Bölüm 2.

39 8 117
                                    

10 il sonra

"Ayan xanım Emil bəy sizi otağında gözləyir" dedi Səma otağımın qapısını döyərək. İncələdiyim sənədləri bir kənara qoyaraq ayağa qalxıb otağımdan çıxdım.

Bəli mən sözümü tutmuşdum, keçmişdə yaşadığım hər şeyin üstündən xətt çəkib yeni biri olmuşdum. Bu yolda çox itkilərim olmuşdu, çox canım ağrımışdı, çox ağlamışdım, tək qalmışdım.

İndi isə Azərbaycanın ən tanınmış şirkətində GM Construction da mühəndis işləyirdim. İşimi çox sevir, təhvil aldığım hər bir işi həvəslə hazırlayır və təhvil verirdim.

Qapını 3 dəfə döyüb içəridən səs gəlməyini gözlədim. Gələn "Buyur" səsi ilə qapını açaraq içəri daxil oldum.

"Buyurun məni çağırmısız Emil bəy." Deyərək içəri daxil oldum. Emil bəy 35 yaşında mavi gözlü, qara saçlı 1,82 boyunda yaraşıqlı biri idi. 4 ildir bu şirkətdə işləyirdim.

"Bəli gəl Ayan. Buyur keç otur, səninlə  vacib bir şeyi danışacam. Yeni bir layihə almışıq, bu ortaq bir layihə olacaq, hər şirkət özünün ən yaxşı mühəndisini bu işə cəlb etmək istəyir. Bilirsən ki, GM Construction olaraq indiyə kimi aldığımız bütün işləri yüksək səviyyədə təhvil vermişik, bu dəfə bizdən As Groupla birlikdə Şuşada yeni turizm mərkəzi yaratmağımızı istəyirlər." Masanın üstündə duran kofesindən bir qurtum içərək sözünə davam etdi.

"Mən layihəni sənə vermək istəyirəm. İndiyə kimi təhvil aldığın işləri çok gözəl şəkildə həll etmisən, ümid edirəm bu dəfə də şirkətimizin adını ucaldacaqsan. Bazar ertəsi saat 10-da dövlət nümayəndələri və As Group ilə birlikdə toplantı keçiriləcək." Masanın qarşısında duran oturacağda əyləşib Emil bəyin sözünün bitməsini gözləyirdim.

"Bəs mənim hal-hazırda işlədiyim layihə necə olacaq Emil bəy? Onun bitməsinə daha 2 ay var." dedim Emil bəyə baxaraq.

"Narahat olma o layihəni Sevdaya verəcəm səndə arada nəzarət edəcəksən. Yeni alacağımız işdə də iki nəfər olacağınız üçün sənə çox yük düşməyəcək. Sən yenə də indidən bir şeylər fikirləş səndən ən yaxşı ideyanı, işini istəyirəm."

"Narahat olmayın Emil bəy." deyərək ayağa qalxdım.

"Buyurun çıxa bilərsiz."

İyul ayının bezdirici istisində insanlar dincələrkən mən isə işdən çıxıb hal-hazırda idarə etdiyim layihəyə baxmaq üçün gedirdin. Şirkətdən çıxıb qara Nissan markalı avtomobilimə doğru addımladım. Maşınımın sürücü qapısına qoyulan qızılgülü gördüyümdə təəcüblə ətrafıma baxdım amma heç kim yox idi. Bu gülü buraya kimin və nə üçün qoyduğunu bilmirdim.

Gülü götürüb maşının qapısını açaraq əyləşdim. Şirkətin parking yerindən çıxıraq hal-hazırda mənim nəzarətimdə olan layihəyə baxmaq üçün yola çıxdım. Layihəni Sevincə verəcəyim üçün son dəfə ustalara öz tapşırıqlarımı vermək istəyirdim.

Nəhayət 1 saat sonra tikinti gedən ünvana çatmışdım. Tikinti sahəsinə girdiyim də çox sevdiyim Bakının heç sevmədiyim küləyi yerdəki bütün qumları mənim üstümə tökmüşdü. Baş ustanı tapıb onunla layihə haqqında qısaca söhbət edib, tikilən binaya və ustaların işinə nəzər yetirdim. Son dəfə görülən və görüləcək işlərin nə yerdə olduğunu soruşduqdan sonra oradan çıxıb yenidən evə qayıtdım.

İlk SevgimHikayelerin yaşadığı yer. Şimdi keşfedin