Acılar,kədərlər içində qaldım,
Halımı soruşub, edən olmadı.
Sən varkən sənsizliyinə qapıldım,
Xoşbəxtlik qapımı birdə çalmadı.Yadında? Çox danışar, çox gülərdik,
Acını bilməzdin mənim yanımda.
Gözəl xəbərlərə bir sevinərdik,
Indi bəd xəbərlər dolub qapımda.Dünən xəbər gəldi nişanın imiş,
Üzülümmü, sevinimmi bilmədim.
Sən orda onunla deyib gülərkən,
Mən burda gözümün yaşın silmədim.Axşam çökən kimi başlayır hüzün,
Siqaret düşməyir heç damağımdan.
Gecə həyətdəykən keçir xəyalın,
Dörd bir tərəfdən, soldan sağımdan.Sabah Bakını da tərk edirəm yar,
Küləklərə əmanətimsən artıq.
Biz qiyməti ağır olan sevgini,
Ucuz ayrılığa, həsrətə satdıq.Solmasın gülüşün,solmasın üzün,
Eybi yox, sən gülümsə ağlayaram mən.
Sənin xoşbəxtlikdən üzün açılsın,
Acıdan sinəmi dağlayaram mən.Yeni bir şeir kitabı ilə qarşınızdayam :)
Öz dilimizdə yazdığım bu şeirlər kitabına dəstəyinizi, fikirlərinizi qatsanız çox məmnun olaram :)
Dostlarınızı da etiketləməyi unutmayın✌
![](https://img.wattpad.com/cover/234215206-288-k503711.jpg)