Başlanğıc

6 1 0
                                    

Həmişəki kimi payız gecəsi idi məktəbdən yorğun gəlmiş,dərslərimi etmiş şəkildə yatdım.Həmişəki kimi şən yuxu görmək istəyirdim lakin bu dəfə bu alınmadı.İlk yuxuda qəribə meşədə itmiş şəkildə özümü tapdım sanki qaçırılmışdım.Əllərimdə kəndir var idi üstüm isə çirkli və cırılmışdı.Ətrafıma baxdım heçkəsi görə bilmədim.İlk öncə əllərimdəki kəndiri açdım daha sonra üstümü çırpıp təmizlədikdən sonra yola qoyuldum.Yaxında axar çay səsi gəlirdi çayın səsinə doğru irəliləməyə başladım.200 addımdan sonra özümü çayın yanında tapdım lakin axan çay deyil qan idi.Bu məni çox qorxutdu və tez geri çəkildim ayağım nəyəsə ilişdi və mən yıxıldım.Ayağa qalxdım və geriyə doğru meşənin dərinliklərinə doğru sürətlə qaçmağa başladım.10 dəqiqə qaçdıqdan sonra bir mağaraya rast gəldim.Mağaraya daxil oldum və içəridə nələrin və ya kimlərin olduğunu bilmək istədim.Mağaranın içi qaranlıq idi heçbirşey görmürdüm.Paltarımın cırıq hissəsini qopardım və bir çubuğa bağladım.Daha sonra daşları bir-birinə sürtərək alov əldə etdim düzəltdiyim işıq ilə mağaraya yenidən daxil oldum.Gördüklərim məni vahiməyə basdı.Mağaranın içində insan skeletləri ilə dolu olan quyu var idi.Bunu ayı tərəfindən edildiyin fikirləşdim və yenədə davam elədim.Müəyyən zaman keçdi və mən böyük bir otağa daxil oldum içəridə çarpayı var idi sanki qəfəs idi.Ayaq səsləri gəldi və mən çarpayının altına keçdim.İçəri daxil oldular çox böyük idilər sadəcə ayaqların görə bilmişdim.İçəri adam gətirmişdilər adama yaxınlaşmağa çalışdım.Lakin o ağlayır və kömək istəyirdi.Ona sakit səslə bura gəl dedim o mənə yaxınlaşdı və burada nə etdiyimi soruşdu.Mən ona cavab olaraq sadəcə bilmirəm dedim və ondan buranın hara olduğunu soruşdum.O mənə cavab olaraq buranın Yuxular Diyarı olduğunu və bura düşənin heç bir zaman ayılmayacağını mənə dedi.Mən isə dəhşətə gəldim və oyanmağa çalışdım lakin alınmadı hərşey burada başladı.

Meşədə Keçən YuxuWhere stories live. Discover now