İlk addımı sən at

50 4 140
                                    

"Bu Ayşə məsələsilə bağlı mənə kömək edə bilərsən?"

"Yaxşı, amma sən də mənə kömək edəcəksən."

***
İyunun sonu... Artıq yavaş-yavaş səyahət planları qurulur, evdə yay təmizliyi aparılır. Sentyabrdan universitetlər- yeni bir dünyanın qapısı açılacaq.

Parka enəndə quşların səsini eşidirsən. Şütüyən maşınlar, söhbət edən insanlar, qaçışan uşaqlar. Güllərin qoxusu ətrafa yayılır, sərin meh əsir. Günortadan sonraki bu mənzərə insanın içini həvəslə doldurur, gələcəyə ümidləndirir. Həyat deyilən bu dalğalı dənizdə var olmağın verdiyi hissi düşünürsən. Bir zamanlar uşaq idin, heç hərfləri bilmirdin, gələcəkdə isə bəlkə də, tarix yazacaqsan.

Hər şey gözəl idi, taaa ki...

"Salamlar. Sabah bu ilin məzunları məktəbə gəlsinlər. Sənədləri paylanacaq".

Direktorun göstərişi qəti idi. İsmarıc hamıya göndərilmişdi. Məktəbdən təzəcə aralanmışkən yenə çağırırlar?!

***
Altan və dostları gəzməyə çıxmışdılar. Söhbətin qızğın yerində gələn mesaj onların kefini pozmuşdu.

- Hara çağırır e?- Orxan

- Məktəbə. Hara olacaq?- Altan

- Ala mən getmirəm.- Orxan

- Yavaş, Orxan, qışqırma, camaat eşidir e səsini.- Altan

- Hamı orda olacaqq.- Ümid

- Belə darıxmısan? 1 ay keçməyib e üstündən.- Orxan

- Mən heç, başım bağlıdı- Ümid cümləsini sonlandırmamış Orxan atıldı.

- Başı bağlı olan sənin kimi davranmaz.- Orxan

- Başa düşmədim??

- Düz deyir də, Selinin xəbəri var, sən kimlərlə yazışırsan?- Altan

- Bunu Selinin də yanında deyin, görün həyatımı məhv edirsiz mi?- Ümid

- Az qalıb, narahat olma.- Orxan

- Bax gözəl danışırıq, niyə aranı qatırsan? İndi mən nə edim? Ece söhbəti açım sənin üçün?

- Sabah saat neçədə gedirik?- Orxanın söhbəti dəyişdirmək istədiyini anlayan Ümid çox üstünə getmədi. Amma bu burada qalmayacaqdı.

- Səhər 9da. Bütün siniflər orada olacaq.

- Deməəə.

- Dedim. Əşi gedib sənədi alıb gələrik də.

- Təki.

***
Bizimkilər də bu xəbəri alanda hamı kimi təəccüblənmişdilər. Qrupda bunun söhbəti gedirdi:

Annanın telefonundan...

🤠💅SelİrFt💃💗

Siz: Nə deyir bu?

Bro: Nə danışır bu, uşaqlaar.

Siz: Bizimkilər mənbilən heç sənəd qoymamışdılar axı qala.

Bro: Direktor bizim üçün darıxıb skdskljlskjdlkajds

Siz: Hamını çağırıb?

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: May 28, 2023 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

SELIRFT-AzərbaycanHikayelerin yaşadığı yer. Şimdi keşfedin