Yəqin tanış gəldi bu rəqəm sənə,
Çox xəyal qurmuşdun bu il üçün hə?
Öncə savaş ilə açdıq səhifəni,
Sonra alov tutdu böyük meşəni.Sonra da xəstəlik aldı meydanı,
Qısa bir vaxt içrə bürüdü hər yanı.
Get deyirik yenə getmir bizlədir,
Görəsən hələ nələr bizdən gizlənir?Bir yandan da torpağımız Qarabağ,
Düşmənin əlində əsir qalaraq
Imdad edir, bizdən kömək istəyir,
Bizimkilər Amerika'da kefləyir.Silah tutur kasıbımın uşağı,
Varlı baxır yuxarıdan aşağı.
Allah bilir oğlu hansı qızladır,
Hansı restoranda kef-damağdadır.Bir yanda şəhidin anası qəmdə,
Düşür min bir bəlaya, min bir dərdə.
Şəhid atası tabut alır çiyninə,
Bir yük daha belə oturur ömrünə.Bu da gözlədiyin 2020
Biz sadəcə dəyişərkən rəqəmi,
O bizdən çox şeyi aldı apardı,
Söylə dost, bu ildən bizə nə qaldı?