Otağımın qapısındakı cəftəni bir əlimlə möhkəm tutarkən o biri əlim ilə də cibimdəki açarı çıxarırdım. Atam qapını zorla özünə tərəf çəkib açmağa çalışsa da mənim möhkəm tutuşum onu bir az da olsa ləngidirdi. Üzüm qıpqırmızı olmuş, tərdən bütün bədənim öz nəsibini almışdı. Düzənsiz nəfəs alış-verişlərim artmış və qorxudan bütün vücudum titrəməyə başlamışdı. Adrenalin hormonu sayəsində ayaqda dururdum, yoxsa çoxdan yerə sərilib qalmışdım. Atam israrla qapını açmağa çalışırdı. Mən isə açarla-titrəyən əlimin tutduğu açarla qapını bağlamağa. Və mən qalib gəldim. Qapını bağladım. O isə qapını yumruqlayır və mənə söyüşlər yağdırırdı. Qapını açmağım üçün təhdid edir və məni öldürəcəyini deyirdi. Amma bir şeydən xəbərsiz idi. Mən onsuz da özümü öldürmək üçün qapını bağlamışdım. Nə də olsa atamın "qatil" olmasına könlüm əl vermirdi. Atamın məni öldürəcəyindən qorxurdum düzü. Adi sözlərlə bunu ifadə edəndə belə tüklərim biz-biz olurdu. Çünki... Çünki bunu etməyə hər an hazır olduğunu bilirdim. Bu arada birazdan intihar edəcək olan mən Martinəm. Qapını vəhşicəsinə yumruqlayan atam isə Jackdır. Uşaqlıdan məni sevməyən, həmişə yumruqları ilə əzişdirən, içki düşkünü, anamın məni tərk etməsinə səbəb olan varlıqdır. Bu arada güclü narkotik istifadəçəsidir. Elə mənim kimi. Halhazırda cibimdə olan həbləri də atamdan oğurlamışam. Və buna görə də o məndən o həbləri almaq istəyir və qapını az qalsın ki, qırır.
İlk dəfə narkotiklə beşinci sinifdə tanış oldum. O vaxt 10 yaşım var idi və atamın istifadə etdiyi bu həbləri sadəcə xeyirverici dərman hesab edirdim. Amma atamın dəyişən davranışları, qəribə hərəkətləri bir müddətdən sonra gözümə girməyə başladı. Həm anamı, həm məni gah döyür, gah söyür, gah da evin içində qəribə hərəkətlər edirdi. Bir dəfə stolu gəmirirdi. Gülməlidir elə deyil? Bir il daha səbrlə dayanan anam artıq dözmədi və məni atamın yanında qoyub qaçdı. Günahkardırmı? Mənə görə hə. Məni də yanında götürə bilərdi, məni bu cəhənnəmdən qurtara bilərdi. Amma o tək qaçmağı seçdi, əlinə-ayağına dolaşan bu uşaq ona yükdən başqa bir şey olmazdı. Haqlıydımı? Əlbəttəki haqlıydı. Amma dünayaya gəlmək mənim günahım deyildi. Onlar hirslərini məndən çıxarmamalıydılar, mənim həyatımdan çıxarmamalıydılar... İndi isə 19 yaşım var və artıq 8 ildir ki, narkotik istifadəçəsiyəm. İstifadəçi demək az olar, mən də atam kimi narkotiklə nəfəs alıram. Pis vərdiş olduğunu bilib əl çəkə bilmirəm, hətta artıq o qədər vəhşiləşmişəm ki, ayıq halımda digər insanları da öz toruma salıram. Ağlı başında olmayan, bir az dərdli olan, iradəsi zəif insanları... Getdikcə betərin betərinə çevrilirəm. 8 il az deyil, 8 ildir mən özümü tanımıram. Hər şeyim qəribələşir, ən qorxduğum şey isə artıq ayıq olduqda belə bu qəribə hallar normal gəlir və getdikcə də daha da qorxunc hal alır. Mən artıq özümdən başqa insanlara zərər verirəm. Geriyə qalan bu qısa ağlımla bu həyata son verməliyəm. Buna məcburam.
Pəncərəni örtən pərdənin deşiyindən içəri girən işıq otağı az da olsa aydınlandırırdı. Əgər bura otaq demək mümkündürsə. İt bağlasan durmazdı burada. Otaq leş kimi iylənirdi və hər tərəf toz-torpaq içində idi. Bir ayağı qırıq döşəksiz olan çarpayıya uzandım. Atam hələ də qışqırmaqda davam edirdi. Susmağa niyəti yox idi. Açarı əlimdən göyə atdım və uzanıqlı vəziyyətdə ona bir təpik fırlatdım. Sol əlimlə cibimdəki sərvəti çıxartdım. Ən güclü narkotik vasitələri. Daha doğrusu ən güclü və ən bahalı. Olduqca da nadir tapılan.Ən pisi də o idi ki, mən onları içməyi arzulayırdım. Əlimdə 3 həb vardı. Biri belə məni öldürməyə bəs edərdi. Üçünü də birdən içdim və səssizcə gözləməyə başladım. Mən həyatı sevirdim. Amma 10 yaşıma qədər, amma anam yanımda olana qədər, amma narkotiklə tanışana qədər. Mən yaşamağı da sevirdim, amma daha çox sevməməliydim. Və budur... Ağız köpüklənir, gözlər isə qaralırdı...Salam. Necəsiniz? Bu da Martinin hekayəsidir. Nə fikirləşirsiz? Şərh bölməsində qeyd edin, ulduza basın sağolun
ŞİMDİ OKUDUĞUN
Yeraltında
Fantasy"Bir səhər ümidlə, bəlkə də qurtuldum ümidilə açdığınız gözlərinizi yenidən sonsuza qədər əbədi yummaq istəyinizin geri gəlməsi. Halbuki bu dünyanın zülmündən qurtulmaq üçün intihar etmişdiniz. Amma daha pis bir mənzərə ilə qarşılaşdınız. Qurtulmaq...