Çünki sən mənim üçün hər şeysən

71 17 43
                                    

"Arif idi oğlum, niyə soruşursan ki?"

Və adı eşidən kimi, Taehyungun içdiyi çay boğazında qalmışdı...

Bəli, Taehyung öz atasının adını eşidəndə, təxminən on dəqiqəlik şok yaşamışdı, bu on dəqiqə müddətində nə düşündü bilmirəm, deyəsən, hadisələri beynində oturtmağa çalışırdı.

Hə, Taehyungun atası ilə mənim atam, gənclik dövrlərində sevgili olublarmış, uşaq vaxtı atamla olan şəkillərinə baxdığım, atamın; əmi, sonra yaxın dost, sonra isə sevgili adlandırdığı və mənim indi fobik qayınatam dediyim şəxs Tae'nin atası imiş.

Özümü Aşk-ı memnu serialının tam ortasında hiss edirdim, Taehyung də belə idi.

Aradan biraz vaxt keçdi, bu müddət ərzində atam Taehyungla bu mövzuda xeyli danışmışdı, sonra deyəsən, mənim qeybətimi etmişdilər, çünki otaqdan eşitdiyim səslərdə tez - tez adım keçirdi.

Hər nəysə, indi isə mən, Yeonjun və Taehyung yatağımda oturub Yeonjun'un Soobinə necə "dvij" edəcəyini planlayırdıq.

"Yeon, sən əvvəlcə mənə de görüm bu Soobin necə uşaqdı?"

"Uşaq deyil birincisi."

"Off, kəs bəbə, Jeon bağışla amma qardaşına biraz sərt davranacam, problem etməzsən yəqin ki?"

"Ay, nə problem, nə istəyirsən et, təki bizdən əl çəksin!"

"Yaxşı, Yeon Soobinin nələrdən xoşu gəldiyini bilirsən?"

"Məndən."

"AY ALLAH, TAEHYUNG BU AXMAĞA NECƏ DÖZƏCƏKSƏN?!"

"Elə demə qaqaşı, depressiyaya düşər.
Yeonjun. İndi. Əlimdə. Qalmamış. Soobin. Haqqında. Məlumat. Ver."

"Iyy yaxşı, buludları çox sevir, tənəffüs olanda pəncərədən səmanın şəklini çəkirdi. Deyəsən, gün batımını da sevir, instagramda hekayədə paylaşır bəzən."

"Hmm, gün batımı və səma, yaxşı. Bəs kitablar, ya da nəbilim, filmlər, musiqi? Hobbiləri nədir yəni?"

"Gitar çalır, bir də tarixi kitablar oxuyur ancaq, əsas da alman tarixi."

"Oha, alman tarixi oxuyan və bilən insanlara dərin hörmətim var. Sən gitar çala bilirsən bəs?"

"Allah o qədər mükəmməl yaradıb ki, lənət olmasın bunu da bacarıram."

"Biz bu uşaqla necə eyni gendən gəlirik? Heç oxşamayıb təvazökarlıqda mənə."

"Jeon, sən və təvazökarlıq əks mənalı sözlərdi məncə. Yeon, sən Soobinə belə yaz:
"Birlikdə gün batımını izləyib, gitar çalaq? Bəlkə biraz tarixdən danışarıq gözəl"

"Taehyung alman tarixinə aid heç bir sik bilmirəm."

"Yeon! Söyüş söymə."

"Mal bayaqdan de də, yaxşı elə gitar çal bəsindi onda. Get telefonunu gətir."

Yeonjun otağına telefonunu gətirməyə getdi, mən də fürsətdən istifadə Taehyunga yaxınlaşıb başımı çiyninə söykədim. Təması sevməmə xüsusiyyətim təkcə Taehyungda keçmirdi deyəsən.

"Niyəsə Soobin atval verəcəkmiş kimi gəlir."

"Ahahahaha atval vermək? Sən rədd elədin noldu ki? İndi yanımdasan və hal hazırda əlini tuturam. Biz bu işin kitabını yazmışıq Jeongguk."

Kitabını yazıb? Nə vaxt? Kimlə?

"Anlamadım? Başqa kimləsə flört etmisən ki?"

"Mal, yox təbii ki, amma məktəbdə bu sevgi məktubu falan yazdıranda mənə yazdırardılar, və hamısı da işə yarayırdı bu arada, ona görə dedim."

"Həə, bildim."

"Jeongguk yenə çox şirin gəlirsən gözümə, öpə bilərəm? Yanaqdan ha."

Heç nə deməyib yanağımı dodağına yaxınlaşdırdım. Hər dəfə icazə alırdı, Taehyung həqiqətən güvənli hiss etdirirdi.

Hər şey əla idi, amma Yeonjun gəlib içinə etməsə idi.

"İki dəqiqə getdim, o saat cükküldəşirsiz. Ayıb olsun."

"Kəs balaca, dediyimi yaz indi."

"Of, de görüm hələ."

"Birincisi salam, səninlə birlikdə gün batımını izləmək istəyirəm, bu təklifi qəbul edirsənsə 3 yaz."

"Bağışla, amma götüm kimi bir mesajdı."

"Götünü deyəcəm ha indi, minnət qoyma yaz dedim. Əgər 1 yazsa və ya "Fu qıjı" reaksiyası versə bil ki alındı"

"Aga be Taehyung, nə yollardan keçmişik..."

"Düzünü de, mesajlaşanda nə reaksiya verirdin?"

"Çox vaxt gülürdüm, arada vicdanıma salıb dərd falan elədim, amma sonra dedim əşi, ağlı var idi aşiq olmazdı."

"Duyğusuz. Mən hər dəfə Jeongguk deyə ağlayırdım..."

"SOXACAM KEÇMİŞ XATİRƏLƏRİNİZƏ. YAZDIM MESAJI, OF HƏYƏCANLANDIM!"

"Balaca narahat olma, səndən yaxşısın tapası deyil ki."

"Balaca sənin ana- GÖRDÜ MESAJIMI GÖRDÜ! YAZIR"

Bir neçə saniyə sonra Yeonjun yatağın üstündə tullanıb, təpinməyə başladı.

"Nə yazdı??"

"AHAHAHAHAHAHAHAH 1 YAZDI 1 YAZDI!!!!!!"

"AAAAAA YAZDI Kİ QƏBUL EDİRƏM GÖZƏL. ÇOX SAĞ OL TAEHYUUUUUNG GƏL ÖPƏCƏM!!"

"kayfavar yığınıdıye, kimi öpürsən yavaş ol."

"Get yat qalx dua elə ki, mənim kimi bir adam çıxdı qardaşının qabağına, yoxsa indi subin subin deyə ağlayırdın."

"E yaxşı da, GEDİM DANIŞIM SUBİNİMLƏ. İcazə verirəm cükküldəşin biraz."

"Çıx rədd ol."

"Əsəbləşəndə çox hot görünürsən balam."

"Yavşamağa yer axtarırsane sən də."

"Hə də, indi bilirsən? Bu arada birazdan gedəcəm day, sizin evdə yuva saldım."

"Nə olsun ki? Narahatlıq verib eləmirsən."

"Ola bilər, yenə də düzgün deyil də çox,həm də Yoongi iki gündü mesajları silkdi, tək qalıb yazıq."

"Nah tək qalıb, iki gündü Jiminlə sülənirlər, öyrənirəm mən Jimindən."

"Şərəfsizə bax, mənə də özün acındırır."

"İki işsiz bir-birlərini tapıblar."

"Biz daha gözəlik, ağlasınlar."

"Ehh, nəysə, sən gedənə qədər koala kimi yapışacam sənə."

"Səsim çıxsa məndən pis adam yoxdu."

"Mal, ölürsən dərdimdən."

"Sabahın xeyir balam."

"Can"

.
.
.
.

Şapşiklər😭
Textingden darixdim gelen bölüm texting ve finala 🤏 qeder qalib mence
Mahnı: İf you want me

Sən birbaşa ürəksənHikayelerin yaşadığı yer. Şimdi keşfedin