Nəhayət 40 saat yolun ardından, gəlib çata bilmişdim. Hamı yavaş-yavaş qatardan enirdi. Yanımda oturan oğlan isə yuxuya gedmişdi. Adını bilmədiyim bu adamı oyandırmaq məcburiyyəti gəldi içimdən.
Qoluna toxunaraq...
- Hey oyan, artıq çatmışıq.
Yuxulu gözlərini açıb üzümə baxdı. Sonra ətrafa..
- Oyandırmaq istədim, gedəcəyin yerə gəlmisən.
+ Çox sağol, oyandırdığın üçün.
- Birşey deyil, kobud adam
Oturduğumuz yerdən qalxıb, qatardan enməyə hazırlaşdıq.
+ Yol boyu oxuduğum kitabdan gözünü çəkmədin, hətda bir ara adını belə öyrənmək istədin. )
Biraz utanc hissi keçirsəmdə, bilindirməməyə çalışdım.
Gülümsəyib... - Hə, çox maraqla oxuyurdun, adını öyrənmək istədim.
+ Adım Xəyal.. Mənimlə birlikdə gülümsədi.
- Mən də Nəfəs. Şad oldum Xəyal.
+ Maraqla oxuduğum roman, Sabahaddin Ali'nin romanıdır. Roman incəsənətə böyük marağı olan adamın rəsm qaleriyasına getməsi və o gündən sonra olanlardan bəhs edir. Məhşur Türk yazıçısı Sabahaddin Ali 1943-cü ildə qələmə aldığı bu roman tez bir zamanda böyük oxucu kütləsi qazanmışdı..
- Hə, eşidmişəm bu kitabı. Mövzusu diqqətimi çəkir.
+ Bilirsən, mənimdə incəsənətə marağım var, bəlkə birgün məndə rəsm qaleriyasına gedib aşiq olaram..
Gülümsədik. Heçnə demədim.. Əlindəki kitabı uzadıb
- Mən bitirdim. Buyur, səndə oxu.
+ Çox sağol, amma səndə qalsın. Məndə oxuyacağıma söz verirəm.
- O zaman buyur, bu kitabdan oxu. Kitab hədiyyə etməyi sevməsəm də, içimdən gəldi.
Gülümsədi. Gülümsədim.
+ Çox sağol, Xəyal. Çatan kimi ilk işim bu kitaba başlamaq olacaq...
Və ayrıldıq. O öz yoluna, mən öz yoluma davam etdim. Məni xalamgil qarşıladı. Həyat yoldaşı ilə birlikdə gəlmişdilər. Məni görən kimi xalamın gözləri güldü. Çox darıxmışdım onun üçün. Ən son xalam qızı ilə qucaqlaşıb, salamlaşdım. Xalam qızı məndən 1 yaş kiçik idi. Aramız həmişə çox yaxşı olub. Bacım olmasa da, bacım kimi sevmişəm onu.
...Evlərinin həyətlərinə girəndə, gözüm ətrafda gəzindi. Çox gözəl idi. Böyük həyəti olan balaca bir ev. Xəyallarımdakı kimi.. Xəyal.. Biranlıq qatarda olanları düşündüm. Bəlkə də, 1-2 saatlığına fərqli birşey yaşamışdım. Ya da, mənə elə gəlirdi...
Şam yeməyini birlikdə yedik. Daha sonra xalamın mənim üçün ayırdığı otağıma keçdim. Çantamı açıb, Xəyalın mənim üçün hədiyyə etdiyi kitabı çıxardım.
"İnsanlara yaxınlaşmaq ehtiyacım artdıqca, onlardan uzaq qaçmaq arzum güclənirdi.."
Kitabın ilk vərəqində gözümə sataşan bu qeyd diqqətimi çəkdi. Yəqin ki, o yazmışdı bunu.. Niyə məhz bu qeyd? Yoxsa oda mı insanlardan qaçırdı.. Düşünməyi boş verib, kitabı vərəqlədim. İçərisində kiçik bir not var idi..
"...Qatardakı kobudluğum üçün üzr istəyirəm, üzr istəməyi o qədər də bacaran biri deyiləm. Yenədə bu burada qalsın.."