Bölüm.3

21 5 0
                                    

O gün dərsə getdiyim o yolda huşumu itirdikdə, xəstəliyimin var olduğunu bildim. Gecə saat 3 idi səhv etmirəmsə, gözümü xəstəxanada açdım. Ətrafımda ailəm var idi. Anam yerə oturmuş ağlayır, atam isə gözlərini zilləmiş, divara baxırdı.
Başım çox ağrıyırdı deyə gözümü tam aça bilmirdim. Qırıq səslə "Ana" deyərək onu çağırmağa çalışdım. Amma səsimi eşitmədi. Yenə çağırmaq istəyirdim ki, həkim olduğunu anladığım bir adam mənə yaxınlaşdı.
- Necəsən?
Qırıq səslə;
+Başım ağrıyır.
- Narahat olma, olan şeydi.. Səninlə birşey danışacam, dost olaq?
+ Niyəki?
- Səninlə dost olmaq istəyirəm. Birşeyləri bölüşə bilmək üçün..
+ Yaxşı
Həkim mənə yaxınlaşaraq;
- Ürəyin.. O çox xəstədi.. Onu sağaltmaq sənin əlindədi. Güclü olmalısan. Hərşey əvvəlki kimi olacaq...
Həkimin bu sözlərinə heçnə demədim. Demək, artıq xəstə biri kimi həyatıma davam edəcəkdim.
Hərşey əvvəlki kimi olacaq...
Doğurdan da hərşey əvvəlki kimi ola biləcəkdi mi?

Yenidən BaşlamaqOù les histoires vivent. Découvrez maintenant