Adəm
Dostum, bugün mənə kənardan baxan biri deyə bilməzdi ki, iki gün əvvəl aşiq olduğum həyat yoldaşıma görə intihar etməyə cəhd edən biri olmuşam.. bir anlıq susdu. Görəsən həqiqətən bunların səbəbi yanlız budur ? Simasına baxmaq üçün vanna otağına keçdi. Üzündə qəribə həyat eşqi və gülümsəmə var idi. Bahar gəlmişdi ürəyinə.. utandı. Necə də qəribə hisslərdir bunlar... mənim kimi insanlar mənəviyyatsız yoxsa xəyanətkar olurlar ? Yox bu hissləri özümdən kənar saxlamağı bacarmalıyam. Yaraşmaz mənə... iki ildir sevdiyim qadın üçün yas tutan biriyəm. İşimi, ailəmi hər şeyimi ona görə tərk etmişəm.
Bu fikirlər əslində Adəmə məxsus deyildi. Yanlız başqalarının "nə deyə biləcək ehtimalının aynada əksi" kimi dəyərləndirilə bilərdi. Onun da şüuraltına bu fikirlər yeridilmişdi. İnsan sürüləri belə formalaşırdı. Meymun banan məsəli kimi... İnsanlar yaşamaq istəyib də yaşaya bilmədiklərini başqalarında görəndə sanki instiktiv olaraq onlara mane olmağa çalışardılar. Yalnız mənəviyyat cəhətdən formalaşan mən"lər bunu normal olaraq qarşılayardı. Bir anlıq şüursuz şəkildə düşündüklərinə özü də gülüb keçdi. Ruh halı qəribə idi. Güzgüdə özü ilə həm danışır, əsəbləşir həm də gülürdü.Telefonuna zəng gəldi. Tez tərpənib qonaq otağına keçdi. Zəng edən tanınmış professor Ceymsin asistanı ( köməkçisi ) Lara idi. Veneranın sağlamlığını yoldan keçən sağlamlıq adı ilə Hipokrat andı içmiş, lakin sayısız şəkildə qətl törətmiş, adi həkimlərə həvalə edə bilməzdi. Bundan ötrü professoru seçmişdi. Üç saat olardı ki, sırf onunla əlaqə yaratmaq üçün bütün tanışları ilə danışmışdı. Və nəhayət həkim onları New York"a dəvət edirdi. Xəstəxanada qeydiyyatdan belə keçmişdilər. Adəm bir saat bundan əvvəl Veneranın çantasını ələk-vələk edib şəxsiyyət vəsiqəsini tapıb seriya nömrəsini mail olaraq göndərmişdi. Hərşey yolunda idi. Heç bir əskikləri qalmamışdı alacaqları iki biletdən başqa...Telefonu söndürən kimi rahatladı. Sakitcə " bu qədər" deyib dərindən nəfəs aldı.
bu saatlarda Bəkir
"- Gülnaz get çağır qızı ! Ziyadın atası ilə razılığa gəlmişik. Elə günü sabah nişan üzüklərini taxırıq. " keyfi kök şəkildə özünü divana atıb əlini qarnını üstünə qoydu. Kabab və araq iyinin qarışığı bütün evi bürüdü. Gülnaz qapının çırpılması ilə yuxudan ayıldı: "Lənətə gələsən səni, yenə içmisən? Sənə həkim deməyib ki, içmə?! mədəndəki yaranı sağaltmaq üçün gedib borc edən deyiləm daha gəbər canın çıxsın". Bəkir səndələyərək ayağa qalxıb yumruğunu masanın üzərinə vurdu. Lakin vurduğuna da peşman olub ağrıdan gözlərini qısdı. "Ay qız nə olub? paxıllıq edirsən? hahah bəlkə sənədə bir ər tapım? hə nə deyirsən? onda qonaqlığa verəcəm hamıya! Görərsən söz verirəm görərsən. Birdən səsini daha da yüksəldib "Dedim sənə çağır bura it qızını. Yoxsa atacam ikinizi də bayıra tez ol! " Gülnaz qardaşı ilə nə qədər dalaşsa da, tək sığıncağı o idi. Çox vaxt Bəkir Veneranı döyəndə, o da bundan öz payını alardı. Qorxurdu, başqa çarəsi yox idi. Ürəyində yaşadığı həyatı lənətləyə-lənətləyə Veneranın qapısını döydü. Qapı arxadan kilidli idi. Səsləndi, qapının dəstəyini özünə tərəf çəkdi. Daha da bərkdən qışqırdı. Bu səsə artıq oyanmalı idi. Ağlına pis fikirlər gəldi. Qaça-qaça Bəkiri çağırdı. " Hay vermir, bəlkə özünə nəsə etmiş olar. Qalx ayağa qalx tez ol." Bəkir artıq divanda sızmağa başlamışdı. " Eee əl çək deyirəm sənə " Qonşuları səsləmək istədi. Axı kim gələcəkdi köməyinə. Bəkirə görə demək olar hamısı, küsmüşdü onlara. Tək çarə Bəkiri özünə gətirmək idi. Masa üzərindəki su dolu stəkanı Bəkirin üzünə boşaltdı. Bəkir təngənəfəs bir əli ilə Gülnazı itələdi. " Ay qız alacam səni təpiyimin altına nə var nə olub? Gülnaz: Venera deyəsən qəsd edib özünə. ( ağlayaraq ). Nə? Nə danışırsan sən? Gözlərini bərəldərək ayağa qalxdı. Qorxu bütün canını aldı. Veneranı düşündüyündən deyil, itirəcəyi pullar və yeyib içmək gözünün qabağına gəldi. Səndələyərək var gücü ilə Veneranın qapısına qaçdı. Nə qədər elədisə aça bilmədi qapını. İçki bütün bədənini süstləşdirmişdi. Stulu götürüb var gücü ilə qapıya çırpdı. Dəstək aralandı və qapı açıldı. Gülnaz Bəkiri kənara itələyib ağlayaraq içəri keçdi. Otaq qaranlıq idi və yataqda heç kim yox idi. Venera qaçmışdı.
YOU ARE READING
Venera
ParanormalLənətli mələk olan, cənnətdən qovulub Allahın bəndələrini özünə tabe etməyi seçən Şeytan və qarşıda dayanıbgümüşü göz yaşlarını ovucları içərisinə damcıdan Armi...! Kainatın ən gözəl ruhu Arielin qızı.