Sənsiz paramparçayam,
sənsiz daim heçəm mən.
Qəlbi yarayla dolmuş
"Sən də gəl vur, keç"əm mən.Sənsiz küçələrdəki
sənli addımlaram mən.
Yoxluğunda hər zaman
sənlə addımlaram mən.Zənn etmə güldüyümü,
gülüşdəki qəməm mən,
Nolar, dön gəl, sevdiyim,
elə həmən mənəm mən.Yoxsa yalan danışdım,
saxta bir bədənəm mən.
Bircə sözün bəsimdir,
desən "get" gedərəm mən.Bütün qüssələrimdə
sevgi görən kəsəm mən,
Sevgi dolu hayqıran,
Sevgi deyən səsəm mən.Olmasaydı qəm-kədər,
bilirdim ölərəm mən,
Vermədiyin sevgini
uzaqdan bilərəm mən."Yoxdur, üz artıq əlin",
desələr üzmərəm mən.
Sənə olmayıb kinim,
biləsən küsmərəm mən.Saat dörddə yazılıb,
bitən bir şeirəm mən.
Həm Məcnun, həm Leyliyə,
Xanım qız deyirəm mən.Soruşsalar kim bu qız,
söylə ən gözələm mən,
Hüseynin həm yariyəm,
Həm ona özələm mən.Çəkərəm hər nazını,
təkliyə dözərəm mən.
Gəlsən nə hıqq eylərəm,
Nə dodaq büzərəm mən.