İki insanın bir-birini anlaması eşqə aiddir mi səncə ?
Bəli, aiddir amma tam olaraq biz deyə bilmərik ki, "o məni anlayır məncə, biz onunla bir ömür keçirdə bilərik. İnsanların ən çox etdiyi xəta budur. "Sanmaq". Tanrı insanları , piano və not kimi yaradıb. Maraqlı olan odur ki, piano dilləri ilə istənilən tərzdə ifa etmək olar. Notsuz, eşitmədən, duymadan nə çaldığını bilmədən ağlına gələni ifa etmək. Bu yorucu, bezdirici, anlamsız və mənasızdır. Doğru notlar birləşdikdə isə, ərsəyə əsrarəngiz bir əsər gəlir. Doğru insanlar bir-birini tapdıqda dünya hər iki insan üçün sanki cənnət olur. Birlikdə əylənirlər, danışmadan belə anlaşırlar. Bir-birlərini yargılamadan səhvlərini danışıb aralarında həll edirlər. Ən əsası birlikdə gülməyi bacarırlar...Digər hal isə, iki insanın məhvi deməkdir. O insanlar heç vaxt xoşbəxt ola bilmir. Gec olmadan bunun fərqinə varmalıdırlar və yollarını ayırmalıdılar...Yoxsa bu dünyada cəhənnəmi yox arafı yaşayacaqlar. Tam ortada nə cənnət nə də cəhənnəm. Belirsizliklər içində vaxtlarını boş yerə sərf edəcəklər....
- Anar, sən gəldin. oğlum? - mətbəxdən Türkan çöl qapıya doğru səsləndi.
- Mənəm, ana.
Vespera yağışlı gündə geyindiyi və bütün palçıq olan çəkməsini çıxarıb, bir kənara, yumaq üçün qoydu.
- Hə, gəl, qızım. Qardaşını çörək almağa göndərmişdim. Deyirəm axı bu tezliyində gəlməz. İnanırsan, çox narahatam onun dərslərindən.
- Narahat olma, son ilidir ona görə də, üzərində məsuliyyəti çoxdur və çox çalışır, ana. Sınaqlara da gedəcək və gözlədiyimiz nəticəni ümid edirəm ki, göstərəcək.
-Ehh, qızım. Atan dünyasını dəyişəndən sonra tək ümidim sizsiniz. Sən universitetə daxil oldun rahatam. Qardaşın isə...bilmirəm. Axı, mənim tək dayağım odur. O, mənim oğlumdur.
Anasının bu sözü, onun xoşuna gəlmədi ancaq heçnə də demədi və sakitcə otağına keçdi.Ağlındakı düşüncələrə dalaraq, kürəyi üstə uzandı və tavana baxaraq hər zamankı kimi iç səsi ilə danışmağa başladı.
Əfsus ki, bizim qadınların problemi oğlanlarına qızlardan daha çox qiymət verməsidir. Bəzi qadınlar var ki, hamilə olduğunu öyrəndiyi andan etibarən "oğul" arzusunda olur. Uşağın cinsiyyətinin "qız" olduğunu öyrəndikdə isə məyus olurlar. Axı, niyə? Hətta belə bir deyim var. "Oğlan yoxsa, qız?" Mənası isə oğlan deyilərsə yaxşı xəbərdir, qız deyilərsə pis. 21-ci əsrə gəlmişik hələ də, qız - oğlan ayrımı edirlər. Amma mən bir qızım olmasını çox istərdim. Sarışın, qıvırcıq, öz gözümün rəngli olmamasına baxmayaraq, qızımın rəngli göz olmasını istərdim. Qız övladı valideynlərini onların düşündüklərindən daha çox düşünür, qayğılarına qalır. Yaşlandıqdan sonra mənə qayğı göstərsin deyə demirəm bunu. Sadəcə onların daha vəfalı olduğunu düşünürəm. Ümumiyyətlə, heç bir uşaq bu dünyanı istəyib gəlmir. Şanslı uşaqlar sevgidən yaranıb və bu dünyada sevgi ilə böyüyəcək. Yanlarında ona dəstək olacaq sevgi dolu ailəsi olacaq. Lakin, hal hazırki yaşamımızda sevgisiz böyüyən uşaqlar daha çoxdur. Səbəb nədir ?
Səbəb bizim mentalitetimizdir. Ya da mentalitet adı altında gəncləri sıxışdırmaq. Sanki həyatımız "camaat nə deyər " adı altında yaranıb. Qızlarımızın qısıtlı həyat yaşaması, istədiyi insanla ailə həyatı qura bilməməsi çox dəhşətdir. Bunun əvəzində isə ailənin "məsləhət" gördüyü oğlanla ailə qurmasını istəyirlər. Hətta, tələb edirlər. Düşün, hər gün sevmədiyin insanla səhərini açırsan. Məcbur onun toxunuşlarına razı olursan. Axı, sevgidə məcburiyyət olmamalıdır. İnsan ruhən və bədənən istədiyi insanın yanında olmalıdır. Evliliklərindən üç ay keçdikdən sonra əgər qadın hamilə qalmadısa, artıq ailə təşvişə düşür ki - bəs, qızda problem var həkimə aparmaq lazımdır.
ŞİMDİ OKUDUĞUN
Eşq Sənəti
Romance"Bütün möhtəşəm hekayələr iki şəkildə başlayır: ya bir adam səyahətə çıxır, ya da yad biri şəhərə gəlir."