Torpaq Olacaqsan

4 1 0
                                    

Müəllif Ömür Yazar  (28.12.2020)
Torpaq olacaqsan!
 
Ölüm ucuzlaşıb ona görədə,
Alanı çoxalıb, en qədər olub.
Məzarlar qazılıb, dəstəbə- dəstə
Darısqal olan da, gen qədər olub.

Ölümün ağıda, qarasıda bir,
Yarası əbədi iz qoyub gedir.
Cavan balaları ölən analar,
Məzarı üstünə diz qoyub gedir.

Ölüm adiləşib bir kino kimi,
Baxanı çoxsa da çəkəni birdir.
Hər məzar başına gül aparan çox
Dərdi ilə birgə, əkəni birdir.

Dünyanı dağıdan Adəm övladı,
Torpaq olacaqsan bunu unutma.
Qırdığın, ürəyi, aldığın ahın,
Haqqın alacaqsan bunu unutma!

Səsini ucaltma, sözünü ucalt,
Qoyub gedəcəyin düzünü ucalt,
Gözünü çək dünya həmdəvərindən,
Yaddaşlarda qalan üzünü ucalt!

Müəllif Ömür Yazar. Hikayelerin yaşadığı yer. Şimdi keşfedin