Başlanğıcdakı son..!

329 9 2
                                    

Qorxu... İnsanı mənəvi əsarətə sürükləyən ən zalım duyğu. Bəziləri adətən, qorxuları ilə savaşır, əksəriyyət isə sadəcə susur. Payız və Qış da susmuşdu. Fırtınadan öncəki susqunluq kimi...

Günlər bir-birini itələyərək sanki həmin tarixi günə tələsdirirdi. Zamanın necə keçdiyini anlamayan bu iki fərqlilik sadəcə xəyallarla qorxularından boyun qaçırmağa çalışırdılar. Hər şey gözəl görünürdü. Birlikdə olduqları hər an xəfif təbəssüm onlar arasındakı buludları süpürüb kənara atırdı. Bir-birinin gözlərində azadlığı tapmış Payız və Qış heç nəyin fərqinə varmadan qaranlıq xəyal dünyasında bərq vuran işıldaböcək kimi həyat səhnəsinin mərkəzində dayanmışdılar. Bir fərq vardı: onların tamaşaçıları yox idi. Xəyallardakı reallığın tamaşaçısı da, eyni zamanda bu səhnənin rejissoru da bir varlıq idi- Tanrı. Onlar Tanrının hazırladığı ssenaridən xəbərsiz idilər. Amma əziz oxucu, sənin hələ şansın var; seçim sənin əlindədir- ya xəyal kitabını elə indicə bağlayıb gedəcəksən, ya da Payız və Qışın əbədi xatirəndən silinməyəcək  xəyallardakı reallığının şahidi olacaqsan və nəticədə nə itirib qazandığının fərqinə vararsan. Seçimini et..!

Gözlərin hələ də sətirlərin ağuşundadırsa, demək riski çox sevirsən və elə isə illüziyalar dünyama xoş gəldin!

Bir gecə sərin bir meh əsirdi. Yarpaqların bir-birinə zərif toxunuşundan yaranan incə melodiyanı hiss etməmək olmazdı. Gecələr dəniz daha ecazkar olarmış. Küləyin dalğalandırdığı mavi dəniz zülmət gecənin ağuşunda tək Ay işığına möhtac qalmışdı. Payızı yenə həmin yerdə görmək səni təəccübləndirməz. Günəşin qürub etdiyi andan bəri o, hələ də Tanrının möcüzələrini ruhuna hopdurmaqda davam edirdi. Çantasından bir kitab çıxardı. Zərif əllərinin əsrarəngiz toxunuşu ilə kitabda sanki qəribə bir sehr oyanırdı. Bu kitab Payız üçün digərlərindən daha dəyərli idi deyə heç vaxt yanından ayrı saxlamazdı. Üz qabığına baxdı: Qaraqan “Mələk" romanı. İlk səhifəni açmışdı ki, xoş qoxunu duydu və bütün nəfəs yollarında sanki mavi qızılgüllər cücərməyə başladı. Kitabı örtüb bərk-bərk qucaqladı. Ürəyinin mərkəzində kitabın ruhunu canlandırdı. Bu zaman ağır addımların ona tərəf gəldiyini hiss etdi. Badamı gözlərini dənizdən ayırmadan sərin mehin gətirdiyi yar ətrini ciyərlərinə çəkdi. Qışın soyuq addımları getdikcə Payızı sarsıtmağa başlayırdı. Bu dəfə Qış üzündəki dərin üzüntünü sərt baxışlarla əvəz etmişdi. Gözlərindən sırsıra sallanıb ayaqlar altında dərin buz səddi çəkirdi. Yaranmış buz qatı onu Payızdan uzaqlaşmağa vadar etdi. Addımlarını geri çəkməkdə davam edən Qış Payızın gözlərinə baxa bilmirdi:

-        Nə olub sənə? Getmə, sözümü yarım qoyub getmə Qış. Getmə...

Qış isə balaca uşaq kimi geriyə belə baxmadan Payızın hıçqırıqlı yalvarışlarının sədası altında qaçmağa başladı. Bacardıqca Payızdan uzaqlaşmaq istəyirdi və artıq Qış sübhün qatı dumanında yoxluğa qərq oldu. Həmin gün Günəş dənizin üzərindən boylanmadı. Al şəfəqlərini ətrafa yayıb insanları isitməyə çalışmadı. Ay gecəyə küskün nəzərlərlə baxmaqda davam edirdi...

Beləcə bir neçə gecə Payız və Qışın damarlarda qan donduran soyuqluğu davam etdi. Onlar bir-birilərini yalnız kənardan biri digərindən xəbərsiz, acizanə və sual dolu nəzərlərlə izləməkdə idilər. O baxışlar heç də toqquşub əvvəlki qığılcımı alovlandırmırdı.

Artıq Tanrının möcüzələri sadə bir ssenariyə çevrilirdi. Payız təbiəti əvvəlki kimi ruhuna hopdura bilmir, qüvvəsi tükənmiş şəkildə olanları dərk etməyə çalışırdı. Günəşin qürubundan sonra gecələr yenə Ayın məsum siması dəniz üzərində boylandığında Payız şiddətli və gur damlaları ilə ətrafı selə qərq etdi. İçində qopan fırtınaları kimsə eşitməsin deyə hər gecə səssizliyə çəkilib bu dünyaya hayqırırdı. Onun bu halına sadəcə gecə şahidlik imzası atırdı. Qaranlığı ilə onu zülmətə həbs edib hamıdan uzaqlaşdırırdı. Artıq Payız zərifliyi qədər də güclü olmağa başlamışdı.

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Jun 01, 2021 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

"Payız və Qış" 🍃❄Hikayelerin yaşadığı yer. Şimdi keşfedin