Bir hadisəni daha aydın anlamışdım: Sənə güvənən, sadiq duran hər hansı bir varlıq və ya cansız əşya başqalarına cəzadır. Yəni məni incidən birinə onlar dəhşət törədər.
Mən rəngləri ayıra bilmədiyimə görə Sürxanın gözündə daşan qanı görə bilmirdim. Ala - qırmızı rənglər onun gözünü örtmüşdü. Məktəbin sağlamlıq şöbəsinə yollandı. Bu ona kömək etməmişdi. Az sonra valideynləri məktəbə gələrək, azca qırğın saldılar. Baş verən bu hadisə hər kəsin ağzında gəzir və qarışıq müəmaya çevrilir. Əsasən orada : " Məktəbə yeni gələn oğlan onu çırpıb...Deyirlər son dəfə o təzə gələn oğlanla birlikdə idi...Elə bilirdim sakit bir şeydi demə belə dalaşır...Görəsən, Sürxan ona nə edib ki, onu bu günə salıb..." - Bu dedi-qodulara görə kimsəsiz, sakit bir otaqda oturmuşam. Direktor Sürxanın valideynlərini sakitləşdirir. Sonra isə bura- öz otağına qayıdacaqdır.
Zəif, kiçik , zavallı bir cansız , şüşəsi minlərlə cızıq xətlərlə yazılmış eynək bütün bunları törətmiş. O , yalnız mənə məxsus olduğunu bir daha sübut etmişdir. Onun mənə göstərdiyi cənnəti heç kəs görə bilməzdi. Əlimdə eynəyi daha da sıxdım. Ona sanki vurulmuşdun. Ağ, boz boyalarla xoşbəxt yaşamaq mümkün deyil. Çeşmənin isə bağışladığı...
Qapı çırpıldı:
-Hansı eynəkdi bu?
Qardaşımı görən kimi yerimdən sıçradım. Onun çatmış qaşı məni təkərə saldı. Xeyir, ondan qorxmuram sadəcə təşvişə düşməsi mənim vicdanımı boğur.
-Nə eynəklər?- deyə əşyanı ovcuna basdım ki, görünməsin.
-Kamerada gördüyüm o, oğlanın sənin əlindən aldığın eynək.
-Hə... bu.... Sadəcə onun... sevgilisinin eynəyi idi.
Ona artıq ikinci dəfə yalan danışdım. Bu vicdan daxilimi yandırırdı. Bunu nəyə görə edirdim. Məgər şeytana çevrilirdim? Və ya hər hansı bir eynəyə görə yalan danışmalı idim? Xeyir...mən...sadəcə...xoşbəxt olmaq üçün bunu deyirdim. Çünki qardaşımı hər kəsdən daha çox istəyirdim. Məni çalanın içindən çıxardan yalnız o olurdu.
-Rafael, sən niyə tanımadığın qızın eynəyinə görə özünü az qala öldürürsən pıçıldadı:
-Yox, sən səhv anladın...
-Rafael ...- deyə səsini ucaltdı. Sonra isə qapının səsini eşidən kimi əllərini aralayıb məni hirslə bağrına basdı. Qulağıma pıçıldadı:
-Dərdini həmişə mənimlə paylaşardın. Sən mənə yalan danışmazdın...
Avtomobilin təkərləri yüngülcə yolun çalalarını keçirdi. Şüşədən günəşin son, ağ, uzun əllərini görürdün. Sanki o, kimsə tərəfindən yerin içinə batırdı. Düzü uşaq vaxtı belə düşünürdüm. İndi eynəkləri taxmağa ürəyim dəlitək istəyir. Amma... Yanımda-sükan da uzun boy, yanaqları, alnı tündləşmiş narahat sifətli cavan oğlan oturmuşdu. Onun balıq kimi səssiz olması məni daha da yaralayırdı. Bütün bunlara son qoymaq üçün mənə təkcə öz düşüncəm və vaxt tələb olunur.
-Xahiş edirəm anama heçnə demə.
Qardaşımdan səs gəlmədi. Onun xırıltılı nəfəsi olduğu kimi davam edirdi. Deməli Fərhadın daxilini sonacan parça-parça etmişəm. Bu yaralara dərman yalnız həqiqət idi.
Evə daxil olduqda böyük otaqdan anamın ayağ səsini eşitdim:
-Oğlanlar? Bir yerdə gəldiniz?
Fərhad arxaya çevrildi və mənə iti baxışlarını yönəltdi. Əgər bu söhbəti anama söyləsə...
-Heç, fikirləşdim ki, mənim sevimli, mənə güvənən qardaşım yorğundur və buna görə onu özüm evə gətirdim.
-Hə... lap yaxşı. Onda tez gəlin yeməyə.
Ayaqqablarımı çıxararkən boynumdan kəskin bir şəkildə kim isə tutdu. Mən başımı qaldırdım. Orada qonur rəngi, etiraz duyğusunu, həyata nifrəti, məhv olmağa xas bir görüntünü seyr etdim.
-Bunu sənə görə deyil, anama görə etdim.
Mən açılmış pəncərənin arxasında oturub, qardaşımdan fikirləşirdim. Onun qəzəbindən sezilən duyğuları görmüşdüm. Nədən axı o ailə üzvlərinin içindən ən çox narahat olandır?Elə bil böyük, dəhşətli bir səhvə yol verəcəyimdən qorxur. Axır-əvvəl onun hər şeydən xəbəri olacaq. Mən isə eynəyi gözümə taxıb al-qara səmaya baxırdım. Buludlar çəkilən kimi ora da parlaq işıq əmələ gəlir. Bu nuru "ay" adlandırırlar. Mən onu çəhrayı boyaya rəngləyərdim. Onun günəş qədər maraqlı olmadığını bilirdim. Sonra isə çevrilib, malberdin üzərindəki yeni çəkilmiş ay və günəş şəklinə baxdım.
VOCÊ ESTÁ LENDO
Özün kimi ol. "Waty 2019"
ContoKiməsə görə dəyişmək və ya onun üçün ideal birinə çevrilmək insanın mənfi cəhətidir. Çünki bəzən bu hərəkət bizim həyatımızın işığını alar!