Gözlərimdə yaş qalmayana qədər ağlamışdım. Artıq nə dayanmağa gücüm, nə də danışmağa taqətim qalmışdı.
Anam xəstə yatağında ölüm-qalım mübarizəsi edərkən mən çarəsizcə Allaha dua edirdim.
Telefonuma zəng gəldi. Həmin nömrə idi. Qorxudan titrəyərək açdım. "A-alo?" səsimin titrəməyinə mane ola bilmirdim.
"Dərya, necəsən?" dedi əylənirmiş kimi bir səslə.
"Niyə zəng etdin ?" dedim əsəbi halda.
"Səsini kəs! Özün yaxşı bilirsən niyə zəng etmişəm. Qərarını ver. Əgər razı olmasan, ananın ölümünə göz yumarsan. "
Bilirdim, artıq hər şey bitmişdi. Anam üçün etməli idim bunu...Salam dostlar:) Necəsiniz? Həyəcanla ilk hekayəmin qısa bir dialoqunu paylaşdım. Bəyənməyiniz ümidi ilə..
ŞİMDİ OKUDUĞUN
İMKANSIZ
General FictionHəyatda bəzən seçimlər arasında qalmağa məcbur oluruq. Amma onlar... Onların tək şansı vardı. Ya ölüm, ya da həyat boyunca çəkiləcək əzab...