•12:00•

66 12 8
                                    

Dəniz

Bu sabaha gözlərimi belə açmaq istəmirdim, oyanmaq istəmirdim. Bugün son gün idi ama mən ümidimi üzməmiştim, hə mənə hər şeyi deməli idi.

Ağlımdaki bütün şeytani planları qutarmışdım, indi nə edəcəkdim?

Hə, son ana qədər gözləyəcəkdim və əgər o heçnə açıqlamasa özüm edəcəkdim bunu.
Offf

Bugün bir yerə çıxmaq belə mənim üçün yorucu idi, ama acam.

Bəli, bu halda belə yemək düşünürəm ama nə edim?

Və mən çox tənbələm, onsuz market tam yaxınımızda idi, yəni geyinmək çox əziyyət verici idi. Əslində evdə hərşey var idi ama pişirən biri olmadığı üçün hamısı bir gün çürüyəcəkdi.

Telefonu əlimə aldım və nəə?
Saat 1ə qalmışdı və mən təzə oyanırdım, tənbəlliyimə söz ola bilməz.

Güzgüdəki yansımamdan qorxdum çünki müharibədən yeni çıxmış kimi bir halda idim.

Son olaraq pulu da götürüb, qapını açdım.

O sırada qapını döyməyə hazırlaşan Ahu'dan xəbərsiz olaraq.

Nəə?
Ahu burda idi? Niyə? Nə üçün? Nə səbəbə?
Onu görən kimi tez qapını bağladım, çünki çox həyəcanlanmışdım off.

"Dəniz, yaxşısan? "

Lan məni bu meymun halımla görəcəkdi ama onu çöldə qoya bilməzdim.

"Şey hə, sən necəsən? Nəsə olub? "

"Bəlkə qapını açasan? İsti məni öldürdü"

"Aaaa bu dəqiqə açıram, şey ama gözünü yum"

"Niyə? "

"Çünki indi oyanmışam və şey ev biraz dağınıqdı"

"İndi? "

"Aha"

"Yaxşı, gözlərimi bağlayıram və qapını açırsan."

"Aha üçdən aşağı sayacam"

"Yaxşı, yaxşı say"

"5, 4"

"3dən dedin? "

"Eh nə fərqi var, 3 2 1 vəə açdım"

Qapını açdım və gözləri bağlı Ahunu gördüm

"Hə, yavaşca irəli gəl"

Bir addımını atmışdı ki, başını qapıya vurdu

"Ahhh"

"Yaxşısan? "

"Hə, hə ama bəlkə bir ağıl edim qolumu tutasan. "

"Hə, gəl"

Qolundan tutub içəri saldım, ev həqiqətən də müharibə vəziyyətində idi və mən o gözünü açanadək evi təmizləməli idim.
Onu oturacağa yaxınlaşdırdım,

"Buyur otur, paltarımı dəyişib gəlirəm"

"Gözləyəcəm"

Sürətlə otağıma qaçdım və 2 saatdır ərincək şəklində gəzən Dəniz indi dünyanın ən sürətli canlısına dönüşmüşdü.

Paltarımı dəyişib, saçlarımı düzəlttim və hazır idim. Beynimdə bəlkə mənə evlilik teklifi edəcək deyə düşünürdüm, hə hə bu ola bilər.

Dərin nəfəs alıb aşağı düşdüm, və evin tərtəmiz olduğunu gördüm.
O təmizləmişdi və mən hal-hazırda utancadan öləcəkdim.

"Sən? Niyə təmizlədin ki?
Mən edəcəkdim. "

LOVE ME gxgHikayelerin yaşadığı yer. Şimdi keşfedin