Qaça-qaça eynəkləri burnuma taxdım. Bir anlıq dayandım və yenidən iti addımlarla gecikdiyim dərnəyin qapılarını açdım. Burada da gözlədiyim kimi rəngarəng bir dizayın var idi. Həmçinin hər kəsin malberdin hazır dayanmışdı. Göründüyü kimi məndən savayı orada keç kəsin vərəqi yox idi. Sakitliyin hökm sürməsi məni təşvişə saldı.
-Salamın.- İncə səs müəllimənin stolu arxasına məxsus idi. Ora tərəf baxdıqda adi rənglərin yığımını özündə toplamış qızı gördüm.
-Salamın,- deyə ona tərəf yaxınlaşdım. Qara gözlər, qara saç, qırmızı dodaqlar, açıq rəngdə dərisi göründü. Bu öz səsi və davranışı ilə məni cəzb edən Ceyla. O, əyninə parlaq qırmızı don geyinmişdi. Onun dodaqları don rənginə bənzəyirdi.
-Necəsən? Bəs müəllimə haradadır?
-Yaxşı! Sən? Anam…Müəllimə iclasdadır.
Onun təbəssümü mənim huşumu aparırdı. Məgər insan həyatdan bu qədər həzz ala bilər? Bunu seyr etmək bir növ xoşbəxtlikdir.
-Hə… Yaxşı mən oturub işimi görüm.
Malberdə yaxınlaşıb əsərimi ora yerləşdirdim. O, isə mənim arxamca qaçıb əsərimə baxdı. Bir an dayanıb gözünü ora zillədi. Sanki orada hər hansı bir sirri itirmişdi.
-Elə bil əsərində nəsə dəyişdirmisən. Amma yenədə, həmişəki kimi heyrətlə buna baxıram.
-Ola bilər. Yəni bu dəyişiliyi bəyəndin?
O, mənə baxdı. Qara gözləri düşünüb, uzun yol qət edirdi. Qəflətən qapı çırpıldı və bu gözlər əsas məqsəddən yayındı. Müəlliməm qaçaraq bizim yanımıza gəldi.
-Rafael…Rafael
-Bəli…müəllimə nə baş verib? Sakitləşin.
-Rəssamlar arasında yarış olacaq….Sabah.
-Sabah?
-Hazır ol! Çünki adi yarış deyil. Başqa ölkələrdən rəssamlar gələcək,- deyə müəllimə təngə nəfəs halda oturdu.
-Ana niyə qaçırdın ki?
-Sadəcə özümdə şoka düşmüşəm…
-Narahat olmayın mən əsərimi bu gün bitirə bilərəm.
-Hansı çəhrayı ay olan?
-Xeyir,-deyə çəkilib öz yeni əsərimi təqdim etdim. Düzü, hələ bitirilməmiş şəkildə idi. Ay, parlaq vəziyyətdə ağ və boz rəngdə, bu gün mənim gözlərimi az qala öz nuru ilə kor edən günəş isə tam rəngli deyildir. Təbii ki, arxa tərəf hələ müəmmalı tərzdə qalmışdı.
-Ay gözəldi. Amma…
-Siz istədiyiniz kimi…rəngli şəkil və hər şey özünə aid boyada.
-Sadəcə, Rafael, canım, bura da nəsə çatışmır. Elə hər bil rəssamı onun çəkdiyi şəkildən anlamaq olar. Yəni hər kəsin özünə məxsus bir xətti olur. Amma yalnız bu şəkilində sənə xas olan heç bir şey görmürəm. Sanki saxta şəkildi.
Dəhlizdə Sürxanın dünənki əhvalatını qulağasan oğlanlara baxaraq müəllimənin əcaib danışığını düşünürdüm.
-Deməli mən eynəyi götürürəm. Sonra taxanda birdən gözlərimi ildırım vurur.
-...Rafael eynəklərində sehrli güc var…Bir də gördün hirsdəndə alov saçar.
Hamı gülüşür, məni lağa salır. Lakin bunun sayəsində məktəbdə şöhrət qazandım. Eynəklər həyatımı yaxşıya və ya pisə doğru apardığını hələ müəyyən etməmişəm. Bir də gördüm tələsik addımlarla Ceyla gəldi. Əynində qara yubka və ağ kofta var idi. Qara saçlarına isə gözəllik qatan çələng onu mələyə bənzədirdi.
-Dərslərdən sonra dərnəyə gəl,-Deyə üzü qızardı.
Dərnəyə daxil olduğda məndən üstün olan düşmənimlə göz-gözə dəydik.
-Oğlanlar həmişə məni tələbəm olmusunuz. Həmişə də 1-ci və 2-ci yerləri qazanmısınız. İndi isə keçirilən yarış sadə deyil. Çünki indi öz işini bilən rəssamlarla bir olacaqsınız. Siz qalib gələ biləcəyinizi kim bilir?
-Gərək o, rəssamlar bizdən qorxsunlar,-deyə tərzini düzəldən düşmənim- Mais mənə tərəf baxdı.
-Mais, belə də olsun. Mən heç etiraz da etmirəm. Ancaq, sən hansı əsərini aparacaqsan bundan heç düşündünmü?
-Hə…Elə bil “dərin dəniz” -i istərdin.
-Əslində gözəl seçimdir. Rafael! Bəs sən.
-Bu əsərimi,- deyə malberdin üsündə duran. Yarı rəngli, yarı rəngsiz vərəqi göstərdim.
-Deməli fikrindən dönmədin. Əsər əla yazılıb, amma …
-Bilirəm bitirilməyib. Siz narahat olmayın. Bütün gecəni onun üzərində işləyəcəm.
-Elə indidən başlaya bilərsən. Mais səndə hər şey hazırdı….Yaxşı…Gedə bilərsən. Sabah saat 8 də burda ol.
-Oldu mən gedim.
Müəllimə onunla sağollaşıb, stoluna tərəf getdi. Mais isə bu vaxta qədər mənə tərəf yaxınlaşıb, əlini uzatdı.
-Sağ ol, sabah görüşərik.
Bu varlığa güvənmək çətin işdi. Buna görə onun göy, qalın damarlı əlinə toxunmaq istəmirdim. Amma ki, Mais sərt, davakar, mənə qarşı çıxan biri olmasına baxmayaraq, həmişə qalib gələndə yavaşcadan pıçıldayardı:“Mən birinci yerə layiq deyiləm, ona layiq olan mənimlə bir qrupda iştirak edən oğlandır.” Əlini sıxdım və bu çox illik müharibənin alovunu onun əllərindən duydum. Axır ki aramızdakı münasibət əcaib bir sülh ilə bitdi. Bu sülhün nə qədər süni və ya həqiqi olduğu məlum deyildir….
Mən sarı, narıncı çalarları palitrada qarışdırmağa başladım. Sonra isə cəld fırça ilə parçanın üzərindən gedirdim. İti hərəkətlərimin böyük səbəbi də ehtiras idi. Şəkilə qarşı qəlbə sığmayan sevgdir. Onun qüsursuz olduğuna tam əmin idim. Axı bu rəngləri sezmək, onların daxilində yaşamaq, onlarla bir nəfəs olmaq, bu səadəti duymaq bir möcüzədir.
-Rafael, bir az bura kölgə ver, hə, əla! Sarı rəng parlaq olmalıdır.
-Bəli necədir?
-Super! İstədiyimi yaradırsan. Yenədə nəsə çatışmır.
Mən çevrilib müəllimənin sifətinə baxdım. Onu çox istəyirdim. Sadəcə bu naməlum ifadələri məni sinirləndirirdi.
-Nə isə davam elə. Birdə Ceyla sənin eynəyini bəyəndi. Dedi-qodulara baxmayaraq o sənin tərəfini tutur.
Azca gülümsədim, amma yetərincə özümü sıxırdım. Ya da sevinc duyğularımı xaricə verərdim.
-Ceyla gəldi!
Arxaya baxdım və gözləmədiyim səhnə ilə qarşılaşdım. Orada qara və narıncı boyalar gözlərimin qabağımdan süzüldü. Ceyranın yanında durmuş qız dünən yenicə gəlmişdi. Eynəkləri taxan kimi onun tamam başqa cür olduğunu anladım. Parlaq, qızılı rəngə çalanda saçları, şüşə kimi mavi gözləri, pörtləşmiş yanaqları, Ceyladakı kimi fərqli qırmızı dodaqları var idi. Bu qızın üzərində əlvan rənglər gəzirdi. Onun gözləridə iti tərzdə mənim bəbəklərimi yarırdı.
-Sara salam. Özünlə kətan gətirdin? Hə gözəl. Gəl, Rafaelin yandakı malberdə...Rafael…Rafael…-deyə müəllimə məni uca avazı ilə səslədi. Cəld əsrarəngiz rənglərdən ayrıldım. Şəkilimə və göydə donmuş əlimə baxdım. Sanki kiminsə məyus baxışlarına tuş gəlmişdim. Gözlərim qalxanda Ceylanın dodaqlarını bir-birinə sıxdığını və sanki nəm gözlərini gördüm…
Saat 18:12 -də hələdə möcüzələr diyarı adını almış dərnəkdəyəm.
-Deməli adın Rafaeldir,-deyə qəflətən yanımdakı qız dilə gəldi.
-Sizin də adınız Sara.
-Rəssamlardan xoşum gəlir,-deyə güldü.
-Hə! Təşəkkür edirəm,- əsərdən əl çəkib ona baxdım. O, isə elə bil məni cəzb etmək üçün qızılı rəngdə saçlarını əli ilə bururdu.
-Nəyə görə mənə belə baxırsan?- deyə yenə xırıldadı. Mən pərt olmuş kimi başımı cəld çevirdim.
-Yaxşıda, sənin xətrinə dəymək istəmirdim. Sadəcə..
-Yox dəymədiniz. Sizin saçlarınızın və gözlərinizin rəngi möhtəşəmdir. Yəni sizin üzərinizdə o qədər rənglər var ki, saysam bitməz.
-Ah… Təşəkkür edirəm.
Bu sözlər sadə eşidildi. Sanki o bu ifadələrdən təngə gəlmişdi. Amma həmişəki təbəssüm üzündə parıldayırdı:
-Sevgilin var?
Saranın yanaqları olduğu kimi çəhrayı qalırdı. Bu rəngdə qırmızıtək çox incə, yumşaq və qızlara məxsusdur. Necə olub ki, mən ayı məhz bu nazlı rənglə boyamışdım.
-Niyə susursan?
-Hə..Sevgilim… xeyr… Qızlar mənə maraqlı gəlmir.
-Heyf.
-Amma məncə indi dəyişmişəm.
O, qırmızı dodaqlarını cəzbedici tərzdə tutub, dilədiyinə çatmış bir insan kimi gülərüz sima aldı.
-Rafael, -nədənsə möcüzəvi şəkildə qardaşımın səsini eşitdim.
Arxaya çevrildim və gözlərim bərəldi.
-Görürəm həmin “sevgilisinin” eynəklərini yenidən götürmüsəm.
Eynəyin hələdə əynimdə olduğunu anlayıb, cəld ona əl atdım. Plasmas taxtalar qulağımdan qalxdı. Ucadan çığırdım.
-Rafael nə oldu?-deyə qardaşım məni silkələdi.
Sanki mənə aid bədən hissəmi məndən ayırmışdılar. Bu bədən hissəm də gözlərim idi. Onlar əcaib şəkildə məni yandırırdılar. Belə bir acı hissi duymamışdım. Fikirləşməzdin ki, mənə cəza verən mənim sadiq dostum olacaq…
YOU ARE READING
Özün kimi ol. "Waty 2019"
Short StoryKiməsə görə dəyişmək və ya onun üçün ideal birinə çevrilmək insanın mənfi cəhətidir. Çünki bəzən bu hərəkət bizim həyatımızın işığını alar!