Bölüm.1

35 6 3
                                    

...Bütün ev titrəyirdi.. Atamla anam kiçik qardaşmla mənim əlimdən tutub çölə çıxardılar. Qapını belə bağlamadan özümüzü yola atdıq. Küçədə bizdən başqa onlarla insanın qaçmağa çalışdığını gördüm. Qarşımızda uzun bir yol var idi. Hamı yola çıxmış, qaçırdı. Dünya dağılırdı sanki.. Qaçırdıq amma, bu heçnəyi dəyişdirmirdi.. Anam qardaşımı qucağına götürmüş, atam anamın əlindən tutmuş qaçırdılar.. Biriləri məni unutmuşdu sanki, amma indi sifət etməyin yeri deyildi. Əlbət bunun əvəzini çıxacaqdım onlardan. Hələki, yox. Dağılmış saçımı bir əlimlə arxaya verdim. Birdən kimsə əlimi tutdu və mənimlə birlikdə qaçmağa başladı.. Üzünü görə bilmədiyim bu adamın niyə belə etdiyimi anlamamışdım. Heçnəyi düşünməyib əlini bərk sıxıb qaçmağa davam etdim...
Budur, yolun sonuna çatmışdıq deyəsən. Bir uçurumun kənarındaydıq. Amma artıq yanımızda heç kim yox idi. Yalnız onunla mən, ikimiz.. Uçurumun kənarında diyanmış, göy üzünü izləyirdik.. Üzümü çevirib gözlərinə baxmaq istədim. Niyəsə əlimi tutan bu adamın üzünü heç cür görə bilmirdim.. Üzü get-gedə daha da bulanıqlaşırdı...
Yarıyuxulu şəkildə, yatağn titrəməsi ilə oyandım. Bu nə səs idi belə? Uçurumdan mı düşdük yoxsa? Bu titrəmə...
- Anaaaaa, Ataaa zəlzələ olur.. Hardasıızzz.. Qaçınn... Ya da, qaçmayınnn, mənimlə birlikdə qaçaqq.. Anaaa... Var gücümlə qışqırdığım an gözümü açdımm. Başımın üstündə anam, qardaşım məni oyatmağa çalışırdılar..
- Anaa, nə oldu? Biz hardayıq
+ Harda olacaqsan? Evində, yatırsan bu vaxta qədər.
- Bəs titrəmə? Qaçmağımız? O adam..
Anam üzünü çevirib;
+ Nə adamı? Nə qaçmağı. O zəlzələ dediyin şey saat idi. Amma sən saat titrəməsində da bir aksiyon axtarırsan gözəl qızım. Gözlərini süzdü. İndi isə gəl aşağı, süfrə hazırdır. Dərsə gecikəcəksən..
Saat mı? Nə yəni, gördüyüm hərşey bir yuxu muydu? O adam da mı..?

- Fəridəə tez gəl oynayaq. Yeni bir oyun tapmışam. Daha doğrusu, atam öyrətdi. Amma "heç kimə demə" dedi, səndə demə yaxşı? İndi gəll..
Fəridin bu sözlərinə cavab vermədim. Gördüyüm yuxunu düşünürdüm hələ də.. Üzünü görə bilmədiyim o adamı...

Yenidən BaşlamaqWhere stories live. Discover now