7th part

29 4 0
                                    

Oğlan kimi qısa saçları artıq uzanırdı. Üzünün o məsum gözəlliyi ortaya çıxmağa başlayırdı. Həyat yoldaşı səhər oyanıb bir müddət seyr etdikdən sonra
-Qarşıma çıxmış bir mələksən sanki
-Işə gecikirəm, hə? (sözü dəyişməyə çalışdı )
-Yox, hələ çox erkəndi
-Onda gedim Nurayı oyadım, sonra dərsə gecikir söz mənə gəlir
-...
Ciddi geyinmişdi və belə mükəmməl görsənirdi .Həyat yoldaşı çox mehriban insandı, amma Ayla ondan kənar gəzirdi. Bir boşluq hiss edirdi. O boşluğu səmimiliyi ilə belə doldura bilməmişdi.
-Nuray!
-Hı
-Nuray dedim!
-Hə, ana
-Bəlkə ,oyanasan!
-Saat?
-Dərsə gecikirsən ,sözü mən eşidirəm. Dur tez ol!
-5 dəqiqə
-Sənin beş dəqiqəni bilirəm, dur dedim
-Ok!
Qızını yola saldıqdan sonra özü də işə getdi. Həyat yoldaşı maşından enərkən yanağına doğru əyilib öpmək və uğurlar arzulamaq istədi, amma Ayla "gecikdim" deyib yola verdi.
Yeni iş yeri maraqlı gəlirdi. Ən azı evdən uzaq olardı. 18 yaşından sarsılmış olduğu üçün artıq həyata bir başqa baxırdı. O soyuq baxışları axtarırdı sanki. Yeni kadrla tanışma zamanı gözünə bir işçi dəydi. Bu Turalı xatırlatdı ona. Bir neçə dəqiqə gözünü ona zillədi, sonra isə fikrini toplayıb isə başladı

Avaranın gündəliyiHikayelerin yaşadığı yer. Şimdi keşfedin