1st part

117 6 1
                                    

-Yenə? Fateh, nəsə də bu qıza!
-Nə deyim?
-Görmürsən ata-ana saymır?
-Üstünə getmə, uşaqdır daha
-Uşaq? 23 yaşı var
-Sən deyildin o mənim balaca qızımdı deyən
Onlar mübahisə edərkən Ayla gitarasını götürüb öz otağına keçdi.
Əynində olan cinsini, qara rəngli t-shirtü çıxarıb yatağının üstünə atdı. Şkafdan boz idman formasın çıxardı. Sonra üstünə tünd rəngli, heç bir mənası olmayan "sticker"lər olan güzgüyə yaxınlaşdı. Çox güman ki,güzgünün vəziyyəti özünü görməməsi üçün belə idi. Sındırmağa cəhd etmişdi, amma valideynləri ona çox pul xərcləmişdilər.Bunu edəcək qədər ağlını itirməmişdi,əslində o heç vaxt ağlını itirməmişdi. Həmişə yerində cavab verməyi bacarırdı, amma bunu az-az edirdi, çünki seçimi hər zaman susmaqdı.
Susan insanlar partlayacaq vulkana bənzəyirlər.Ayla da o vulkanlardan biri idi. Nə zaman partlayacağı bəlli olmayan vulkan. Psixoloqlar ona əlac tapa bilmədiklərini söylədilər, çünki psixoloji problemi yoxdu. Konsultasiyalar ona fayda vermirdi. Xəstə sağalmaq istəmirsə,həkim onu sağalda bilməz! Duş qəbul edib mətbəxə keçmiş olmasına baxmayaraq anası hələ də deyinirdi.
-əşyaların yığışdırmır,özünəməxsus baxmır, yasa düşüb ,elə bil .Dərdini de, bəlkə əlac var?
Ayla heç nə eşitmirmiş kimi qəhvəsini töküb otağa getdi. Universiteti yarım qoymuş, 543 balla girməsinə baxmayaraq oxumağı tamamilə atmışdı.Bir avara gənc idi sanki. Valideynləri uşaqların psixoloji vəziyyəti 13-17 arası dəyişkən olur deyirdilər, amma hər şey qəzadan sonra dəyişdi. 18 yaşda ,tələbə adı qazanan vaxtda. Valideynləri onun yerinə xəyal qurmuşdular artıq, amma o xəyalların mövcud olmadığı bir dünyada -avara dünyasından yaşayırdı. Söyüş söymək, dalaşmaq, insanları günahsızdır yerə yaralamaq onun vəzifəsi deyildi. O ən çox valideynlərini incidir, hər gün səhər 6 dan oyanıb küncdə -bucaqda bir yer tapıb gitarada ifa edirdi. Gitarasını belə o qəzadan sonra əlinə almırdı, amma 1 il idi ki,gitaraya vaxt sərf edirdi. Valideynlərin, qohumların heç bir səyi onu düzəltməyə qadir olmadı. Üstünə getməkdən də qorxurdular. O böyük bir zərbə almışdı. Təki o yaşasın, nəfəs alsın demək bəs edirdi bəzən. Amma ağrılı hissdir. Gözün önündə 23 ilini sərf etdiyin insan əriyib yox olur və sən əli-qolu bağlı onun sonun izləyirsən. Bu sonunda ağlayacağını bilə -bilə baxdığın romantik filmlərə bənzəyir.
-Ayla, yeməyə gel!
-Ayla, Ayla!
-Yenə qulağında o zibillə, içimdəki səs tulla onları deyir
-Ayla!
Ayla masanın önündə oturmuş şəkil çəkirdi
-Eşitmirsən?
Başını onun tərəfə belə çevirmədən cavab verdi
-Eşidirəm, qulaqlarımda problem yoxdur
-Bəs niyə cavab vermirsən
-Çünki sualını və cavabını əzbərləmişəm. Şablonları sevmirəm.
-Gel yemək yeməyə
-..
-Eşitmirsən
-İstəmirəm
-Dur ayağa (Gültəkin xanım ona yaxınlaşıb qara-qara yazılar, mənasız boşluqlar çəkdiyi vərəqi əlindən aldı. )
-....
-Yeməyə gələcəksən, Ayla!Neçə gündür yemrisən !Bu evin nuru qaçıb, anla!
-Bəsdir, məcbur deyil .Otağımdan çıx, qapını da bağla. Mənim 23 yaşım var, sizlə eyni evdə qaldığıma şükr edin (ilk dəfədir ki,belə uzun cümlə qurmuşdu. Əlini qapıya doğru işarət etdi )
-Ayla!Qızım! Bilmirəm bu nədir? Psixoloji?içdən? nədir bilmirəm, amma mənim də içim ağrayır. 5 ildir çəkmədiyim qalmadı .Şikayət etmirəm, amma həqiqət .Eyni evdə qaldığıma şükr edin dedin, səncə bu eyni ev deməkdir? Belə yaşam bərabər yaşam adlandırıla bilər? Üstünə gəlmək istəmirəm ,amma biz də insanıq
(Bu sözlərdən sonra heç nə demədən qonaq otağına keçdi. Anası heç nə olmamış kimi göz yaşlarını sildi və süfrəyə bu gün bişirdiyi ləziz yeməklərdən qoydu. Ayla çəngəl ilə boşqabındakı salatla oynarkən atası artıq futbol izləyirdi. Sonra bir şey yemiş kimi otağına çəkildi .Səhər yenə evdən çıxdı. Haralardasa gitara ifa edir , ya da qulağcıqla gəzirdi. Axşam saat 8i keçirdi. Hər nə qədər avaralıq etsə də, universitetdən qovulacaq gedər soyuqqanlılıq göstərsə də, o evə vaxtında gəlirdi .6 dan gec qalmayan Ayla artıq 8də evdə deyildi. Anası telefonuna zəng vurdu, amma o telefon ona lazımsız bir şey idi, çünki bütün gün sönülü olurdu. Gültəkin xanım buna dözə bilməyib axtarmağa çıxdı
-Artıq həddin tamam aşıb. Ən azı bir xəbər. Bu uşaqlarla yaxşı davrananda da axrı belə olur.
Çox vaxt onun seçdiyi parkları axtardı, amma bir şey tapmadı. Qarşısında izdiham vardı. Kənarda dayanan bir kişidən söhbətin nə olduğunu insanların buraya niyə toplaşdığını soruşdu. Kişi də cavabında
-Deyəsən, bir avara oğlan bıçaqlanıb. Bütün günü küçədə qalmağın axrı belədir də
Qadın içindəki qorxunu boğub qızının axtarışına davam etdi.
-Hardasan axı, Ayla ?
Yenə zəng vuranda telefona zəng getdiyi və zəngin arxasından gəldiyini duydu. Arxasını dönəndə tibb maşının yanında dayanan tibb bacısının telefonu açdığını və eyni zamanda əlindəki mobil telefondada eyni səsin "Alo" dediyini eşitdi. Qaçaraq oraya yaxınlaşdı və yerdəki o bədən "Ayla"nın idi.

Avaranın gündəliyiHikayelerin yaşadığı yer. Şimdi keşfedin