3-cü Hissə

3 1 0
                                    

Ravik oyandı. Ona elə gəldi ki, kiminsə baxışları üstündə gəzir. Qadın geyinib divanda oturmuşdu. Ancaq Ravikə baxmırdı. Gözlərini pəncərəyə zilləmişdi. Elə bilirdi, çoxdan getmiş olar. Hələ də otaqda olması onu heç açmadı. Səhər çağı yanında başqa adam olanda, özünü birtəhər hiss eləyirdi.

Bilmədi təzədən yatsın, yoxsa dursun. Ancaq qadın burada ola-ola yata bilməyəcəkdi. Gərək, onu tez başından eləsin. Əgər pula qalmışdısa, asan idi. Fərqi yoxdur, nəyə görə qalır qalsın... Ravik dilləndi:

– Çoxdan durmusunuz? Qadın diksinərək geri döndü.

– Yata bilmədim. Heç yaxşı olmadı, sizi də oyatdım.

– Xeyr, özüm oyandım. Qadın ayağa durdu:

– Getmək istəyirdim. Özüm də bilmirəm niyə qaldım...

– Dayanın, mən bu dəqiqə geyinirəm. Çörək yeyin, bu mehmanxananın məşhur kofesindən için. Vaxtımız var, ikisinə də çatar.

O durub zəngi basdı. Sonra vanna otağına keçdi. Bildi ki, qadın da burada olub. Ancaq hər şeyi səliqə ilə yerinə qoyub, hətta işlənmiş dəsmalları da asıb. Dişlərini yuyanda qulluqçu qız səhər yeməyini gətirdi. Tələsdi, qayıdan kimi dedi:

– Heç yaxşı olmadı.

– Nə?

– Qız sizi gördü. Heç ağlıma gəlməmişdi...

– Eybi yoxdur, özünü o yerə qoymadı. – Qadın məcməyiyə baxdı. Ravik deməsə də, qız yeməyi iki adamlıq gətirmişdi.

– Heç qoymaz da. Axı bura Parisdir! Qəhvə götürün. Başınız ağrıyır?

– Xeyr.

– Lap yaxşı. Mənimsə başım bir az ağrıyır. İndi keçib gedər. Bulka da götürün.

– Yeyə bilmərəm.

– Yeyərsiniz. Sizə elə gəlir. Bir dadına baxın.

– Doğrudan, yeyə bilmirəm.

Qadın bulka götürdü, ancaq tez də qaytarıb yerinə qoydu.

– Onda qəhvə için, üstündən də siqaret çəkin. Bu, əsgərlərin səhər yeməyidir.

– Elədir.

Ravik yeməyə başladı.

– Hələ də acmadınız? – deyə o, bir azdan yenə soruşdu.

– Xeyr. – Qadın siqareti söndürdü. – Deyəsən, mən... – deyib susdu.

You've reached the end of published parts.

⏰ Last updated: Jul 10, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

Erix Mariya Remark - Zəfər TağıWhere stories live. Discover now