Bölüm 1

91 8 1
                                    

Hər şey Canterbury'də başlamışdı. Ağlıma belə gəlməzdiki cansıxıcı havasından qurtulduğum İngiltərəyə 10 il sonra geri dönəcəm. Şiddətli yağış, təyyarədən endiyim andan bəri səngimək bilmirdi. Əlimdəki çamadanları bir an öncə taksiyə yerləşdirib, Canterbury'nin mərkəzinə yola düşdüm. 10 il əvvəl tərk etdiyim bu qəsəbə heç dəyişməmişdi. Oktyabrın sonları olduğundan bütün evlərin həyəti qorxunc dekorasiya və kuklalarla bəzədilmişdi. Yolboyu qəsəbənin içiylə uzanan ensiz kanal, illər əvvəl bu kanalda boğulan qardaşımı xatırladırdı. Üstəlik şəhərin tutqun havası məni daha da darıxdırırdı. Hava limanına endiyim andan etibarən içimdə səbəbsiz bir narahatlıq var idi və mənim vücudumu ələ keçirirmək istəyirdi. Sürücünün səsiylə fikirlərim beynimi gəmirməyə ara vermişdi. Sanki bir qədər özümə gəlmişdim.

- 12 pound, cənab..

İndi isə başqa bir məsələ var idi. Arxa oturacaqda sağ tərəfdə otursam da, sürücü güzgüdə mənim tam əksimə - yəni, sol tərəfə baxaraq danışırdı. Özümdən asılı olmadan başımı bir qədər sola çevirdim. " Bu qəsəbədə normal bir adam qarşıma çıxmayacaq "

- Siz yaxşısınız ?

- Hə.. - pulu sürücüyə uzadıb, uşaqlığımın böyük bir qismini keçirdiyim Roy babanın köhnə kafesinin qarşısında endim. Onun nəvələri Patrik və Sandrayla uşaqlığım birlikdə keçmişdi. Bəlkə də, qardaşım uşaq yaşlarında bizi tərk etməsəydi, hər şey daha fərqli ola bilərdi. Keçmiş günlərdən fərqli olaraq kafenin xarici görünüşündə dəyişən tək şey Fordwich Cafe yazısında hərflərin işıqlarının sıradan çıxması idi.

" bir az daha çöldə qalsaydım, təmiz islanacaqdım "

Çamadanları əlimə alıb, içəriyə daxil oldum. Öyrəşdiyimin əksinə vitrinin arxasında bu dəfə Roy baba yox idi. Nəvəsi Sandra onu əvəz etmişdi. Sandra məni görər-görməz tanısa da, mən onu tanımaqda xeyli çətinlik çəkmişdim. Saçlarını sarıya boyamış, xeyli arıqlamışdı. Uşaq vaxtı taxdığı gözlüyü də artıq yox idi.

- Fredo, bu ki, sənsən.. Aman Tanrım !

Sandra işini yarımçıq qoyub, mənə bərk-bərk sarılmışdı. Qarşılıq vermək üçün onu özümə tərəf sıxdığımda üzərindən İrland pivəsinin qoxusu gəlmişdi. Deyəsən 10 il ərzində darıxdığım tək şey İrland pivəsi olmuşdu.

- Yaman islanmısan, çıxart paltonu görüm.. - 10 il əvvəl mənə göstərdiyi qayğının eynisi idi. Görünüşə görə darıxdığım tək şey İrland pivəsi deyildi. O gecə Sandrayla uzun-uzadı söhbət etmişdik. Roy babanın 3 il əvvəl vəfat etdiyini də məhs həmən gecə öyrənmişdim.

Gecəni kafedə keçirib, Sandrayla xeyli içmişdik. Divara asılmış olan fotoda Sandrayla qucaqlaşan balaca qız uşağı var idi. Gözlərimi ilk öncə divardakı fotoya, daha sonra Sandraya yönəltdim. Sandra nə demək istədiyimi anında başa düşmüşdü.

- Hə, o mənim qızımdır. Keyt.

Balaca Keyt, anasından fərqli olaraq heç də gözəl deyildi. Buna baxmayaraq üzümdəki saxta təbəssümlə davam etmişdim:

- Qızın çox gözəldir, Sandra. Ailə qurduğunu bilmirdim. Buna sevindim..

Sandra içkinin təsirindən bir qədər bihuş olmalıydı ki, mənimlə danışarkən gözlərimin içinə baxmırdı. 

- 10 il ərzində çox şey dəyişdi, Fredo.. - Biruzə verməsəm də, Sandranın gözlərimin içinə baxmadan danışması məni narahat edirdi. İçəridə ikimizdən başqa heç kim olmadığı halda gah sağa, gah da sola baxaraq danışırdı.

DİVARDAKI ŞİFRƏLƏRHikayelerin yaşadığı yer. Şimdi keşfedin