O gündən sonra hərşey dəyişdi.. Mən artıq Universitetə daxil olmuşdum. İstədiyim bölüm üzrə oxuyacaqdım.
2 ay çox tez keçmişdi. Bu 2 ay ərzində Xəyal hər an yanımda idi. Bir dost kimi, bir yaxın kimi.. Onunla yenidən necə mi qarşılaşdım? Kitabdakı sözlər arasında kodlaşdırdığı rəqəmlərdən :d
Bəli, bunu etmişdi. Mən də fərqinə varmışdım. Və o gündən sonra tez-tez görüşüb vaxt keçirtmişdik. O mənə özü haqqında danışmışdı. Ailəsi haqqında danışmışdı. Əslində bir ailəsi belə yox imiş. Kobud adamın içində sevgiyə möhtac biri var imiş..
Onun yanındaykən daha az xəyal qururdum. Çünki gerçəklərlə daha çox yaşayırdım artıq. Xəyallarım yavaş-yavaş gerçəkləşirdi..
Bu müddət ərzində o da yanımda idi. Və bundan sonra hər an yanımda olacağına inanırdım...Universiteti bitirdikdən sonra rəsm çəkməyə davam etdim. Bir sərgidə rəsmlərim yayınlanacaqdı. Sərgiyə Xəyalla birlikdə getdik. Əl-ələ..
"...bəlkə birgün məndə rəsm qaleriyasına gedib aşiq olaram.."
O gün bu gün idi.. Amma, Xəyal artıq aşiq olmuşdu..
Beləliklə, bütün xəyallarımızı birlikdə gerçəkləşdirdik. Daha çox xəyal qurduq, daha böyük şeylər etdik.. Xəyallarımızdan heç vaxt vazgeçmədik. O tamamilə mənim təsəvvür etdiyim kimi idi... Sabahaddin Alinin həmin kitabında da dediyi kimi; Şüphə yoxdur ki, hər kəsin özünəməxsus ruhu var. Lakin çoxları, bütün ömrü boyu bunun fərqinə varmır. Bu ruh ancaq özünə oxşarı ilə rastlaşdıqda meydana çıxıb özünü göstərir. Həm də bizdən, ağlımızdan, istəyib-istəmədiyimizdən asılı olmayaraq meydana çıxır... Biz sözün əsl mənasında, ancaq bu zaman yaşayıb hiss edirik. Bu vaxt hər cür tərəddüd, utancaqlıq kənara atılır, bir-birinə oxşar iki ruh bütün maneələri aradan qaldıraraq, bir-birinə qovuşmağa can atır...Not; Siz siz olun, əsla xəyallarınızdan vazgeçməyin . Xəyal qurmaqdan çəkinməyin. Xəyallarınızın ardınca gedin.. Addım-addım... Bir gün, əlbət gerçəkləşəcək.. ♡