5th part

34 4 0
                                    

Mənə həqiqətləri deyəcəksiz?
-Qızım get duş al.Rahatla.
-Ana!
-Qızım!
Ayla əsəbi bir üz ifadəsi ilə otağa getdi. Yarımsaatdan sonra hamı dairəvi stolun ətrafında əyləşmişdilər.
-Bəlkə. . (cümləsini tamamlamağa izn vermədilər )
-Sənin sevdiyin yeməyi bişirdim. Bax necədir?
-Mən uşa..
-Qızım! Bugün ailəmizlə bərabər bir şam yeməyi yeyirik. Bölmə!
(narazı bir ifadə ilə yeməyə başladı )
Sükutdan sonra
-Ana! Boğuluram daha. ..
-Biz, biz səni (atası kənardan dilləndi )
-Biz gündəliyini oxuduq
-Nə? Nə? Lənətə gəlsin, tamam unutmuşam. Necə? Necə edərsiz bunu? Axı siz belə deyildiz?
-Sən də belə deyildin. Itmiş balasını axtaran hər bir valideyn bunu edər
-Sizin deyiləm ki. Özünüzə əzab verməyin.
-Qızım! (anası ona yaxınlaşdı )
-Sən yalanlarla böyüdün,amma tək bir yalanla. Mən isə illər boyu övladsız yaşadım. Bu nə əzabdır bilirsən? Səni mənə verəndə dünyanı əlimdə hiss edirdim. Mən heç vaxt övladımı bətnimdə hiss etmədim. Amma Analıq bu deyilmiş. Analıq başqa bir hissdir. Mən əsla ana ola bilməyəcəyimi düşündüm. Analar övladları dərddə olanda hiss edirmiş. Düşündüm ki, hiss etmərəm. Amma bu qanla bağlı bir şey deyil . Bu şəffaf bir bağdır.Bu hissləri yeni aldım əlimə. Məndən bu sevinci alacaqsanmı?Məni analıqdan 2ci dəfə məhrum edəcəksənmi?

Avaranın gündəliyiHikayelerin yaşadığı yer. Şimdi keşfedin