Vesperanın telefonda gördüyüyü mənzərə qarşısında lap çaşıb qaldı. O, nə reaksiya verəcəyini bilmədi ilk öncə. Çəkinərək facebook tətbiqini açdı və dostluq atılan hissəyə toxundu. Yox, gördüyü həqiqət idi. 2 dəqiqə öncə Altay Rzayev adlı hesapın sahibi ona dostluq istəyi atmışdı. Bir anlıq bunun yenə yuxu olduğunu düşünüb " Lənət sənə, kor şeytan " deyib, profilinə giriş etdi. Onun nəzərini ilk Altayın profil şəkli çəkdi. Profilində öz şəkli var idi çox "aesthetic" bir şəkil olduğunu düşündü və diqqətlə incələməyə başladı. Gözlərinə baxdı ilk öncə. Gözlərində dərin məna var idi... Sanki, yaşıl gözləri altında bütün hüznü yatmışdı. Necə dərin...necə hüzünlü...Sonra burnuna baxdı. Bir kişiyə görə burnu çox biçimli və balaca idi. Vespera onun, bu qüsursuzluğunu qısqanmadı deyil. Ən son, dolğun dodaqlarını incələməyə başladı. Anlıq ağlına gördüyü yuxu gəldi. Şəkil ilə yuxusu paralel şəkildə beynini əsir almışdı. Bu normal deyildi. Altay, onun müəllimi idi və Vespera onu cəmi 1 saat 30 dəqiqə görmüşdü. Ona yad olan hissin adını qoya bilmirdi...Dostluğunu qəbul etdi və profilindəki paylaşımlarını incələməyə başlaqdı. Aktiv facebook istifadəçisi olduğunu gördü.
Altay çox zaman düşüncələrini, kitab və yaxud filmlərdən alıntıları, gəzdiyi yerlərdən paylaşım etməyi sevirdi. Bugün paylaşımı Vesperanın da diqqətini çəkdi. Belə deyilirdi ;
"Həyatımda ilk dəfədir ki bugün yaşamadığım hissi yaşadım. Yadlıq və doğmalıq hissini bir insanın ruhunda gördüm. Ən qəribəsi də odur ki, o insanın üzünü bir dəfə də olsun görməmişdim, amma ruhunu tanıdım 🌃⭐"
Vespera, dəfələrlə oxudu Altayın yazısını. Onun dilə gətirə bilmədiyi hissləri, Altay yazıyla ifadə etmişdi. Telefonu bir kənara qoydu və yatağında öz yerini möhkəmləyib, uzandı. Heç bir şey düşünmək istəmirdi. Sadəcə yatmaq və bu gün yaşadığı hisslərin yersiz və gərəksiz, sadəcə bilinçaltının oynadığı bir oyun olduğunu düşündü. Az bir vaxt ərzində yaşadığı bu hisslərin, gördüyü yuxu ilə əlaqəli olduğunu düşündü. Səhər bu olanları unutmalı idi axı, Altay müəllimin dərsi var idi... O, dostluq istəyini qəbul edib, telefonu bir kənara qoydu və yuxuya getməyə çalışdı.
Altay, gecənin qaranlığında " AynaBandin - O gözlər " mahnısı ilə Bulvarda gəzərək, düşüncələrə qərq olmuşdu. Bugün ADRA universitetində, ilk iş günü idi. Bu işi istəyirdi mi ? Yox. Sadəcə məcburiyyətdən bu işdə işləməliydi. 2 ay öncə ADRA universitetinin rektoru, Ömər Eldarov, Altayın rəsm sərgisində olmuş və çəkdiyi rəsmləri çox bəyənmişdi. Əslində, hər bir insan çox çalışsa əgər rəsm çəkə bilər, amma rəsmi hiss edərək çəkmək, rəsmlərdə insanın daxilini göstərmək, nə hiss etdiyini qarşı tərəfə ötürməyi hər rəssam edə bilmir. Ömər Eldarov, bunu Altayda görmüş, elə ordaca Altaya iş təklifi etmişdir. Altay, təbii ki, Eldar müəllimin onu bəyənməsi qürurunu oxşamışdı ancaq universitetdə işləmək ona görə deyildi. Onun düşüncəsinə görə incəsənət, insanlardan uzaqlaşaraq, daxili aləminlə baş-başa qalıb, duyularaq, hiss edilərək ərsəyə gətirilməlidir. Birinə, "fırçanı düz tut, rəsmi belə çək " demək olmazdı . İncəsənət ruhdan gəlir, onu öyrətmirlər. Lakin, Altay bu təklif üzərində fikirləşməli və düzgün qərar verməli idi. Ailəsindən ayrı yaşamağa qərar verdikdən sonra, artıq onun üçün yaşamaq daha çətin idi. Onun yaşamaq üçün pula, boyalara və fırçaya ehtiyacı var idi. Son iş yerindən çıxdıqdan sonra maddi sıxıntılar yaşayırdı. Ömər müəllimin etdiyi təklifi düşünmək qərarına gəldi. "Yaşamaq üçün" bəzən insan istəmədiyi həyatı yaşamaq məcburiyyətində qalır. Sərgidən 3 gün sonra, Ömər müəllim ilə danışır və sənədlərini hazırlayır...
İlk gününün ağırlığını və mənasızlığını üzərindən ata bilmirdi. O, dərin düşüncələr içində idi. İstəmədiyi iş, istəmədiyi həyat və yaşama dair həvəssizlik...
ŞİMDİ OKUDUĞUN
Eşq Sənəti
Romance"Bütün möhtəşəm hekayələr iki şəkildə başlayır: ya bir adam səyahətə çıxır, ya da yad biri şəhərə gəlir."