İnsanlar xəyal qurar, və o xəyallarının ardınca gedərlər. Bəziləri isə.. Sadəcə xəyal qurarlar. Mən isə, xəyal qurub onları tək-tək gerçəkləşdirmək istəyirdim.. Ən böyük xəyalım xoşbəxt olmaq idi. Hə birdə, oxumaq.
Kiçik yaşlarımdan anam oxumağım üçün əlindən gələni edirdi. Oxumağımı o qədər çox istəyirdi ki, özünün edə bilmədiyi çox şeyi mənim bacarmağımı istəyirdi.. Məndə onlar üçün çalışırdım. Dərslərim əla idi, qəbul imtahanına 2 ay qalmışdı. İncəsənəti bitirib, rəssam olacaqdım. Hə, öz xəyalım idi rəssam olmaq. Şəkil çəkmək mənə yaxşı gəlirdi. Sıxılanda, özümü tək hiss edəndə, hətda danışmaq istəyəndə belə şəkil çəkirdim. Bu məni rahatladırdı. Ən çox kitab oxumağı sevirdim. Kitablar mənim üçün milyonlarca həyat demək idi.. Bir-birindən fərqli, milyonlarca həyat... Otağımda kiçik bir kitab rəfim var idi atamın hazırladığı. Hərgün 10 səhifə də olsa kitab oxuyurdum. Kitab oxumaq da, şəkil çəkmək kimi ruhumu dincəldirdi.. Nədə olsa; hər kəsin çətin zamanlarda sığınacağı bir qiraət məkanı olmalıdır. Dünyadan, səs-küydən uzaq bir yer...
2 aydan sonra hərşey daha da yaxşı olacaq deyə düşünürdüm. İmtahan öncəsi səyahət edəcəkdim 10 günlük. Və budur, o gün gəlib çatdı. Anamgil ilə görüşüb yola düşdüm, xalamgilin yanına gedəcəkdim Türkiyəyə.. Hər zaman etdiyim kimi, xəyal quraraq addımladım yolu. Nəhayət gəlib çata bildim. Məndən başqa neçə-neçə insanlar da qatar gözləyir, bəziləri ailəsiylə birlikdə gəlib, vidalaşırdılar..
Qatara minib, mənə verilən oturacaqda əyləşdim. 5 dəqiqə keçməmiş, əlində kitab, bir oğlan yaxınlaşdı. Yanımdakı oturacaqda əyləşdi. Yerini rahatlayıb, kitabını oxumağa başladı. Gözüm istəmsizcə oxuduğu kitaba gedirdi.. Kitabı o qədər maraqla oxuyurdu ki, mənimdə diqqətimi çəkmişdi. Biraz yana əyilib kitabın üz qapağını və adını görmək istədim. :) Sanki oğlan bilərək biraz daha açdı kitabın vərəqlərini.. Sonda biranlıq kitabdan gözünü çəkib, gözlərimin içinə baxdı.. Çox utandım... Başımı çevirib pəncərədən çölü izləməyə başladım. Xəyal quraraq.. Xəyalımda Universiteti bitirmişdim. Sərgilərə çıxarılacaq şəkillər çəkirdim. İşlərimdə uğur qazanmışdım. Və çox xoşbəxt idim...Gözümü açanda yuxuya getdiyimin fərqinə vardım. Qatardakıları gözdən keçirdim. Kimi oturacaqda tək oturmuş musiqi dinləyir, kimi sevgilisiylə söhbət edir, kimi isə kitab oxuyur... Bəli, hələdə davam edirdi kitaba. Böyük maraqla oxuduğu bəlli idi, yada o da mənim kimi kitab oxumağı çox sevirdi.
Biraz darıxdım evdən sanki.. Axı hələ, tez idi) Qulaqcığımla mahnı dinləməyə başladım. Biraz keçmişdi ki, sol qoluma kiminsə toxunduğunu hiss edib, ayrıldım xəyallarımdan. Həmin oğlan mənə nəsə deyirdi, mahnının səsindən anlamamışdım.. Qulaqcığımı çıxarıb;
- Buyurun, eşidmədim dediyinizi.
+ Mahnının səsini biraz azalda bilərsiz ? Fikrimi yayındırırsız..
- Yaxşıdı da, musiqi sədaları altında oxuyun kitabınızı :)
+ Bunu istəsəm, özüm də edə bilərəm. Elə deil mi? İndi isə səsi azaldın zəhmət olmasa..
Oğlanın bu kobudluğu üzərinə heçnə demədim.. Artıq mahnı dinləmək belə gəlmirdi içimdən. Sakitcə yol üçün ayırdığım kitabımı açıb, oxumağa başladım...