Sənin qoxun,
Hiyləgər oyun,
Mən məğlubam.
Sözün düzü,
Çatmır gücüm,
Mən dözmürəm.
Gözlər axır,
Əldə çaxır,
Son siqaret,
Deyirsən get.
Əlim boşdu,
Gözüm dolu,
Saçım yaşdı,
Dilim quru,
Coşur ürək,
Ağız susur,
Ağla gəlir min cür fikir,
Danışmağa yox bir sözüm,
Qalmıyıbdı bircə düzüm,
Onları səhvlər aparıb.
Gedənləri yol qatarı,
Düşürəcək uzaqlarda.
Üşüyəcəm sızaqlarda,
Sınmış sümüklərtək,
İliyə qədər,
Nə elədim hədər,
Nə eləsəm hədər.
Görəsən varmı qədər?
Yoxsa ki, bu asan yoldu?
Niyə birdən hər şey soldu?
Necə oldu?
Heç bilmədim.22.11.2020
Orxan Yaşar