Nəsihətnamə (1)

9 1 8
                                    

Müəllif Ömür Yazar
Nəsihətnamə

Həqiqətdə tap eşqi,
Günlük həvəs olmadan.
Yavaş - havaş nəfəs al,
Təngi nəfəs olmadan.
Gerçəyində eşələn,
Yalanında üzmədən.
Tərgit günahlarını,
Yanba-yana düzmədən.
Sözümü düz başa düş,
Axtarma fitnə, fəsad.
Heç olmasa öləndə,
Sanballı bir, qoyaq ad.
Kiçiklərə ver dəyər,
Böyük dəyər qazansın.
Şeytanın başını qat,
İşlərində yubansın!

Müəllif Ömür Yazar. Hikayelerin yaşadığı yer. Şimdi keşfedin