6. Bölüm

12 4 3
                                    


L: Mən əslində o üzüyü-..

Lisanın telefonu anidən söndü.

Jen: Alo. Alo. Lisa səsin getdi. Alo.

Jennie düşünürdü ki Lisanın telefonunun zaretkası qutardı. Jen otağına keçib Nayeona zəng etdi.

Jen: Necəsən Nayeon

N: Yaxşıyam sən necəsən

Jen: Gəl də bizə. Yaxşı deyiləm

N: Nolub ki?

Jen: Gəl danışarıq

Nayeon Jennienin evinə gəldi. Qapını döydü. İçəri keçdilər.

N: Tələsik gəldim. Nolub?

Jen: Ee Lisanın məni Rose ilə aldatdığını düşünürəm.

...

Jennie televizoru yandırdı.
~Xəbərlər:
Mərkəzdən kənar dəhşətli motor qəzası baş verib. Motor paramparça olub. Ancaq motorun sahibini hələ də tapa bilmirik.

Jen: Bu..

N: Noldu Jen

Jen: Nayeon bu. Bu Lisanın motoru idi!

N: Nəə??

Jennie hönkür-hönkür ağlamağa başladı. Nayeon onu sakitləşdirməyə çalışırdı.

N: Jennie. Gəl su iç biraz sakitləş.

Özünə gələ bilmirdi. Sevgilisi ölmüş ola bilməzdi. Buna dayana bilməzdi.

Jennienin evinə polislər gəldilər. Jennieni sorğulamalı idilər çünki ən son onunla danışmışdı.

Polis: Kim. Lalisa ən son sizinlə danışmışdı. Ən son onunla nə danışdınız? Qəzadan xəbəriniz varmı? Bu haqda nə düşünürsünüz? Kim. Kim bizi eşidirsiniz?

N: Jennie. Özünə gəl. Məni eşidirsən?

Jennie donmuş halda şok içində divara baxırdı. Heç bir reaksiya vermirdi. Şok keçirdirdi. Özünü günahkar hiss edirdi. Lisaya güvənməli idi.

N: Başqa vaxt gələrsiz. İndi o yaxşı deyil.

...

Jen: Nayeon. O ölə bilməz. Mənə söz vermişdi birdə səni tək qoymuyacam demişdi. Hə Nayeon? O məni tək qoymaz hə? Ölməz hə?

N: Ölməyəcək. Hələ cəsəd tapılmayıb. Bəlkə də sağdı.

Jen: Mənə görə oldu. Hamısı mənə görədi. Ona inanmalı idim. Mən elədim.

N: Özünü günahlandırma. O tapılacaq. Əminəm ki sağdı. Lisa səni tək qoymaz. O səni çox sevir. Sakitləş.

Jennie yaxşı deyildi. Ağlamaqdan gözünün suyu qurumuş, boş ifadələrlə divara baxırdı. Rose ilə Jisoo hadisəni bilib Jennienin evinə gəlmişdilər. Birdən qapı döyüldü. Jennie gözlərini tez bir şəkildə silib yerində doğruldu.

Jen: Nayeon o gəldi. Lisa gəldi bilirəm o məni buraxmayacaqdı.

Qapıya doğru irəlilədi. Nayeon onun Lisa olmadığını bilirdi amma
Jennieni çoxda həyacanlanmasın deyə qabağına keçib əngəl oldu.

N:Jen gözlə mən açacam...b-bəlkə Lisa deyil..

Jennienin üzü düşdü və başa düşdü ki o Lisa deyil. Heçnə demədən sadəcə qapıya baxdı. Nayeon qapını açanda Jennie xəyal qırıqlığına uğrasada qızları gördüyünə sevindi və kövrələrək ikisinidə qucaqladı. Bir müddət belə qalandan sonra Rose və Jisoo Jennienin qollarını boyunlarından aşağı salaraq Jennieyə baxdılar. Onlar Jennienin solmuş üzünü ağlamaqdan dəlicəsinə şişmiş gözlərini görüb qorxmuşdular.

Jis: Jennie nolub sənə özünə gəl.

R: Yaxşı bəsdi ağlama. Lisa səni belə görsəydi daha pis olardı əmin ol.

N: Qızlar gəlin, qapıda qalmayın içəridə danışaq.

Qızlar başını təsdiqləmişcəsinə sallayıb Jennienin qolundan tutub içəri keçdilər. Jennie hələdə ağlayırdı.

Jen: Yox Lisa ölə bilməz qızlar bir şey eliyin yoxsa mən dözə bilmiyəcəm...

Bunu deyib otağına girib qapını bərk çırparaq bağladı. Jisoo arxasıyca getmək istəyəndə Nayeon onun qolundan tutub özünə tərəf çəkdi.

N: Gözlə yaxşı deyil üstünə getməyək.
Jisoo başını sallayıb yenidən yerinə oturdu.

R: Nayeon ididə?

N: Aha

R: Nayeon o nə vaxtdan belədi?

N: Jennie mənə zəng etdi və ağlayırdı...

Nayeon olub bitənləri Rose və Jisooya danışdı.

R: Off hər şey mənə görə oldu amma Jennie bunu hardan bilə bilər off...

Jisoo onlar danışdıqca bir qram belə ağzını açmır təəssüflü şəkildə sadəcə onuları dinləyirdi. Jennieni o kafeyə gətirməsəydi bunlar olmayacaqdı. Özünü günahkar hiss edərək ğlamağa başladı.

R: Jisoo? Jisoo noldu niyə ağlıyırsan? Jisoo gözəlim ağlama nolubb?

.
.
.
.
.

Aha bu bölümnən sonra işlər qızışırr

Çox azdı amma heçnə olmaz o biri bölüm jungkook gəlir yuppii

Bu da sizə link:

https://youtube.com/shorts/dWuD6neTCuU?si=kPLqAFfYFjb7LI_j

Confused loves //JenlisaHikayelerin yaşadığı yer. Şimdi keşfedin