Ən çox sevindiyin gün hansı idi? Ən xoşbəxt olduğun? Yalançı gülüşlərinin arxasında gizlənən o gülünc rollarından bəhs eləmirəm, ya da bir zarafata saatlarla güldüyün, bir-iki saata unutduğun o xatirələrindən də danışmıram. Həqiqətən bütün ruhunda hiss elədiyin o saf xoşbəxtliyi öyrənmək istəyirəm. Xoşbəxliyi bütün zərrəndə hiss elədiyin gün, saat, dəqiqə ya da saniyə varmı? Bütün aləmə car çəkib yoldan keçənlərə danışıb paylaşmaq istədiyin ya da ürəyində, beynində sonsuza qədər möhürlədiyin bir zamanın.... Bəlkə də belə anların çoxdur, amma mənə maraqlı olan isə ilk ağlına nəyin gəldiyidir. Ağlına gələn ilk xatirəndə gizlidir bugünkü "bədbəxtçiliyin". Mənim ağlıma gələn ilk xatirə, hətta ilk yox bütün xoşbəxliklə bağlı xatirələr uşaqlığımla bağlıdır. Ağlıma gələnlərin elə də böyük, inanılmaz şeylər olduğunu fikirləşməyin. Çünki mən bəlkə də bir çoxlarınız kimi adi şokalad alınanda belə sevincimdən uçurdum, o uşaq ağlımla ürəyimdə olan o kiçik narahatçılıqları unudurdum. Mən bugünkü bədbəxtçiliyimi tapmışam. Böyümüş olmaq və bir daha o uşaq ola bilməyəcəyimdə gizlidir bu melonxolik hallarım. Üstümə çökmüş, məndən əl çəkməyən bu ölüm istəklərim, bu axmağa qalmış pessimist fikirlərim və xəstəlikli düşüncələrim. Hər səhər oyanaraq ölmək istəyirəm deyən bir adam düşünün. Mental olaraq çökmüş vəziyyətdə olan... Ən ağrılısı isə odur ki, mən bunun özüm də fərqindəyəm. Və budur... Bu da son. Əlvida yaşana bilməyəcək illərim, əlvida mənasını düşündüyüm axmaq həyatım və xoşbəxlik axtarışlarım. Və ən böyük əlvidam sizədir əziz valideynlərim. Sizin bu qərarımda böyük əziyyətləriniz olub. Minnətdaram hər şeyə görə. Ömrümün sonuna qədər, təxmini bir saat sonraya qədər....
ŞİMDİ OKUDUĞUN
Yeraltında
Fantasy"Bir səhər ümidlə, bəlkə də qurtuldum ümidilə açdığınız gözlərinizi yenidən sonsuza qədər əbədi yummaq istəyinizin geri gəlməsi. Halbuki bu dünyanın zülmündən qurtulmaq üçün intihar etmişdiniz. Amma daha pis bir mənzərə ilə qarşılaşdınız. Qurtulmaq...