Bölüm 9- Yenidən Başla!

340 40 3
                                    


4 İL SONRA:

Bənövşə parktdaki oturacağa əyləşib fikirləşirdi. 4 il əvvəl xalasına instut oxumaq istədiyini demişdi və dediyini etmişdi. O da Südabə müəllimə kimi ədəbiyyat müəlliməsi olmuşdu. İndi isə təyinatını gözləyirdi. Ağlından öz kəndlərində müəllimə olub, olanların intiqamın Alagöz xanımdan çıxmaq keçirdi. Lakin 4 il ərzində çox dəyişmişdi. Əvvəlki qapalı, susqun Bənövşə deyildi, güclü, şən, özünə inanan bir qadın idi. Qadın idi... 4 il ərzində Muradı bir dəfə də olsun görməsədə, özünü evli bir qadın kimi hiss edir və davranırdı. Bu düşüncələrdən qurtulmaq üçün diqqətini dağıtmaq istəyirdiki, birdən yanındakı cütlüyün səslərini eşidib qulaq asmağa başladı:

-Dedim sənə hava sərindi. Soyuq olacaq sənə.

-Of! Hava 25 dərəcədi, palto geyinməli idim?

-A, yox gözəlim. Sən mütləq bu yaxası açıq koftanı geyinməli idin.

-Bəli cənab Aydın, elə bunu geyinməli idim.

Aydın əsəbi şəkildə Yasəmənə baxıb, yanındakı oturacağa əyləşdi.

Yasəmən ərinin bu qısqanclığından xoşu gəlsədə, əsəbi halına dözməyıb:

-Bəsdi, qısqanc olmada.-deyib uşaq məsumiyyəti ilə ona baxdı.

Aydın həmişəki kimi Yasəmənin məsum baxışına dözməyib gülümsəyərək dedi:

-Mən qısqanc-filan deyiləm.

Yasəmən:

-Hı hı, bilirəm deyib-gülümsəyərək gözünü süzdürdü.

-Nəysə. Bəlkə da evə gedək, yoruldun.

Yasəmən

-Of! Of, Aydın of.-deyib əlləriylə başını tutdu. Birdən ağlına gəlmiş fikirlə gülümsəyib, mesum bir ifadəylə dedi:

-Aydın bilirsən mənim ürəyim nə istəyir?

-Nə gözəlim?

-Avakado.

Aydın təəccüblə Yasəmənə baxıb dedi:

-Nə? Bəzən bu qeyri-adi şeyləri məndən qurtulmaq üçün etdiyini düşünürəm.

-Aaa, mən səndən niyə qurtulmaq istəyimki? Sənki anam kimi durmadan yemək ye, qalın geyin, vaxtdında yat deyib məni bezdirmirsən.

Aydın Yasəmənə yaxınlaşıb, burnunu sıxıb:

-Bağışlayında Yasəmən xanım. Sizin və oğullarımız qayğısına qalmaq mənim günahımdı. Həkimin nə dediyini unutma.(müəllif: Cəmilə Məmmədli) Hələ oğullarımız dünyaya gəlsin, sənin bu kinayəli danışıqlarının intiqamını necə alacağımı mən bilirəm.-deyib bic-bic göz vurdu.

Yasəmən Aydının nə demək istədiyini anlayıb, qızararaq gözüylə yanlarında əyləşmiş Bənövşəni işarə etdi.

Bənövşə bayaqdan olduqca yaraşıqlı görünən oğlan və gözəl lakin əlil arabasında olan hamilə qadından ibarət olan bu cütlüyü dinləyib gülümsəyirdi. Kənardan bir-birlərini dəli kimi sevdikləri hiss olunurdu. Onlarında ona baxdığını görüb nəsə deməyə ehtiyac duydu:

-Bağışlayın, elə şirin görünürdüzki. ALLAH saxlasın körpənizi.

Yasəmən:

-Əslində körpələrimizi. Bir qızımız daha var və bunlarda ekizdi-deyib gülümsəyərək qarnını tutdu.

Susqun...Tahanan ng mga kuwento. Tumuklas ngayon