Heç kim səninlə müqayisə oluna bilməz

80 21 65
                                    

Jeongguk's pov:

Gözümə düşən səhərin əsəb pozucu günəşi ilə oyanmışdım, və deyəsən, bu səhər ən xoşbəxt şəkildə oyandığım səhər idi. Yanımda Taehyung var idi, ki bu ən böyük səbəblərdən idi. Qolunun birini belimə atmışdı, digəri isə yastığın altında idi. Başı mənə çevrili idi, burnu çiyinimə söykənmişdi, sakit-sakit nəfəs alıb-verirdi.

Oyaq olanda olduğu kimi, yuxuda da gözəl idi. Gözünə düşən saçları, burnunun ucundaki kiçik xalı ilə mükəmməl idi.
Xatırlatma: O mənim sevgilimdi, birdən çaşıb göz vurarsınız deyə dedim.

Yastığımın altına qoyduğum telefonumdan saata baxdım, 08:39 idi.
Digər otaqlardan səs gəlmirdi, yəqin Yeonjungil hələ oyanmamışdılar. Bundan istifadə edib, üzümü tamamən Taehyunga çevirdim və onu izləməyə başladım.

Üzünün hər nöqtəsinə baxdım, hamar və iz olmayan dərisi, iri dodaqları... Tanrı hər üzvünü üzünə yaraşan şəkildə yaratmışdı, Kim Taehyung pərəstiş ediləsi qədər gözəl idi. Nə qədər onu izlədim bilmirəm,xəyala dalmış kimi idim. Məni özümə gətirən şey Taehyung dərin səsi idi.

"Yatmış gözəli oyatmağın tək yolunun onu öpmək olduğunu bilmirdin, Jeon?"

Jeon demə Taehyung.

"Əslində "Yatmış gözəl" mən olmalı deyildim?"

"Nə fərqi var, əsas odur ki, gözəl və prins'in dodaqları bir-birinə toxunacaq."

Mən arsız idim, amma Kim Taehyung qədər yox. Kim Taehyung dedimlərindən utanmazdı, mən isə həmişə qızaran tərəf olurdum.

"Yaxşı Jeon, utanma. Oyandığımı göstərməsəm hələ neçə saat izləyəcəkdin məni?"

"Nə? Sən oyaq idin?"

"Hmhm, səndən əvvəl oyanmışam, səni izlədim, nəfəsini hiss etdim, kirpiklərini saydım, sadəcə oyandırmamaq üçün üzünə toxuna bilmədim, o içimdə qaldı."

Heç nə deyə bilmədim, sadəcə gülümsədim.

"Axırıncı dəfə prins gözəli öpürdü deyəsən?"

"Jeon, kinolarda səhər duran kimi öpüşənlərə o qədər lağ etmişəm, səhər öpüşə bilmərəm. Həm də ki, sən mənim halalımsan."

Nə dediyini anlamağa çalışana qədər Taehyung alnımdan öpüb, yanaqlarımı sıxdı.

"KİM TAEHYUNG! BÜTÜN ROMANTİKANIN İÇİNƏ ELƏDİN!"

"Ahahahaha, eybi yox Jeon, hələ öpüşmək üçün çox vaxtımız var."

"Ehhh, nə deyim daha."

Araya biraz sükut çökdü, o mənim gözlərimə baxdı, mən onun.

"Gguk, atanın yanında necə davranmalıyam?"

Gözləmədiyim bir sual idi, düzü necə davranacağımızı mən də bilmirdim, indiyə qədər bizdə qalmağını keç, heç atamla tanış etdiyim sevgilim olmamışdı. Bir dəqiqə, mənim ümumiyyətlə sevgilim olmamışdı!

"Bilmirəm ki, atam belə şeylərə ön yarğısı olan birisi deyil, heç nə deməz onsuzda, içindən gəldiyi kimi davran, bəs edər."

"Yaxşı, inşallah evdən qovulmaram."

"Tae, kişi mağara adamı deyil. Evdən qovulmaq nədi?"

Ağlıma keçən dəfə Taehyungun atası ilə danışdıqlarımız gəldi, bisex olması, keçmişdə sevgili olduğu oğlanın adının atamın adı ilə eyni olması və sairə. Bunu Taehyunga deyib-deməmək arasında qalmışdım.

Sən birbaşa ürəksənHikayelerin yaşadığı yer. Şimdi keşfedin