"Qadının üç yaş dövrü"-1

82 15 8
                                    


Ömrüm boyu üç dəfə ölüb-dirilmişəm. Məni həya-ta bağlayan gözəgörünməz tellər üç dəfə qırılıb. Hər ölümü-mün ardınca yenidən diriləndə, sanki daha bir az pərvəriş tapırdım. Daxilimdə kök atmış ağac yenidən qol-budaq atır, tumurcuqlarından körpəcə yarpaqlar çıxır, gözoxşayan tər çiçəklər açırdı. Sonuncu ölümümdə öyrəndim ki, min illər ərzində bütün insanlar elə ölüb-dirilərək yaşayırmış. Həmin vaxt 27 yaşım vardı və mən dərk etmişdim ki, ölməyin də sirləri varmış...

Əslində, yeganə istəyim insanları sevmək və bu sevgini öz ürəyimdə duyduğum şəkildə hiss etmək idi, amma başıma gələn hadisələr nəticəsində sevginin elə bir sirli tərəfini kəşf etdim ki, o məni insanlardan həm ayırdı, həm də qəribə şəkildə onlara birləşdirdi. Bu sevgi mənim alın yazım idi: ailəsi və ətrafındakı insanlar tərəfindən sevilsə də, qəlbi bu sevgiylə dolmayan, ağrılı bir natamamlıq hiss edən, həmişə nəyisə axtaran, axtardığını tapmasa da ümidini üzməyən, gah qınına çəkilib, gah da üzə çıxan "uşağın" ana və nənəsi-nə qarşı mübhəm bağlılığı və bunun sirli hekayəsi.


www.ceylamumoglu.com

©Parafraz Nəşrləri – 2020©Ceylan Mumoğlu – 2020

"Qadının üç yaş dövrü" (roman)Where stories live. Discover now