mən bu deyiləm. Bu qədər can ala adam mən deyiləm. Gündüzləri hər kəs kimi adi həyatımı yaşıyəram.İşə gedirə...