Venera

8 0 0
                                    

Zaman artıq durmağa can atırdı. Dünyanı fəlakətlər bürümüşdü. Əsrlik vulkanlar fəaliyyətə keçir yer üzünü od-alov içərisində buraxırdı. Artıq yer kürəsi öz zamanını dayandırmışdı. İçində saxladığı sonsuz fəlakətləri üzə çıxarırdı. İnsanlar uçurum kənarında öz həyatlarına son qoyduqları bir zamanda Şeytan dünyaya üz çevirib son dayanacaq üçün yol alırdı. Artıq zamanı çatmışdı, ona verilən vəzifə sona yetmişdi. Yer üzünü tərk edən, ruhlar, cinlər və mələklər Arafa üz tuturdu. Bura nə cəhənnəm nə də ki, cənnət idi. Bura iki dünya arasında qalan məxluqların məkanı, müvəqqəti əzab dayanacağı idi. Qapıda dayanan keşikçi Arqus ( antik yunan əsatirində çoxgözlü qaravula deyilir ) gələnlərə tənzim edib, əlindəki qızıldan olan çomağı yerə vurub, sonu görülməyən qapıları dünyadan gələn məxluqlara açırdı. Üzündə acı gülümsəmə, istehza baxışları ilə gələn qonaqlara yol verirdi.

...Şeytanın mükafatı nə olacaqdı bəs? Niyə Arafa gəlmişdi ?

Əcaib görünüşlü, insan ruhunu satın alıb, onu pis əməl etməyə məhkum edən Şeytan Arqusun üzünə baxmadan cənnət və cəhənnəmi birləşdirən Arafa daxil olur. Gördüyü mənzərə heyrət edici idi yoxsa Tantalın ( yunan mifologiyasında Allahların sirrini satan və sonsuz iztirablara məhkum edilmiş Zevsin oğlu ) iztirablarını yaşayırdı? Bilmirdi.. bəlkə də sonun gələcəyini düşünmürdü!

Lənətli mələk olan, cənnətdən qovulub Allahın bəndələrini özünə tabe etməyi seçən Şeytan  və qarşıda dayanıb gümüşü göz yaşlarını ovucları içinə damcıdan Armi...! Kainatın ən gözəl ruhu Arielin ( mərhəmətli ruh ) qızı...

Mələklər gözəl görkəmləri ilə ışıq saçır, gülüşürdülər... qanadlarını tərpədir, qızıldan tozu ətrafa saçırdılar. Onlarla qarşı-qarşıya dayanan Şeytan kirsvasser ( Svartsvald gilasından hazırlanan içki ) şəlaləsi yanında durub, qırmızı gözləri ilə ətrafa qəzəb saçmağa davam edirdi. Taki, bir nöqtədə sabitləşən gözlərini hərəkət etdirməkdən imtina edənədək...alovlu gözlərində əks olunan Arminin göz yaşları qarşısında, alov saçan gözləri donmuşdu. Alov suya təslim olurdu. Əvəzində toz-dumana bürünən Arafın sonu yaxınlaşırdı.

Şeytan Mələyə aşiq ola bilərdi ? Bəs Allahın qəzəbi onları rahat buraxardı ?

...toz-duman sükutla əvəz olunmuşdu. Sirat körpüsü ilə irəliləyən insanlar susurdu. Amma qəlb və ağılları, bədən üzvləri, hər bir əzələləri dil açıb danışırdı. Sol və sağ mələklər hesabat verir, Arafa qayıdırdılar. Səma açıq mavi tonlarda, ulduzların parıltısı ilə yeni dünyaları, yeni həyatları qarşılamaq üçün can atırdı.

Salam dost. Necəsən? Bilirəm sualıma mexaniki olaraq yaxşıyam cavabını verəcəksən. Bəs əslində yaxşısan? Ümumiyyətlə yaxşı hiss etmisən özünü? Əgər hiss etmisənsə müddəti ölçmüsən? Bir dəqiqə, bir saat, bir gün, bir il...

Davamlı olan nəsə var həyatımızda? Bəlkə də periodik olaraq dünyaya gəlir və gedirik? Nə dəyişir? İnsanlar? Texnologiya? Yox dostum insanlar dəyişmir, texnologiya inkişaf edir sonra yenidən məhv olur. Xaos yoxsa period? Bilmirəm... mən də cavabı düşünürəm. Bax! İnsanlar hərəkət edir, üzlərində fərqli emosiyalar ... gülür, əsəbidir, qəmgindir kimi siqaret çəkir, kimi qaçır... hər kəs hərkətdədir. Deyəsən məndən başqa. Pəncərədən gördüyüm insanlar, necədə yaşamağı bacarır. (Təəssüflənir)

Gecən xeyrə şəhər! Sənidə unutmadım bugün. Sən necəsən bəs? Üstündəki binalar ağırlıq etmir sənə? Biraz solğun dəyirsən gözümə...biraz aciz, havalar çox isti keçir, üzərinə səpilən sular da tez-tez quruyur, quşlar da günəşin əzabından gizlənib. Ancaq gəzən bu insanlar... gözləri doymur, qarınları ac, mağazalar dolub boşalır, metro qatarları bir dəqiqədən bir ötüb keçir.

VeneraWhere stories live. Discover now