1

1.2K 86 323
                                    

Bəli. Bu gün 297 nömrəli məktəbin 11b sinif şagirdləri yenə öz havalarında dərsi qaynatmaq ilə məşğul idilər. Sinifin AYE qaqaları bir yerdə, animecilər bir yerdə, k-popçular, futbol sevərlər və oxuyan uşaqlar da bir yerdə oturmuşdular. Hər kəs öz bandası ilə bir yerdə idi. Hamı yeni gələn uşaqdan xəbərsiz öz işində idi.

Bu sinifə gələn yeni uşaqlar ən çox bir həftə dözüb və sinif dəyişdirmək məcburiyyətində qalıb. Çünki sinifin AYE qaqaları yeni gələn oğlan uşaqlarına kişicik ləqəbi qoyur, qızlara isə əxlaqsız damğası vururdu. Bəli sinifin, hətta məktəbin belə onlara qarşı kini var idi. Heç kim onları sevmirdi. Özləri isə özlərini çox sevirdi.

Riyaziyyat dərsi yenə boş keçirdi. Müəllim uşaqlardan bezmiş, o da öz kefində idi. Sadəcə oxuyan bir iki uşağa lazım olanda nəyisə başa salırdı. Qurunun oduna yaş da yanırdı bu sinifdə.

Dərsin ortasında qapı döyüldü. Müəllim dərs izah edirmiş kimi ayağa qalxdı. Qapı açıldı. Budur, içəri direktor daxil oldu. Yanında da bir oğlan uşağı.

"Salam uşaqlar. Kənan yeni sinif yoldaşınızdır. Ümid edirəm ki, ili bir yerdə başa vurasınız. Aranızda hər hansı dava olsa məktəbdən kənarlaşdırılacaqsınız."

Direktor Kənana oturmağını deyib sinifi tərk etdi. Müəllim vecinə almadan təkrar yerinə oturdu və paralel sinifdəki biologiya müəllimi ilə mesajlaşmağa davam etdi. Müəllim ona biologiya dərsini dərindən öyrətmək sözü vermişdi.

Kənan boş bir yer görüb partaya yaxınlaşdı.

"Atası da deyir oğlum var." Kənanın eşitdiyi bu söz əsəblərinə toxunsa da cavab vermədi. Bunu deyən AYE qaqaların lideri Əkbər idi. Əylənəcəyi yeni biri çıxmışdı deyə sevincli idi.

Kənana qan udduradaq, bütün ilini ona haram edəcəkdi. Niyə də olmasın? Kiçicik ləqəbi onun fikrincə Kənana çox yaraşacaqdı. Çünki ikisi də tamam fərqli insanlar idi.

Kənanın qulağında sırğaları var idi. Saçını da karamel rənginə boyamışdı. Əkbər üçün təmiz kiçicik qoxusu gəlirdi.

Əkbər isə makasin ayaqqabı, ayağının altına qədər düşən kurtka geyinmiş, saçlarından gözlərini də görmək olmurdu. O bu stillə özünü əsl kişi adlandırırdı. Təsbehi varsa daim kişidir.

Əkbər telefonu əlinə alıb sinifin ən arsız qızına yazdı.

Əkbərito:
Təzə kişiciyin nömrəsini al və mənə göndər. Heç kəs də bilməsin.

Mal Leyla:
Qarşılığında?

Əkbərito:
Mən də dərdindən öldüyün Yasinin nömrəsini verərəm.

Mal Leyla:
Qardaşımsan
sən istə oğlanın sülaləsinin də nömrəsini alaram 🤭

Əkbərito:
Özü nə zibildi ki nəsli nə ola. Öz nömrəsi lazımdı

Mal Leyla:
Tənəfüsə qədər gözlə.

25 dəqiqə sonra.

Mal Leyla:

Kontakt - Kənaniko yeni.

Əkbər nömrəni götürüb kontakta əlavə elədi. Adını isə . Olaraq yazdı.

055xxxxxx:
Xoş gəldin kişiliyi öyrənməyə hazır ol.

Kənan cibində titrəyən telefonu çıxardı və mesajı oxudu. Sifəti ciddiləşdi və ətrafa baxdı.

.:
Kimsən?

055xxxxxx:
Bu məktəbi axıracan oxumağına imkan verməyən biri.

.:
İnan kim olduğun vecimə deyil amma bayaq səsi qulağımda dolanan oğlan olduğunu düşünürəm.

055xxxxxx:
Demək eşitmisən ama atmısan peysərə

.:
Düzgün danış

055xxxxxx:
Necə danışacağımı yaxşı bilirəm çattı?

.:
Birincisi çatdı*
İkincisi isə danışmağı bacarsaydın adam kimi gəlib tanış olardın.

055xxxxxx:
Ay Allah qız kimi danışmağına bax

.:
Qız ya da oğlan fərq etməz. İnsanları cinsinə görə bölmək yerinə insan kimi rəftar eləmək lazımdı. Kimsə kimsədən üstün deyil

055xxxxxx:
Mən kişiyəmsə demək səndən üstünəm

.:
Fındıq qədər beynin olduğunu düşünürəm.

055xxxxxx:
Fındıq qədər şeyim yoxdu ən azından.

.:
Fındıq qədər olduğunu hardan bilirsən?

055xxxxxx:
Sənin kimi gey sifətdən necə böyük bir şey gözləyə bilərəm?

.:
:)
Bir ara gəl tanış eləyim

Əkbər mesajı oxuyub cavab vermədi. Gözləri kinlə doldu. Bu kişicik digərlərindən fərqli idi. Bu da o demək idi ki edəcəyi şeylərə dözəcək biridi. O zaman hər zamankindən daha ağır şeylər edəcəkdi ona. Oyun başlasın.

'
Bölümlərə əlavələr olunacaq.

-Venera꙳

Kişicik |B×B|√Hikayelerin yaşadığı yer. Şimdi keşfedin