Adəm
Dostum musiqin qulaqlarımda əks-səda verir. Lakin fikirlərim onları üstələməyi bacarır. Nə düşündüyümü bilmək istəsən, özümə qarşı hirsliyəm. Mən insanları ölümdən xilas etmək üçün musiqi bəstələyən biri olduğum halda, dünən öz canımın cəlladına çevrilmişdim. Heç kimin bu vəziyyətimə şahid olmasını istəməzdim. İstəmədiyim bir şeyin başıma gəlməsi isə, artıq adı hala çevrilmişdi. İndiyə kimi itirmək istəmədiyimi itirib, qorxduğum hər şeyə qarşı uduzmuşam. İlk dəfə idi ki, bu qədər utanmışdım. Ancaq utancım ani yanıb ləkəsini gözümdə buraxan ışıq kimi tez sönmüşdü.
Növbəti dəfə odun götürmək üçün çevriləndə, bütün odunları qırdığının fərqinə varmışdı. Tükətmişdi bütün qış üçün topladığı odunları. Yerdən köynəyini götürüb, üzündəki damlaları sildi. Evə tələsdi. Bəlkə Venera yuxudan ayılmışdı. Bəlkə məni görməyib, təlaşlanıb? deyə düşündü. Tez nəzərlərini pəncərəyə çevirib, düşən ışığın qarşısını almaq üçün tutduğu əllərinin arasından evin qaranlığında onu görməyə çalışdı. Amma yox təlaşlanmağa haqqı var idi. Cəld qapıdan keçib, bir-bir otaqların qapısını açdı. Adını qışqırmaq istədisə, alınmadı. Onsuzda səslərdən məhrum edilmiş qonaq idi o... Venera getmişdi. İnanılmalı deyildi... Mədəsindən nəyinsə qalxıb, boğazına gələn şeyin fərqinə varınca, vanna otağına qaçdı. Təlaşı ürək bulanmasına çevrilmişdi. Normal yemək yemədiyi üçün mədəsində kəskin sancıların ağrısına, dözməyib yerə oturmuşdu. Yarım saatdan artıq oturduğu yerdən qalxmaq istədisə, sancı biraz daha artdı. Gücsüzlük hissinə qarşı məğlub olmaq istəmirdi. Dişini sıxıb ayağa qalxdı. Bir əli ilə mədəsini digər əli ilə divarı tutaraq qonaq otağına keçdi. Dərman götürmək üçün kiçik dolabı açmaq istədikdə, bir anlıq əl saxlayıb yerində durdu. Güzgüyə söykədilmiş iki sətirlik not vərəqini gördü. Ağrıdan qısdığı gözlərini aralayıb yazını oxudu.
Mən getməli idim. Musiqi üçün təşəkkür edirəm. V
Venera
Venera daldığı yuxudan qorxaraq oyanmışdı. Halbuki uzun müddət idi ki, bu qədər rahat yatmırdı. Həmişəki kimi onu izləyən yuxuları rahatlığını pozmaq üçün əlindən gələni edirdi. Dünən qəribə hisslər yaşadığı üçün buranın hara olduğunu unutmuşdu. Beyni kadrları onu göstərmək üçün sanki gizlənqaç oynayırdı. Deyəsən həyətdə kimsə nəyisə var gücü ilə qırmağa çalışırdı. Gözü pianinoya sataşanda bütün gecəni xatırlamağa başladı. Yenədə eyni rahatladıcı hissləri yaşamağı istədi. Üzündə qısa və ani yox olan gülümsəmə yarandı. Özünü cəld ələ alıb ayağa qalxdı. Pəncərədən Adəmin güclü bədənini gördükdə ayaq saxladı. Dünən gözünə zəif dəyən biri indi bədəninin hər hüceyrəsini enerji ilə toplayan varlıqdan fərqlənirdi. Nə qədər gözünü yayındırmağa çalışsa da qadın gözü Adəmi incələmək üçün can atırdı. Necədə güclü görünürdü. Tər damlaları günəşdən biraz qaralmış üzünə çox yaraşırdı. İstər istəməz gözləri Adəmin qollarına, biləklərinə dəydi. Onu qucaqladıqda hiss etdiyi daş kimi bədəni az da olsa yumşalmışdı. Təslim olmuşdu Veneraya... amma indi Adəmin biləklərində toplanan enerji bəlkə də onun fikirlərinin əksi idi. Nə qəlbi nə də ki ağlı burda idi. Uzaq bir yerlərdə özü ilə savaşa daxil olan yunan əsgərinə bənzəyirdi. Venera onun bu ziddiyyətinə heyrətləndi. Burdan getmək vaxtı çatmışdı onunçün. Kitab rəfinə geri dönüb not vərəqlərindən birini qoparıb masanın üstünə qoydu. Ürəyindən çox söz keçsədə, iki kəlmə yazıb güzgüyə söykədi. Adəmin fərqinə varmadan evdən uzaqlaşdı. Biraz ona çətin olsa da maşın yoluna çatanda ürəyi rahatladı. Uzaqdan gələn maşının şütüyən səsini eşitdikdə tez özünü kənara ata bilmişdi. Adrenalın hissi yuxarı qalxdıqda, ani gözündə yenə dünən gecə canlandı. Deyəsən ölümdən qorxduğu üçün tək xatırlamaq istədiyi şey dünən gecə idi. Üzündə təbəssüm təkrar yarandı. Veneraya görə bu təbəssüm ancaq Adəm üçün yaradılmışdı. Amma Adəmin bilmədiyi bir şey var idi. Venera bütün səsləri eşidə bilir, sadəcə danışa bilmirdi.
YOU ARE READING
Venera
ParanormalLənətli mələk olan, cənnətdən qovulub Allahın bəndələrini özünə tabe etməyi seçən Şeytan və qarşıda dayanıbgümüşü göz yaşlarını ovucları içərisinə damcıdan Armi...! Kainatın ən gözəl ruhu Arielin qızı.