Son yox, sonsuzluq

89 19 56
                                    

Jeongguk's pov

Hey millət! Aradan keçən aylar sonra yenidən xoş gördük. Bu gün mənim ad günümdür! Hə, bu gün 1 sentyabrdır və artıq 21 yaşındayam.

Artıq Yer üzündə mənə ayrılan vaxtdan bir il də əksilir, bir il daha böyüyürəm, bir yaş daha olğunlaşıram. Və nəhayət universiteti tamamən bitirdiyim bir yaşa girirəm.

Bu gün səhəri Taehyungun zəngi ilə açdım. Gecə təbrik etmiş olmasına baxmayaraq səhər 8-də məni oyadıb, enerjili səsi ilə "GGUKUMMM, AD GÜNÜN MÜBARƏKK! DOĞUM GÜNÜ OĞLANI HƏLƏ DƏ YATIB? OYAN ARTIQ,SƏNİ SEVİRƏM." temalı danışığını etdikdən sonra, nadirən söyüş söyən məndən söyüş qazandı. Düzü, ayılandan sonra zəng edib üzr istədim, amma yenə də bu saat 10-a qədər yatmaq xəyallarımı puç etdiyi gerçəyini dəyişmir.

Sonra hər il ad günlərimizdə etdiyimiz ailə qucaqlaşmasını etdik atam və Yeonjunla. Yeonjun mənə elektronik gitar almışdı. Və gitar nə əlaqə deyə soruşanda "Sən qocasan deyə bilmirsən, geyliyin ən böyük qaydası çalmasan da otağında bir gitarın olmalıdı" açıqlamasını etmişdi.

Bir az keçəndən sonra Jimin gəldi, bir saat onunla da bir-birimizi koala misalı qucaqlamışdıq. Qrupdaki digər uşaqlar da təbrik etmişdilər. Bir tək yanımda Namjoon hyung yox idi ilk dəfə. Keçən il Amerikaya bir neçə aylığına getmişdi əslində, sonra sevgilisi Betty ilə əlaqələrini daha ciddi etmişdilər və bir həftəlik Bakıya gəlmişdilər.

Və surpriz, Namjoon artıq başıbağlı bir oğlan idi,Betty ilə nişanlanmışdılar.
Ancaq burada çox qala bilməmişdilər, həm Betty'nin həm də Namjoonun universitet dərsləri başlayırdı. Hə, bir də Namjoon uşaqlıq xəyalını gerçəkləşdirib ingilis ədəbiyyatı üzrə təhsil almağa başlamışdı.

Nəysə, Jimin getdikdən sonra otağıma getmişdim. 20 yaşımı analiz etmişdim. Mənə gətirdiklərini, məndən apardıqlarını.

Və fərqinə varmışdım ki, Taehyung həyatıma girəndən bu yana, məndən heç nə getməmişdi. Nə üzümdəki gülüş, nə bir insan, nə də kiməsə olan güvənim sarsılmamışdı.

Kim Taehyung həyatıma girdiyi son bir ildə, mənim ən vacib yanım olmuşdu. Kim Taehyug məni ovsunlamışdı. Özünə bağlı etmişdi, onsuz bir gün keçirə bilməyəcəyim hala gətirmişdi məni.

Sevginin saxta, keçici olduğunu düşünən məni tamamən yanıltmışdı. Tək özü yox ətrafındakilər də daxil olmuşdular həyatıma. Yoongi hyung
-əslində məndən böyük deyil yaşça, amma ona niyəsə hyung deyirdim-
Jin, və Hobi də mənim ən yaxınlarım olmuşdular.

Yeddimiz birlikdə çox gözəl olmuşduq.

Hə, sizin oxumadığınız  1 illik müddətdə Namjoon hyungdan başqa da işi ciddiyətə çevirənlər də olmuşdu təbii ki. Jiminlə Yoongi öz aralarında üzük taxmışdılar, Jinlə Hobi bir evdə yaşamağa başlamışdılar.

Bir tək mənlə Taehyung qalmışdıq, uzun müddət əvvəl evliliklə bağlı etdiyimiz kiçik mübahisədən sonra bunun mövzusu açılmamışdı, Taehyung məni gözləyəcəyini demişdi, elə də etmişdi.

Ehh, çox aşiq olmuşam bu Taehyung adamına.

Hmm, hə! Ən vacibini unudurdum! Ailələrimiz tanış olmuşdu. Atalarımızın köhnə sevgililər olduqlarını öyrəndikdən sonra bu işə biraz çəkinirdik, ancaq nə vaxta qədər uzada bilərik deyib birlikdə bir yeməyə çıxmışdıq.
Heç bir problem olmamışdı, hər şey əla keçmişdi bizim üçün. Ailə tanışlığı mövzusu da aradan qalxmışdı.
Ah, amma Taehyungun atası ilə atamı restoranın balkonunda siqaret çəkərkən görmək biraz pis təsir etmişdi mənə.

Sən birbaşa ürəksənHikayelerin yaşadığı yer. Şimdi keşfedin