Və mən ikimiz üçün xoşbəxt son yazdım sevgilim. Sadəcə ikimizin olduğu bir dünya inşa etdim. Sənin məni sevdiyin, gözlərində eşqi gördüyüm bir dünya. Sadəcə yazdım sevgilim. Bacarmadım, bəlkə də qorxdum. Amma yazdım.
Gerçəkləşməsi diləyi ilə dedim, nöqtəni orada qoydum.
Vergüllərlə oynamadım, nida qoya bilmədim. Suallara boğuldum, cavab tapa bilmədim.
Yarımcıq qaldıq sevgilim. Romana dönüşəcək hekayəmiz səhifələri aşmadı. Sözlərim yetmədi, cümlə qura bilmədim. Üç nöqtədə qaldıq.
Nə dəvamı var, nə də sonu. Bilinməzlik içində yarımçıq qaldıq...