Bölüm 1

76 9 109
                                    


Həyatımın tamamilə dəyişdiyi o gün bizim son zəng günümüz idi. Bəziləri üçün son zəng unudulmaz olur, heç vaxt məktəbi bitirdikləri günü unutmaq istəmirlər, mən isə həmin günün hər bir zərrəsini unutmaq istəyirdim. İlk başlarda həvəslə hazırlaşdığım, tikdirdiyim paltarı sevərək geyindiyim, ilk dəfə həyəcanla makyaj etdiyim bir gün idi. Hər şey o qədər gözəl gedirdi ki, hamı xoşbəxt idi. Düzdür bir birimizdən ayrıldığımız üçün arada kədərlənirdik amma yenə də bu gün bizim üçün yeni həyatlarımızın başlanğıcı idi. Artıq daha enişli-yoxuşlu, çətin həyatlara doğru adımlayacaqdığ.

O gün məktəbdə etdiyimiz tədbir bitdi və biz son dəfə sinifimizə keçdik. Üzümüzdə buruq bir təbəssümlə bir-birimizə ürək sözlərimizi deyirdik, bir tək o sakit bir şəkildə arxa partada oturub mənə baxırdı. O mənim ilk sevgim idi, heç vaxt etiraf edə bilmədiyim ilk sevgim. Bizim sevgimiz qarşılıqlı idi amma bunu heç vaxt dilə gətirməmişdik. Heç kim bilmirdi bizim bir-birimizə olan sevgimizi.

Hamı söhbət edərkən biz bir-birimizin gözlərinə baxdıq heçnə demədən ama hər şeyi dedik bir yandan. İstəmsizcə gözümdən bir damla yaş düşdü, o ağladığımı görməsin deyə sinifdən çıxdım. Göz yaşlarım dayanmadan axırdı, sanki bu günü gözləyirmiş kimi. Arxadan birinin çiynimə toxunması ilə tez gözyaşlarımı sildim, çevrilib baxdığımda onunda dolu gözlərlə mənə baxdığını gördüm.

"Bilirsən sənin ağlamağına dözə bilmirəm. Ağlama, birdəfəlik ayrılmırıq ki, mən hər zaman sənin yanında olacam. Səni hər şeydən çox sevirəm."

İlk dəfə idi bizim haqqımızda bir söz deyirdi və məni sevdiyini dilə gətirirdi. Sanki bunları eşitməyi gözləyirmiş kimi yenidən gözyaşlarım axmağa başladı, özünə çəkib bərk qucaqladı məni. Ətirinin qoxusundan yumdum gözlərimi ürəyim ilk dəfə idi bu qədər möhkəm döyünürdü. Məni özündən uzaqlaşdırıb əli ilə gözlərimi sildi.

"Sənə ağlamaq heç yaraşmır gecə gözlüm."Dediyi bu sözü hələ də unuda bilmirəm. Sonra sinifdən gələn səs küylə bir birimizdən uşaqlaşdıq.

Uzun mübahisələrin sonunda axşam saat 7-də restoranda toplaşmağa, özümüz üçün yığıncaq etməyə qərar vermişdik. O gün o qədər gözəl idi ki, ilk dəfə rəks etmişdik onunla. Uşaqlarla əylənmiş, çoxlu rəks etmiş, qarşıda bizi gözləyən çətinlikləri unutmuşduq bir anlıq.

Mən isə hamıdan daha xoşbəxt idim, o mənə olan sevgisini etiraf etmiş, hamıya demişdi. O da məndə biraz utancaq insanlardıq, bu sevgini etiraf etmək üçün düz 4 il gözləmişdik ama sonunda xoşbəxt olmuşduq.

Bu yay tətili keçirdiyim ən uzun yay tətili idi sanki, son dəfə bütün sinif yığışıb Qəbələyə getdik. Orada gəzdik, əyləndik, çoxlu şəkillər çəkdirdik, Anar isə çox dəyişmişdi əvvəlki utancaq Anar yox olmuşdu sanki.

Avtobusda gedərkən yan yana oturub gələcəyimiz haqqında çoxlu söhbətlər etdik, Qəbələdə gəzərkən əlimi heç buraxmır, gördüyü hər mənzərədə şəklimizi çəkirdi. O günlər o qədər gözəl idi ki, bir anlıq heç bitməyəcəyini düşünürdüm. Hər axşam telefonla gizlin danışar, hər fürsətdə 5 dəqiqə də olsa məni görmək üçün məhləmizə gələrdi.

Təssüf ki, bu xoşbəxtliyimiz uzun çəkmədi artıq Avqust ayı girmiş yerlər yazılmışdı. Bu gün mənim ad günüm olduğu üçün uşaqlarla bizə yığışmış ad günümü qeyd edirdik. Yeməklər yeyilib, tort kəsilib, hədiyyələr verilmişdi. Mənə verdiyi qutunu açdığımda ilk gözümə yazılı kağız dəydi. Kağızı açdığımda "Qızıl gülü çox sevdiyini bilirəm, alsa idim atanın yanında onu sənə necə verəcəyimi bilmədiyim üçün məndə sənə belə bir şey almaq istədim. Səni çox sevirəm."

Qutuda çox gözəl qızıl gül formasında boyunbağı var idi. Sepi boynuma taxdığında ürəyim bərk döyünür, sevincdən nə edəcəyimi bilmirdim.

Arxadan Nihadın "Hə uşaqlar yerlər çıxdı, tez gəlin" deyə qışqırması ilə onun yanına getdik. İkimizdə mühəndis olmaq istəyirdik, sıra mənə çatanda telefonuma gələn kodu kompüterdə yazaraq hara qəbul olduğuma baxdıq və nəhayət Bakı Mühəndislik universitetinə qəbul olmuşdum. O qədər çox sevinmişdim ki ilk onu qucaqladım ama o yalandan gülümsəyib geri çəkilmişdi.

"Hə Anar sıra sənindi kodu de yoxlayaq" deyə Raul onun yanına gəldi.

"Mənə helə kod gəlməyib" deyərək Anar geri çəkildi.

Aytac "yalan demə bayaq mesaj gələndə gördüm de görək kodu." dedi.

Anar da öz kodunu deyəndə həyəcanla onun hara qəbul olduğunu gözləyirdim. Nihad onun hara qəbul olduğunu oxuyanda sanki məni tok vurmuşdu.
Uşaqlar onu təbrik edərkən mən isə donub qalmışdım. Bir anda sanki hər şey üstümə gəlməyə başlamışdı otaqdan çıxıb həyətə keçdim.

5 dəqiqə sonra isə o arxamca gələrək "Ayan açıqlaya bilərəm." dedi

"Nəyi Anar? Nəyi açıqlayacaqsan? Biz axı danışmışdıq eyni universitetlərə yazacaqdıq ikimizində balı yaxın idi. Biz ikimizdə Bakıda qalacaqdıq, sən mənə yalan dedin."

"Bilirəm söz vermişdim sənə ama bağışla mən getməli idim, ailəm belə istəyir. Mənim xaricdə oxumağımı, bitirdikdən sonra şirkətin başına keçməyimi istəyirlər."

"Bunu mənə dana öncə də deyə bilərdin. Məndə yazardım xaricə, birlikdə gedərdik, bir oxuyardıq."

"Ayan mən bir dəfəlik gedirəm. Yerlərin bu gün çıxacağını düşünməmişdim, bu gün sənin gününü korlamaq istəmirdim. Bağışla məni bilirəm mənə nifrət edəcəksən, ailəm mənim qarşıma bir seçim qoydu. Ya səni ya onları seçməli idim, başqa çarəm yox idi Ayan."

Dediyi sözlə gülməyə başladım, həm ağlayır həm də gülürdüm. "Nə seçim Anar? Neçə ildir sevirik bir-birimizi və biz sevgimizi etiraf edən kimi ailənə dedin bunu? Sən çox yaxşı bilirdin ki ailən məni istəməyəcək." Mənə doğru bir addım daha atanda onu dayandırdım.

Onun ailəsi Bakının varlı ailələrindən biri idi, mənim ailəm isə orta gəlirli idi. Onun atasının sayı hesabı bilinməyən restoranları var ikən, mənim anam və atam müəllim idi. Biz ikimizdə çox gözəl bilirdik ailələrimiz bizim sevgimizi heç vaxt dəstəkləməyəcək elə ona görə də etiraf etmirdik.

"Get Anar, sən ilk çətinlikdə məni atmağı seçdin, yolun açıq olsun." dedim və o gündən sonra bir daha onu nə gördüm, nə də axtardım.

Oda geri dönüb baxmadı çıxdı getdi, 1 həftə sonra xaricə oxumağa getdiyini öyrəndim. Hamının yaşadığı universitet sevincini mən yaşaya bilmədim, günlərlə ağladım, ilk semestr dərslərim çox pis oldu nə qədər edir onu unuda bilmirdim. Ta ki 1 il sonra dostlarım mənə onun və sevgilisinin şəklini göstərənə kimi. O özünə yeni həyat qurarkən mən burada onun üçün ağlayırdım. O şəkili gördükdən sonra özümə söz vermişdim heç kim üçün ağlamayacaq və çox güclü olacaqdım.

Salamlar ilk Azərbaycan dilində olan kitabımı nəhayət yayınladım.

Bölüm haqqında fikirləriniz mənim üçün çox önəmlidir.

İlk SevgimHikayelerin yaşadığı yer. Şimdi keşfedin