parviz_

parviz_

Bu sənin zəfərindir, Azərbaycan əsgəri. Sənin qələbəndir, Şəhidim. Sənin təsəllindir, Şəhid Anası. Nə etsək də sizə olan borcumuzu ödəyə bilmərik. Allah şəhidlərimizə rəhmət eləsin...

parviz_

@FAUST555 sabahınız xeyir. Amin 
Reply

QONAQ555

@parviz_ 
            
            Sabahın xeyir 
            
            Haqlısan..
            
            Allah sevənlərinə səbr versin 
            
            
Reply

parviz_

Həyat çox qəribədir. Dünyaya gəlir, böyüdükcə yeni kəşflər edir, günü-gündən daha çox öyrənirik. Zamanla yaşadığımız yer kürəsinin ən günahsız, məsum uşaqlarına çevrilirik. Lakin bu çox çəkmir. Yaşa dolduqca günahın nə olduğunu öyrənir, çoxlu səhvlər edirik, çiyinlərimizə bacardığımız qədər çox günah yükləməyə çalışırıq. Bu bizim vaxtımızı çox alır.
          .
          Uzun illərdən sonra qocalıb əldən düşərkən yenidən məsum baxışlarla geri boylanıb keçmişimizə nəzər salırıq. Yenə də uşaq olmaq istəyirik.  Bu dünyaya gələrkən necə məsum idiksə, bu dünyanı tərk edərkən də eləcə günahsız olmağı arzu edirik. Əslində, oluruq da. Üzü qırışlarla örtülü, beli bükülmüş uşaqlara çevrilirik. Yenə, onlar qədər məsum, onlar qədər günahsız oluruq. Yenə uşaq kimi küsəyən olur, nəvaziş görmək üçün cürbəcür şıltaqlıqlar edirik. Qayğıya möhtac olduğumuzu bildirməməyə çalışsaq da, bizə qulluq  edən övladlarımızın olmasını ürəkdən istəyirik. Elə ki, diqqət mərkəzində olduğumuzu görürük uşaq kimi sevinir, sevincdən qanad açıb göylərdə uçuruq.
          .
          Biz heç vaxt yaşlanmırıq. Yaşa dolduqca yenidən körpəliyimizə, uşaqlığımıza qayıdırıq. Bu zaman bizim də qayğıya ehtiyacımız olur. Onu görmədikdə isə qəlbimiz qırılır və bu kədər bizi bu dünyadan vaxtından tez, çox tez aparır.
          .
          Bizi qoruyun, qayğımıza qalın. Gün gələcək siz də bizim kimi yenidən uşaq olacaqsınız.