Salon adamla dolu idi. Təşkilatçılar otaqda var-gəl edir, bəziləri bir yandan söhbət edərkən, bir yandan da balda hansı mahnılar çalınacağından danışırdılar. Bəli, bal. Bu məktəb balı idi, məktəb gecəsi. Başqa adı ilə "veçer". Böyük restoranda diqqət və səliqə ilə təşkil olunmuş bal.
- Xoş gəlmisiniz, xanımlar və cənablar. Əvvəlcə sizi bu balda gördüyümə çox sevindiyimi dilə gətirmək istəyirəm. Lovğalanmaq kimi olmasın, amma bu otaqdakı hamı, hamımız universitetə girmişik, halaldır! Bəzilərimiz də xaricdə oxumağa qərar verdilər. 2 il boyunca bütün sınaqlarda yüksək nəticə göstərmişik. Təbriklər!
Hamı yerbəyerdən alqışlayırdı. Hətta 1-2 nəfər fit də çalmışdı.
- Gəlin bugün bunu qeyd edək, bir daha hamınızı təbrik edirəm. Məktəb qurtardı və önümüzdə işıqlı bir yol var...
Yavuz səhnədən endi. Bütün salon ona baxırdı. Nitqi səlis bu oğlan həm də balın təşkilatçılarından biri idi. Biraz sonra hamının başı söhbətə qarışdı.
- Yavuz çox gözəl çıxış elədi.
- Halaldı, əsl çıxış belə olar ee
- Məncə də yaxşı idi, amma Yavuzu tərifləyib qurtardıqsa, başqalarına baxaq.
3 qızımız da burdadır. Kimdir onlar? Bizimkilər.
- Ay da, bi dənə Selinə bax.- Anna
- Bu nə geyimdi oha.- Lara
- Heç kim heç kimə qarışa bilməz, ama gözüm çıxdı axı.- Bella
Selini çoxları sevmir. Selin özü rahat biridir və imtahanı verə biləcəyini düşünürdü. Lakin istədiyi fakültəyə düşə bilmədiyi üçün universiteti "lazımsız yer" adlandıraraq özünü təmizə çıxartmışdı.
- İndi Allah bilir, nə gic-gicə mahnılar qoşacaqlar.- Lara
- Ordan bi dənə ləzginka.- Anna
- Kaş Selenadan qoysalar, nə əla olaar.- Bella
- Get onlara de, edərlər.- Lara
- Sən də get gör İremdən zaddan nə düzəldirsən.- Anna
- Eeh, boş ver.- Lara
- Salam qızlar!- İlkin qızlara yaxınlaşdı.
- Salam.
- Yavuza bax e, gör nə qəşəng məclis qurub.
- Həə, bizim sinif olsa, veçer veçer deyib heç nə etməzdilər.
- Niyə ki? Biz də edərdik.
- Həə, həə, meşəyə getmə teması kimi.
- Adı var, özü yox.
Selena Gomez – Come and Get İt
Bella salonda qu quşutək süzülürdü. Anna əlindəki içkidən içir, ətrafdakıları seyr edirdi. Lara da gah əl çalır, gah da sakitcə qıraqda durub baxırdı.
Daha sonra nisbətən sakit musiqilər səsləndirildi. Salonu yenə söhbət səsləri bürümüşdü. Bu an 2 qız Yavuzun yanına gəlir və ondan "Kareoke" vaxtını tezləşdirməyini xahiş edirlər. Çünki. Mahnıya hamıdan əvvəl başlamaq və daha çox diqqət cəlb etmək istəyirdilər. Yavuz əvvəlcə etiraz etsə də, sonra razı olmağa başladı. Bunu görən Lara onlara yaxınlaşdı:
ŞİMDİ OKUDUĞUN
SELIRFT-Azərbaycan
Teen FictionSELIRFT macəraları, lakin bu dəfə Azərbaycan dilində! • 2019'dan beri • ~> 19.10.2021