Sənin Qisasın 3

4 1 0
                                    

Müəllif Ömür Yazar
Sənin qisasın!

Sənin qisasını səndən alacam,
Özünə etdiyin zülümə görə.
Seçim qarşısında qalıb məni yox,
Həmin o seçdiyin ölümə görə!

Sənin qisasını məndən alacam,
Qoy yansın ürəyim, odun közü tək.
Sənin qisasına qurban olacam,
Dilindən düşməyən qurban sözü tək.

Son nəfəsində məni, döyüb getdin,
Heç vaxt o an kimi, döyülməmişdim.
Sən getdin o qədər söydüm özümə,
Bəlkədə o qədər söyülməmişdim!

Müəllif Ömür Yazar. Hikayelerin yaşadığı yer. Şimdi keşfedin