ibrahimov_vusal

Hərdən insan çox amma çox yorular. Bədəninin hər yeri yaralı olan biri özünü necə ayaqda güclə saxlayıb, sonra anidən diz çöküb yıxılarsa, məndə bu durumdayam. Amma hələ yıxılmamışam. Ayaqda durmağa çalışıram. Böyük olan bədənim balaca qəlbimi çox sıxır sanki. Mən çox sıxılıram. Nəfəs ala bilməyəcək qədər. Hər aldığım nəfəs bədənimdən birşeylər parçalıyıb çıxardırmış kimi, acıyla çıxır… 

ibrahimov_vusal

Hərdən insan çox amma çox yorular. Bədəninin hər yeri yaralı olan biri özünü necə ayaqda güclə saxlayıb, sonra anidən diz çöküb yıxılarsa, məndə bu durumdayam. Amma hələ yıxılmamışam. Ayaqda durmağa çalışıram. Böyük olan bədənim balaca qəlbimi çox sıxır sanki. Mən çox sıxılıram. Nəfəs ala bilməyəcək qədər. Hər aldığım nəfəs bədənimdən birşeylər parçalıyıb çıxardırmış kimi, acıyla çıxır… 

ibrahimov_vusal

Məsələ nə təmiz pəncərədə, nə gözəl mənzərədə, nədə təmiz şüşədir. Sadəcə həyata necə baxmağınızdadır… 
          Əgər gerçəkdən fərqli biryerə getmək istəsəniz, öz içinizə baxın. Çoxx şaşıracaqsınız

ibrahimov_vusal

Çox gülən insan buna bir müddət davam etsə gözündən yaş gəlir, ağlayan insan bir müddətdən sonra əsəbdən gülməyə başlayır. Sürətlə gedən maşının təkərinə baxdıqda təkər tərsinə furlanırmış kimi görünür. Duyğular da belədir... Həddini aşan hər duyğu öz ziddinə çevrilir. Həyat bəzən çox çətin ola bilir, hər şey üst-üstə gəlir. Bütün bunlar səni vazkeçirəbilmək üçündür. Təslim olma. Yalnız zəiflər bu yolda təslim olar….

ibrahimov_vusal

Hər şeyin bitdiyini düşündüyün bir an gələr. Elə o an başlanğıcdır. 
          Həyat təcrubədir, yaşadıqca anlar insan. Yaşadığın haqsızlıqlara görə etiraz etmə. Özünlə qürur duy! Sənin doğru olduğuna bir daha əmin ol. Hərkəs layiq olduğunu qazanar bu həyatda. Bizə layiq olmayanları əldə etməyə çalışdığımız üçün itidik çox şeyi...

ibrahimov_vusal

Sən aralıqsız yağışdan sonra çıxan göyqurşağı kimisən. Sən silib ata bilmədiyim o gözəl xatirələr kimisən. Sən içimdə dərin boşluq hissini yaradan hisslər kimisən. Və sən bütün yaşanmışlara baxmayaraq ilk günki sevdiyim qadın kimisən…! 

ibrahimov_vusal

Səssiz bir gecə və o səssizliyi pozan dənizin aramla sahilə vuran  dalğaları. Bir də ocağın yanaraq çıxartdığı səs. Susaraq suyun səsini dinləyirsən. Sanki sənə nəsə fısıldayırmış kimi onu dinləyib hərdən boş-boş cavablar verirsən. Nə istəyirəm bilirsən? "Kiçik bir xoşbəxtlik, elə kiçik olsun ki, kimsə istəməsin onu məndən" deyirsən. Və ümid edirsən. Amma bəzən ümid etmək kar birisinin qapısını çalmaq kimidir, nə zamansa açar deyə. Ya da kor birisinə gülümsəmək kimi. Görəsən insanmı öncə ölür? Yoxsa səndən öncə ümidlərinmi? Bəzən ümid etmək, dar ağacında olan birisinə asqırdığı üçün "çox yaşa" demək kimi mənasızdır. Bəlkədə elə ümid budur… . 

ibrahimov_vusal

Məndən soruşsanız, bu dünyada tam bir mutluluq yoxdur deyərdim. Yəni necə deyim hər kəsin özünə görə bir dərdi vardır və özünü xoşbəxt hiss etdiyi bir səbəbi. Elə buna görə də hər şeyin nisbi olduğu kimi, mutluluq deyə birşey də nisbidir. Kimdən soruşsanız hər zaman yarım olan birşeyləri vardır, əskik olduğunu hiss etriyi birşeylər. Necəki belə bir söz vardır : - "Kiminin çörəyi boyatdır, kiminin də üzüyündəki almazın daşı kiçikdir"

ibrahimov_vusal

"Bir damla deyildim, gölə çevirdilər məni…" demişdi Ahmet Kaya. Onu hər dinlədiyimdə sözlərində özümü tapırdım. 
          Bir binanın şüşələrinin çoxunun qırıq olduğunu görən insanlar,  digər şüşələri də qırmaqdan çəkinməzlər və bunu bir yanlış olaraq görməzlər… - Həyat da buna bənzəyir, zəifliklərini göstərdikcə səni vurmaqdan çəkinməzlər… Qırıqlarını gördükcə səni qırmağa davam edərlər….
          Yaşadığı birşeydən dolayı əxlaqsız bir yola düşən qadının kimsə əlindən tutub ona yardım etməz. O hamının gözündə əldə edilməsi asan olan bir əşya kimidir. Kimsə dinləməz, içində olduğu vəziyyəti ona başa salmaz. Tam əksinə istifadə edər. Belə insanlara nifrət edirəm!!!!! 

ibrahimov_vusal

Gözlər sadəcə baxmaq üçün deyildir, bəzən də danışmağı bacararlar. Elə buna görə də yorğun baxışlı insanlar var bu həyatda. Hislərini gözləri ilə danışan, özü isə susan insanlar...
          İnsanları tanımadan yarğılamayın. Birisini tanımaq üçün oxuduğu kitablara, dinlədiyi musiqilədə baxın. Divarından asdığı rəsimlərə, yazılarına baxın… 

ibrahimov_vusal

İnsan 16 yaşlarında hər şeyi, dünyanı dəyişəcəyini düşünür... 18 yaşında heçnəyi dəyişdirə bilməyəcəyini anlayır... 20 yaşında bütün düşüncələri sərt bir qayaya çırpılır... və nəhayət 25 yaşında dünyanın onu dəyişdirməməsi üçün çalışır...

ibrahimov_vusal

@ SabinaSergeyevnaHaci  Nə demiş Bəxtiyar Vahabzadə.
            Dünyanı duyandan, qanandan bəri, 
            Mənim gözlərimdən düşüb həyat da. 
            Nağılda gördüyüm qorxunc şeyləri 
            Həyatda görmüşəm anam, həyatda
Reply