Uşaqlıq dostum Patrikin gəlişiylə həyatım tamamən dəyişmişdi. 10 il sonra Canterbury'ə gəlişimi Sandradan öyrənmiş olmalı idi. Səbəbini bilməsəm də, Patrik yanımda olarkən özümü təhlükəsiz və güclü hiss edirdim. Bu hiss, uşaqlıqdan bəri davam edirdi və üzərindən 10 il keçməsinə baxmayaraq olduğu kimi qalırdı. Patriki ilk gördüyümdə çox sevinmişdim. Amma onun gəlişiylə həyatım bir qədər dəyişdi. Qaranlığa qərq olmuş gecələrin ardından səhər sanki açılmaq bilmirdi və günün böyük bir hissəsi gecədən ibarət olmağa başlamışdı. Saatın əqrəbləri ləng hərəkət edirdi. Ya da ümumiyyətlə hərəkət etmirdi. Zaman bir nöqtədə dayanmışdı.
Patrik məndən yaşca da, fiziki cəhətdən də böyük idi. Gecənin bir vaxtı qaldığım evə gəldi və biz onunla xeyli danışdıq. Patrikin çox qəribə bir xasiyyəti var idi. O heç nədən qorxmurdu və ağlına yerləşdiyi hər şeyi zamanından asılı olmadan bir an öncə gerçəkləşdirmək istəyirdi.
Onunla evin böyük zalında qarşı-qarşıya oturmuş, durmadan bir-birimizə baxırdıq. O mənə heç, atamın vəfat etdiyi üçün baş sağlığı belə verməmişdi. Nə də 10 il ərzində olub-bitənlərdən, harada olduğumdan, nə üçün bura geri döndüyüm barədə suallar verməmişdi. Amma mən hiss edirdim ki, o mənim üçün çox darıxmışdı. Bunu onun gözlərindən oxuya bilirdim. Zal çox qaranlıq olmalı idi ki, zalın iri pəncərələrindən ay işığını rahatlıqla izləmək olurdu. Buna baxmayaraq işıqları yandırmaq heç birimizin ağlına belə gəlmirdi.
Bu vəziyyət bir neçə dəqiqə davam etməyə başlamışdı. Patrik qarşımda oturmuş, bir ayağını digərinin üzərinə aşırmış və gülümsəyərək mənə baxırdı. Bu səssizlik məni olduqca narahat etmişdi.
- Atam.. O dünən dünyasını dəyişib...
- Hə.. Sənin atan.. O çox yaxşı biri idi, Fredo.
Ortaya yenidən sakitlik çökmüşdü.
- Ölüm.. - deyə Patrik bir anda səssizliyi pozdu. Bütün diqqətimi ona verdim.
- Ölüm bütün yaradılanların Tanrıya geri dönüşüdür, Fredo.
Qəribə idi. Patrik kimi bir adamdan belə bir mənalı cümlə eşitmək qeyri mümkün idi. Mən onu tanıyırdım. Onun bütün söhbətləri adətən beldən aşağı zarafatlar və əyləncələrdən ibarət idi.
- Kilsəyə gedirsən, Fredo ? - Bircə bu çatışmırdı. Apollo 11-in aya eniş etməsi mənə daha çox inandırıcı gəlirdi. Amma Patrik kimi birinin dindar olması...
- Yox, illərdir kilsəyə getmirəm. Amma Milad xorları üçün darıxdığımı dilə gətirməliyəm.
- Məncə getsən yaxşı olar. Qurtulmağa çalışdığın şeylərin tək çıxış yolu əslində..
- Yaxşılıq etmək, kilsəyə getməkdən daha önəmlidir, Patrik.. - onun sözünü yarımçıq kəsmişdim.
Az öncə də dediyim kimi, Patrikin istəkləri məntiqin ötəsində olurdu və onun davranışları tez-tez dəyişirdi. Sanki sabit qalmaqdan sıxlırdı. Onun az öncə danışdıqlarıyla daha sonra edəcəyi hərəkətləri bir-biriylə əsla və əsla tutuşmurdu. Gecənin bir vaxtı Patriklə Canterbury'dən çox da uzaqda olmayan, okean sahillərinin yaxınlığındakı Adventure Park'a getdik. Hə, bizim gecənin bir vaxtı orada olmağımız qəribə səslənsə də, biz ora getmişdik və bunu Patrik istəmişdi. Çünki o Roller Coaster turuna çıxmaq istəyirdi. Keşikçiyə yaxınlaşıb iki bilet istədiyimdə mənə bir qədər tərəddüdlə baxmışdı.
- İki bilet ?! - Mənim bu atraksiyona minə biləcəyimdən şübhə duymuş olmalı idi. Çünki Patriklə müqayisədə mən qorxaq idim.
- Hə, bizə iki bilet zəhmət olmasa. - dedim.
ŞİMDİ OKUDUĞUN
DİVARDAKI ŞİFRƏLƏR
HorrorAtasından ona miras qalan evdə cəsədi tapılan Fredonun intihar səbəbləri, divara çəkdiyi şifrələrdən və ölümündən əvvəl yazdığı günlükdən aşkar edilmək üzrə idi.