2.bir son ya da bir başlanğıcam mən.

31 11 12
                                    

25.04.2015.

İnsanlar dayanmadan dəyişir.Zaman üstümüzdən keçərkən heç kim eyni qalmır.Axtardığımızı tapdıq deyəndə yeni bir qaçış və ya yeni bir yol görünür.Ölümə qədər gedər  və sadəcə ölümlə bitər bu yollar və dəyişimlər. Bu yolda bizim yanımızda bizə kömək edən insanlar olur.Çox vaxt bu insanlar  validəynlərimiz olur.Mumeyin validəynləridə bu yolda ona kömək edən insanlardı-ən azından bir müddət üçün elədi.

Bu gündə həmişəki günlər kimi keçirdi: günəşin yandırıcı və isti gülüşü, sabahın təmiz və sərin havası,  yazın xəbərçisi olan quşlar və yeni açmış təravətli güllər , tumurcuqlanan ağaclar.Bunlar insanın baxmaqdan doymadığı mənzərələr-əlbəttə hər insanın baxış tərzindən də asılıdır.

Mumey də baxmaqdan doymayan insanlardan idi.Hər keçən gün bir az daha vaxt keçirtmək istəyirdi bu mənzərinin qabağında. Amma məktəbə getmek vaxtı yaxınlaşırdı.

Mumey bir çox uşaqdan fərqli olaraq o məktəbi xəyalları həyata keçirdən məkan kimi görürdü.Əsasən də kitabxanaya girdikdə çıxmaq bilmirdi. Bəzən axşama qədər vaxtını kitabxana da keçirirdi. Həm imtahana hazırlıq üçün, həm də sadəcə sevdiyi üçün.

Mumey bütün hazırlıqlarını qurtarıb salona keçdi. Anası mətbəxdə yenə məharətlərini göstərirdi, atası da stol arxasında oturub qazetini oxuyurdu.Mumey gülümsəyərək əvvəlcə atasını qucaqladı.

"Sabahınız xeyir, yaraşıqlı cənab. "
"Sabahınız xeyir gözəl xanım bu gün çox daha gözəl eyni zamanda sevimli görünürsüz, bunun bir səbəbi varmı?"

Mumey bu oyunu sevirdi böyümüş ola bilərdi amma atasının hələ balaca gözəl xanımı idi.

"Sizin kimi yaraşıqlı bir adamın yanında gözəl görünmək mənim borcumdu amma deyəsən mənim gözəlliyim xanım Hamadanın yanında bir az sönük qalır ona görə məndə sevimli olmağa cəhd göstərirəm."

Anasını bu oyuna qatmasaydı ola bilməzdi.Anasına ideal bir qadın gözüylə baxırdı,həm ana olaraq, həm də bir iş qadını olaraq.Anası Yaponyanın ən yaxşı həkimlərindən biri idi.Mumeyin anasına heyran qalmasının əsas səbəblərindən biri də buydu.Mumeyde onun kimi həkim olmaq istəyirdi.Buna görə bu il məktəbi qurtardığı üçün tibb universitetinə hazırlaşırdı.Həkim olmaq anası sayəsində ən böyük xəyalı olmuşdu və bu xəyalı həyata keçirtməyə çox yaxınlaşmışdı.

Anası mətbəxdən yeməklərlə çıxaraq: "Yeməklər hazırdı , Kang ailəsi!"

Mumey və anasıda masaya əyləşdikdən sonra, yeməklər yeyildi və əvvəlki şən oyun davam etdi.

Mumey saata baxaraq:"Aa... Geçikdim, geçikdim!Ana əllərinə sağlıq əla yemək idi, amma mən getməliyəm sizə nuş olsun."
"Yaxşı qızım sənə yaxşı yol."

Anası və atası ile sağollaşdıqdan sonra Mumey tez evdən çıxdı.Məktəbə qədər yol hardasa normal addımla 15-20 dəqiqə çəkirdi, amma Mumey qaçaraq bu yolu 10 dəqiqəyə endirmişdi.İndi nəfəs-nəfəsə məktəbə çatmışdı, amma heç olmasa gecikməmişdi.Sinifə girdi və öz masasının arxasına keçdi. Müəllim hələ gəlməmişdi və buna görə hamı öz halında idi.Mumeyin arxasında oturan qızlar da gülərək söhbətləşirdilər.Mumeydə təsadüfən qızların dediklərini eşidirdi.

Onlar Koreayalı bir qrup haqqında danışırdı və dediklərinə görə Koreayanın ən  yaxşı qruplarından biriymiş.Mumeydə maraqlandı nə qədər kitab və dərs oxumağı sevsədə ən az onları sevdiyi qədər musiqiyədə qulaq asmağı sevirdi. Qrupu maraqlanmaq üçün onların söhbətinə qoşuldu.

"Hansı qrupdu bu belə?"
"Sən kitabdan başını qaldıra bilirdin Mumey?"
"Çox gülməlidi, amma məndə musiqiyə qulaq asmağı sevirəm."
"Sən belə qrupları bilməzsən."
"Bilmək üçün soruşuram."

"Elə olsun Koreayalı bir qrupdu və mahnıları çox gəşəngdi, mahnının sözləri olsun, klipləri olsun, dansları olsun hamısı həm çox yaxşıdı, həm də çox mənalıdı."
"Bəs qrupun adı nədi?"

"BTS."
"BTS mi bir mənası varmı?"
"Açılışı 'Gülləkeçirməz Oğlanlar' deməkdir."
"Bəs ən son mahnıları hansıdı?"
"'Dope' amma sevərsənmi bilmirəm?"
"Baxıb öyrənərəm."
Birdən sinifin qapısı açıldı və müəllim içəri girdi.Müəllimin girməsiyle hamı öz yerinə keçmişdi.

~~~~dərs sonu~~~~

Digər uşaqlar çıxarkən Mumeydə çantasını yığırdı.O yığana qədər bütün uşaqlar çıxmışdı, onsuz onun bu sinif də çox yaxın olduğu bir dostu yox idi. Çox vaxt sinifdə görünməz uşaqlardan biri idi, amma  olsun o buna öyrəşmişdi.Çantasınıda taxıb əvvəlcə sinifdən sonra məktəbdən çıxdı. Yolda tək yeriyərkən bu gün qızlarla danışdığı söhbət yadına düşdü.

Əslində belə maraqlanmasının səbəbi deyəsən o qızların hətta sinifdə heç kimin K-POP dinləməməsiydi.Yəni biraz təəccüblənmişdi, Mumey K-POP mahnılarını sevirdi,amma heç BTS-i eşitməmişdi.Evə gedən kimi bunu araşdıracaqdı.

Evə çatmışdı və dərhal anasına səsləndi.
"Ana!"
Shizuka qızı üçün yemək hazırladığı mətbəxden"Burdayam qızım."
"Ana mən acmışam , yemək hazırdımı?"
"5-10 dəqiqəyə hazırdı qızım. O hazır olana qədər səndə üstünü dəyişdir."
"Yaxşı."

Mumey otağına gedib məktəb paltarlarını dəyişib təkrar mətbəxə getdikdə anası süfrəni hazırlamışdı. Mumey süfrəyə oturanda anasıda telefon ilə danışırdı, deyəsən atası idi.

"NƏ?"anasının birdən qışqırmasına Mumeyde təəccübləndi.Nə olduda belə səsi birdən yüksəldi?Mumey maraqlandığı üçün yeməyini buraxıb anasının yanına getdi.

"Yaxşı JiSung hər şeyi hazırlayaram narahat olma."deyib anası telefonu keçirtdi və qarşısında ona sual dolu gözlərlə baxan bir Mumey ilə qarşılaşdı.

"Nəsə problem var ana?"

Shizuka deyib deməmək arasında qalmışdı.Bu xeberden sonra qızının kədərlənəcəyini bilirdi, çünki uzun bir vaxt JiSungun küsülü olduğu babasıyla JiSung barışmışdı.Həmdə Mumey babasıyla  son vaxtalar da tez-tez danışırdı.Hətta cenab Kang onu Koreaya gətirmələrini çox istəyirdi və ona böyük bir sürpriz hazırladığını demişdi.Babası bunu deyəndə Mumey çox sevinmişdi çünki, Shizukanın valideynləri Mumey körpə olarkən rehmətə getmişdilər və Mumey ilk dəfə baba və nənə sevgisi görürdü.Təəssüf ki, bu çox uzun çəkmədi.

Amma qızına bunu deməliydi çünki JiSung sabah üçün Koreyaya bilet almışdı.Ona görə Mumeyin indidən bilməsi daha yaxşı olardı.

"Mumey, qızım bu deyəcəklərimdən sonra təmkinli olmağa çalış yaxşımı?"
"Ana məni dahada həyəcanlandırma nə olubdu?"
"Qızım baban... baban dünən rəhmətə gedibdi."
"Nə?"

Mini not2:'Uğranan hər dayanacaqda, başqa başqa ümidsizliklər.'

2. Bölümün sonu🙏

You're my hero{KNJ} Hikayelerin yaşadığı yer. Şimdi keşfedin