Bir gecədən yazaraq başlamaq istəyirəm...Əslində mən bir gecə deyəndə,çoxunun ağlında şaxtalı bir qış gecəsi gəldi.Lakin o gecə tam əksinə,bir yay ayı gecəsi idi.Həmin bu gecə,Bakının qaranlıq küçəsində gəzən bir qız vardı.Yaşı çox olmazdı,15-16 yaşlarında idi.Belində kiçik çantası,əlində telefonu,qulağında qulaqcığı,dinlədiyi mahnının isə cümlələləri heç də insanın içini oxşayacaq tərzdə deyildi.Çantasında gündəliyi vardı.Hansıki iki il idi ki,o içində olan yanğınları bura yazırdı.Çantada bundan başqa gündəliyi yazdığı qələmi, az miqdarda pulu və telefonunun adapteri vardı.Evdən çıxarkən,başqa bir əşya götürməyə ehtiyac duymamışdı.Bəli,doğru anladınız,o evdən birdəfəlik ayrılmışdı.Heç kəsə vəda etmədən,sakitcə getmişdi.Kənardan birinə desənki,15-16 yaşlarında bir qız evi tərk edib,ya deyəcəkki,ağlı yoxdu,ya da güləcək.Heç kəs deməyəcəkki,görəsən nə problemi olubki,bu addımı atıb.Bəlkə də yaşı çox olsa bu addımı atmazdı,amma bu an ona ən doğru bu görünürdü.O artıq 1 saat idi ki,evdən ayrılmış,yol gedirdi.Hara getdiyi,nə edəcəyi haqqında heç bir fikri yox idi.Sadecə gedirdi.Çox yorğun idi,həm ruhən,həm də fiziki cəhətdən idi bu yorğunluq.Hal hazırda o bir məhlənin içindən keçirdi.Küçə qaranlıq,bəzi evlərdə işıqlar yanır,bəzilərində isə artıq bütün işıqlar sönmüşdü.İşığı yanmayan bir evin qapısının qarşısında oturdu.Saata baxdı,22:50.Artıq çox gec idi,yuxusu da gəlmişdi.Qeyri-ixtiyari başını divara söykəyib,elə o dəqiqə yuxuya getdi.Bu vaxt ona bir qoca kişi yaxınlaşdı.Yavaşca çiyninə toxunaraq onu oyatmağa çalışdı.Qız həmin an diksinərək,eyni zamanda da qorxu içində ayıldı.Gördüki başının üstündə bir qoca var.Qocanın yaşı hardasa 55-60 olardı.Qız yavaşca soruşdu:
-Dayı bir şey lazım idi?
-Yox qızım,sadəcə soruşmaq istəyirdimki,bu gecə vaxtı küçədə nə işin var?
Qız duruxdu...Heç bir cavab verə bilmədi.Gözləri doldu və hönkürtü ilə ağlamağa başladı.Qoca bu vəziyyətdə özünü itirdi.Yavaşca qızın yanında oturaraq onu sakitləşdirməyə çalışdı.
-Qızım,mən nəsə yanlış bir şeymi dedim?Çox üzr istəyirəm,ağlama.
Amma qızın göz yaşları durmaq bilmirdi.Bu vəziyyət 10 dəqiqə belə davam etdi.Qız biraz sakitləşdi və dodağı əsə-əsə danışmağa başladı:
-Dayı,sənin heç bir günahın yoxdu,sadəcə mən bir az yaxşı deyildim,ona görə özümü itirdim.Mən evi tərk etmişəm.Ona görə indi burdayam.
Bu sözlərdən qoca duruxdu.O düşündü,görəsən bu qızın problemi nədirki,belə edib?Qoca dünyagörmüş insan idi,ona görə bilirdiki,qızı günahlandıraraq,onu əsəbləşdirib,uzaqlaşdıracaq.Ona görə sözə başladı:
-Qızım,səndən niyə bu addımı atdığını soruşmayacağam,danışığından hiss edirəmki,mənə nə olub bitdiyini danışmaq istəmirsən.Buna görə səni sorğu-sual etməyəcəyəm.Sadəcə səndən məni sözümü kəsmədən dinləməni istəyirəm.Bu yaxşılığı mənim üçün edərsən?
-hə.
Qız çox təəcüblənmişdi.O fikirləşirdiki,indi qoca onu danlağa başlayacaq və onu şablon sözlərlə bezdirəcək,amma vəziyyət gözlədiyinin tam əksi oldu.
-Bax qızım,mən artıq 57 yaşıma çatmışam.Bu illər ərzində çox problem yaşamışam,həyatın ağır sınaqlarından keçmişəm.Bəzən gülüb,bəzən ağlamışam.Elə vaxtlar olubki,özümə qəsd etməyi belə düşünmüşəm,amma məni bir fikir həmişə bu yoldan döndərib.Mən həmişə həmin an düşünmüşəmki,tutaqki mən özümə qəsd etdim və ya hər şeyi geridə qoyub tərk etdim hər kəsi.Bəs sonra?Xoşbəxt olacağammı,xoşbəxtlik bundadırmı?Yox.Mənim olmamağım heç kim üçün heçnəyi dəyişmir.Düzdü olmasam sevdiklərim mənim üçün ağlayacaq,illər sonra da arada yada salacaq.Amma yenədə onlar üçün həyat davam edəcək.Əgər belədirsə,niyə mən kimlərəsə görə,nələrəsə görə her şeydən əlimi üzümki?Savaşmaq lazımdı.Nə olur olsun,nə qədər acım olur olsun,savaşmaq lazımdı.Yıxılanda qalxmaq,ağlayanda gülmək lazımdır.Çünki mən güclüyəm,mən bunu bacararam,mənim qarşımı heç kim kəsə bilməz.Düzdü bu yolda sənin yoluna daş qoyan,səninləyəm deyib yarı yolda qoyan çox olacaq.Bunlara baxmayaraq bir şeyi unutma,yolun sonu çox gözəldir.
Bunu deyib,qoca sözlərini bitirdi.Bu an qız qocanı qucaqlamağa başladı.Bu sözlər qızın bu an ən çox ehtiyac duyduqları idi.Qoca danışan zaman qeyri-ixtiyari gözündən axan yaşın səbəbi də bu idi.Bu qucaqlaşmadan sonra qoca anladıki,o qızın suallarına cavab ola bilib.Bir az sonra qız qocadan ayrıldı və ona təşəkkür etməyə başladı:
-Çox sağol dayı,çox sağol.
Qızın telefonu çıxararaq saata baxdı,23:46.Artıq çox gec olmuşdu.Bu vaxt evə qayıtmaq onun üçün problem yaşada bilərdi.Odur ki,qocaya dedi:
-Dayı,mən evə geri dönmək istəyirəm,amma indi avtobus və metro ilə getmək heç yaxşı fikir deyil.Taksi çağırsam,o da alınmaz.Siz mənə yardım edə bilərsiz?
Dayı gülümsəyərək qıza baxdı və cavab verdi:
-Sən təki evə dönmək istə,mən səni apararam.
-Bir daha çox sağol dayı.
Qoca oğluna zəng etdi,heç 10 dəqiqə olmamışdıki,oğlan maşınla gəldi.Qız heç oğlanın üzünə belə baxmadan qoca ilə birlikdə maşına mindi.Başına gələcəklərdən xəbərsiz....
ŞİMDİ OKUDUĞUN
İnsanlar qaranlığında
Chick-LitGünəş şüalarının altında olan insanların qaranlığında boğulan mən,bu gün artıq ürəyimdə olan bu yanğını biraz da olsun soyutmaq üçün,kiçik əsərimi yazmaq qərarına gəldim.Bəlkə də bunu çox oxuyan olmayacaq,bəlkə də heç oxunmayacaq.Amma əminəm,içimdə...