Bölüm 12 - Qisas

283 41 0
                                    

Bir qadının ən güclü olduğu an, özünü ən zəif hiss etdiyi andır...itirəcək heç nəyinin olmadığı andır. Bir qadının əlindən hər şeyini alın və onun intiqamını necə alacağını seyr edin...

Bənövşə səhər tezdən durub məktəbə getmək üçün hazırlaşmağa başladı. Qəribə gəlirdi ona, 4 il əvvəl bir şagird kimi ağlaya-ağlaya getdiyi məktəbə, indi müəllimə kimi gedirdi. Bu fikir onu gülümsətdi. Jurnalı və lazimi dəftərləri iri çantasına qoyub çölə çıxanda, diqqətini qapının ağzında olan alma ağacı çəkdi. Ağacın yuxarı budağında payız alması qızarmışdı. Bir an düşünsədə, uşaq şıltaqlığı ilə çiynini çəkib, çantasını yerə qoydu. Kostyumunun kirlənməməsinə diqqət edərək ağaca çıxmağa çalışırdıki, birdən gülüş səsi onu dayandırdı. Arxaya çevrildikdə Muradın ona baxaraq güldüyünü gördü. Utanc qarışıq qəzəbdən qızarıb dedi:
-Nəyə gülürsən?!
Murad gülümsəyərək:
-Sənə balaca-deyib ona yaxınlaşdı.
-Mən balaca deyiləm!
-Bəs onda uşaqlar kimi alma dərməyə ağaca niyə dırmaşırdın?
Bənövşə bu sualdan 
donub qaldı. Nə deyəcəyini bilmədiyindən ağlına gələn ilk bəhanəni dedi:
-Uşaq vaxtı atam qoymayıb ağaca çıxmağa, mən də həvəsimi öldürmək istədim.
Murad Bənövşəyə daha da yaxınlaşıb gözlərinə baxaraq dedi:
-Sən oğlan deyildinki ağaca çıxasan. Qız uşaqları gəlinciklərlə oynayar.
Bənövşənin gözündən kədər kölkəsi keçdi. Az qala pıçıltıyla:
-Mənim heç gəlinciyim olmayıb... Əslində heç bir oyuncağım olmayıb. Balaca olanda mən nə vaxt istəsəm, atam üstümə qışqırardı. Sonra heç özümdə istəmədim-deyib zorla gülümsündü.
Murad eşitdiyi sözlərdən donub qalmışdı. Oyuncaqsız bir uşaqlıq o təsəvvür edə bilmirdi. (müəllif: Cəmilə Məmmədli) O ailəsinin sevimlisi olmuşdu. Bütün uşaqlığı bir dəfə oynayıb kənara atdığı oyuncaqlarla keçmişdi. İndi ürək ağrısı ilə uşaqlığı belə əlindən alınmış qıza baxıb gülümsədi. Əlini uzadıb yanağını sığallayaraq dedi:
-Eybi yox, özün onsuzda gəlinciyə oxşayırsan. Bap-balaca oyuncaq kimisən.
Bənövşənin az qala kədərlə dolan gözləri, bu sözlərdən sonra uşaq şıltaqlığı ilə 
parladı. Ayağını zərblə yerə vurub:
-Özünsən oyuncaq! Mən gəlincik-filan deyiləm. Müəlliməyəm və dərsə gecikirəm-deyib qapının ağzındaki çantasını götürüb məktəbə tərəf qaçmağa başladı.
Murad gülümsəyərək Bənövşənin arxasıyca baxıb, ağlına gələn fikirlə sevinclə başını yellədi.

Bənövşə axşam üstü məktəbdən gələndə qapının ağzında böyük bir qutu gördü. Heç nə anlamadan çiynini çəkib, qutunu içəri apardı. Açıb, böyük maraqla içinə baxdıqda cürbəcür oyuncaqlar, gəlinciklər görüb uşaq kimi sevindi. Bütün gecə balaca uşaq kimi oyuncaqlarla oynadı. Bunları Muradın aldığını bilsədə, edəcəklərindən sonra onu əsla bağışlamayacağını bilirdi...

2 HƏFTƏ SONRA:
Bənövşə böyük aynada son dəfə özünə baxıb, üzünə düşən saçlarını kənara itələdi. Bu gün Rənanın toyu idi və bu toya görə bəlkə də heç kim Bənövşədən çox həyacanlanmırdı. Özünü toplayıb, qapının ağzındakı ayaqqabılarını geydi. Evdən çıxıb asta addımlarla toy mağarının qurulduğu yerə-4 il əvvəl gəlin getdiyi həyətə gedirdi. Sonunda çatıb 
ürkək nəzərlərlə ətrafa baxdı. Az sonra burda olacaqları yalnız o və Rənanın ailəsi bilirdi. Özünü toplayıb içəri keçdi. Mağarın ağzında Alagöz xanım onu qəzəblə süzsədə, toya gələn adamı qova bilməyəcəyindən heç nə demədi. Bənövşə içəri keçib, qapının ağzındaki masaya oturdu. Az sonra vağzalı sədaları altında Ruslan və duvağının altından belə titrədiyi hiss olunan Rəna girdi. Onlar üçün ayrılmış masalarına keçdikdən sonra, heç 15 dəqiqə keçməmiş 3 polis içəri keçdi. Bayaqdan uğultu bürümüş məclisə qulaqbatıran sakitlik çökdü. Hər kəsin nəzəri polislərə dikildi. Alagöz xanım və Murad polislərə yaxınlaşıb, sakitliklə məclisdən çıxartmaq istəsədə, rütbəli olduğu bilinən polis ötkəm səsi ilə dedi:
-Bu toyun yiyəsi kimdi?
Alagöz xanım qarşısına keçib, hökmlə dedi:
-Mən!
-Onda xanım mənə gəlininizin şəxsiyyət vəsiqəsin göstərə bilərsiz?
Alagöz xanım dili kəkələyərək:
-Nə..nə vəsiqə? İndi vəsiqə vaxtıdı? İmkan verin toyumuzu eliyək.
-Xanım bizə daxil olan şikayətə görə, burda yetkinlik yaşına
çatmamış azyaşlı ilə 36 yaşlı adamın toyudu. Bu düzdü?
-Onlar bir-birlərin seviblər. Bizdə məcbur olub, evləndirmişik.
Polis gülümsəyərək qarşısında bayaq ona xoruzlanan, indisə tir-tir titrəyən qadına baxıb qəzəblə dedi:
-Nə sevgi? Siz bilmirsizki Azərbaycanda yetkinlik yaşına çatmamış qızların evləndirilməsi 'az yaşlıların cinsi istismarı' maddəsi ilə iş düşür? Bizimlə şöbəyə getməlisiz.
Alagöz xanım çıxılmaz vəziyyətdə olduğunu anlayıb, yaltaqlıqla gülümsəyib dedi:
-Rəis nə şöbə? Qoy toy qutarsın, biz öz aramızda razılaşarıq.
-Bağışlayın xanım, əmir böyük yerdəndir. Sizi və oğlunuzu şöbəyə aparmalıyam. Çətinlik çıxarmayın.

Hər kəs təəccübdən donub qalmışdı. Yetkinlik yaşına çatmayanların evləndirilməsinin cinayət olmadığını nəinki heç kəs bilmirdi, hətda bunu normal sayırdı. Kəndin ən hörmətli ailəsinin buna görə tutulduğunu görən bir çox insanın ürəyinə qorxu düşmüşdü, çünki çoxu 15-16 yaşlı gəlinlərini seçmişdilər. 

Muradın etirazlarına baxmadan Alagöz xanımı və oğlunu Ruslanı aparırdılar.

Susqun...Tahanan ng mga kuwento. Tumuklas ngayon